Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1319/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Sabirabad rayonu Axtaçı Muğan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu Axtaçı Muğan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:25 radələrində Şirvan şəhəri T.İsmayılov prospektində sərxoş halda nalayiq ifadələr işlətmiş, polis əməkdaşının nizam-intizam tələblərinə əməl etməyərək öz əməllərini davam etdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22:25 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində “Sərvət” şadlıq sarayına toya getmiş, həmin vaxt toyda spirtli içki qəbul etmiş, daha sonra 22:25 radələrində toydan çıxıb yolun kənarı ilə getmiş, bu vaxt 5 nəfər olmuşlar. Daha sonra polis əməkdaşı onları saxlamış, ona əlini cibindən çıxarmasını bildirmiş, polis əməkdaşları onları polis şöbəsinə dəvət etmiş, nə səbəbə polis bölməsinə getdiyini bildirdikdə polis əməkdaşına müqavimət göstərmiş, onun qanuni tələblərinə əməl etməmişdir. Hazırda əməlindən peşmandır. Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri X1 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində Şirvan şəhər T.İsmayılov prospektində xidmətdə olarkən 5 nəfər şəxsin ucadan səs-küy salaraq prospekt boyunca nalayiq ifadələr işlətmələrini görmüş, həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları açıq-aşkar onlara aydın olmuşdur. Həmin şəxslərə özünü təqdim etdikdən sonra etdikləri əməlin qanunazidd olduğunu, ətrafdakı insanların narazılığına səbəb olduqlarını, bu hərəkətlərə son qoymalarını bildirdikdə həmin şəxslər onlara “niyə yaxınlaşmısız, bizim heç bir günahımız yoxdur, nalayiq ifadə işkətmək qanunsuz deyil” kimi ifadələr işlədərək onlara müqavimət göstərməyə başladılar. Həmin şəxslərə dəfələrlə profilaktiki söhbətlər aparıb sakitləşdirməyə çalışsalar da, sərxoş halda olduqları üçün onların qanuni tələblərini dinləmək istəmirdilər. Həmin şəxslərin barələrində tədbir görülməsindən ötrü polis şöbəsinə dəvət etdikdə onlara getmiyəcəklərini bildirdilər. Çətinliklə olsa da xidməti avtomobilə mindirmişlər. Xidməti avtomobilə mindirən zaman onlara əl-qol hərəkətləri ilə mane olmağa çalışırdılar. Tərəflərindən polis şöbsinə gətirilib növbətçi hisəyə təhvil verilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri, Şəxs, X5, X6,X8 və X4r. Hadisə zamanı polisin xidməti maşınına minməsi təklif edilərək, Şəxs ona müqavimət göstərmiş və xidməti maşına minməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfərləri Şahid1 və Şahid2 X1 ilə eyni məzmunlu izahat verdilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:25 radələrində Şirvan şəhər T.İsmayılov prospektində sərxoş halda nalayiq ifadələr işlətmiş, polis əməkdaşının nizam-intizam tələblərinə əməl etməyərək öz əməllərini davam etdirmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; inzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 22:35-də inzibati qaydada tutulmuşdur. xx.xx.2023-cü il il tarixli, 304 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun yüngül dərəcəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:25 radələrində Şirvan şəhəri T.İsmayılov prospektində sərxoş halda nalayiq ifadələr işlətmiş, polis əməkdaşının nizam-intizam tələblərinə əməl etməyərək öz əməllərini davam etdirmişdir. Bununla da, İsayev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İsayev X3 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 22:35-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli inzibati qaydada tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən saat 22:35-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 noyabr 2023-cü il tarixdən, saat 22:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1319/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1319/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver