Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1318/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06 avqust 2023-cü il tarixli EQ 16113287 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin icraatına X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib edilmiş 06 avqust 2023-cü il tarixli EQ 16113287 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə şikayəti daxil olmuşdur. Şikayətə görə, X1 İşlər Nazirliyi Baş X6 İdarəsinin 06 avqust 2023-cü il tarixli EQ 16113287 saylı qərar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. O, “Mercedes Benz” E200 minik markalı, 10KC489 dövlət qeydiyyat nömrəli minik avtomobili ilə hərəkət edən zaman yol qaydalarına uyğun avtomobili idarə etdiyini və heç bir qayda pozuntusu etmədiyini avtomobilini vaxtlı-vaxtında texniki baxışdan keçirdiyini, lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə texniki baxışdan keçmədən idarə etdiyi qeyd olunduğunu bildirmişdir. Bu qərarın yazılmasına səbəb kimi isə onun köhnə tarixdə sürücülük hüququnun məhdudlaşdırıldığını və cərimə olunduğunu qeyd etmişdir, Şirvan şəhər məhkəməsinin qərarına əsasən həmin qərar ləğv olunsa da sistemdən silinmədiyini və yenidən cərimə yazılmasına səbəb olduğunu bildirmişdir . Məhkəmə, inzibati xəta haqqında qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən, həmçinin tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmadığından şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : X4 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 06 avqust 2023-cü il tarixli EQ 16113287 nömrəli qərarın ləğv olunması və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə verilmiş şikayət geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1318/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1318/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver