Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1320/2025 16.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 rəisi X11 qəbul etdiyi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından X1 verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qərardan şikayət verən şəxs X3 26 noyabr 2025-ci il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 rəisi X16 tərəfindən X3 barəsində tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X17” MMC-nin təsisçisi və direktoru kimi xx.xx.2014cü il tarixdə əmək müqaviləsi bağlanmış, xx.xx.2015-ci il tarixdə “X17” MMC-yə məxsus nəzarət kitabı, şifrə, parol, nizamnamə, dövlət qeydiyyatı vəsiqəsi, VÖEN və MMC-nin möhürü və ştampı yeni təyin edilmiş direktor X5 təhvil verilmişdir. X6 xx.xx.2015-ci il tarixli 02 nömrəli əmrlə “X17” MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Lakin qeyd edilən MMC-də onun aktiv əmək müqaviləsi qalmış, əmək müqaviləsinə hüquqi savadsızlığından xitam verilməmişdir. Bu müddət ərzində onun “X17” MMC ilə heç bir fəaliyyəti olmamışdır. Hazırda “X17” MMC ilə əmək müqaviləsinə xitam verilməsi barədə direktor X5 rəsmi müraciət etmişdir. Lakin direktorla heç bir əlaqəsi olmadığından onu tapmaq mümkün olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X2 rəisi X16 tərəfindən barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul edilmişdir. Qeyd edilən qərarla razı deyil belə ki, qərar qəbul edilməsi ilə əlaqədar heç bir məlumatı olmamış, MMC-nin direktorunu tapa bilmədiyindən və əmək müqaviləsi üzrə heç bir fəaliyyəti olmadığından müqavilənin xitam verilməsini düşünməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X2 rəisi X16 tərəfindən tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməsinə dair qərar qəbul edilməlidir. Qeyd edilən qərarın surətini xx.xx.2025-ci il tarixdə almışdır. Məhkəmə iclasında iştirak edən qərardan şikayət verən şəxs X3 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X4 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, nümayəndəsinin hansı səbəbdən məhkəmə iclasında iştirak etməməsi barədə məlumat verməmiş və ondan işə baxılmasının təxirə alınmasına dair vəsatət daxil olmamışdır. Bu səbəbdən də məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 rəisi X16 tərəfindən tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. “X18” MMC-nin xx.xx.2015-ci il tarixli 02 nömrəli əmrindən görünür ki, X6 01 sentyabr 2015-ci il tarixdən “X18” MMC-nin direktor vəzifəsinə təyin edilmişdir. “X18” MMC-nin təsisçisi X3, mühasib X7 və MMC-yə yeni təyin edilmiş direktor X6 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, “X18” MMC-yə məxsus nəzarət kitabı (bir ədəd), şifrə, parol, nizamnamə, dövlət qeydiyyat vəsiqəsi, VÖEN və MMC-nin möhürü və ştampı adları çəkilən şəxslərin iştirakı ilə yeni təyin edilmiş direktor X5 təhvil verilmişdir. Adları qeyd edilən şəxslər aktın doğruluğunu öz şəxsi imzaları ilə təsdiq etmişdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin hüquqi şəxsin rəhbəri barədə xx.xx.2025-ci il tarixli 3-21-2- 12/2-İ-3xx-xx/2025 nömrəli arayışından da görünür ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində “X18” MMC-nin rəhbərinin X3 olması barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxsin izahatı, eləcə də təqdim edilmiş sübutlara əsasən müəyyən etmişdir ki, Əmək Müfəttişliyi Xidmətinin X2 rəisi X16 tərəfindən tərtib edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı “X18” MMC tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli əmrlə və aktdan müəyyən edilir ki, həmin tarixdən etibarən MMC-nin direktor vəzifəsinə X6 təyin edilmişdir. Qeyd olunan aktla MMC-yə məxsus nəzarət kitabı, dövlət qeydiyyat sənədləri, VÖEN, möhür və ştamp yeni təyin edilmiş direktora təhvil verilmiş, bununla da MMC-nin idarəetməsi faktiki olaraq başqa şəxsə keçmişdir. X3 xx.xx.2015-ci il tarixindən sonra MMC-nin idarə edilməsində və fəaliyytində iştirak etməmiş, hüquqi və faktiki baxımından müəssisənin rəhbəri olmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, X3 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul edilənədək onun iştirakı təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin dispozisiyasından göründüyü kimi qeyd edilən maddə üzrə inzibati xəta tərkibinin yaranması üçün əsas əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslərə tətbiq edilir. Həmin normanın tətbiq edilməsi əsasları qismində 1. Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi olmalıdır. 2. Həmin göstərişlərin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməlidir. 3. Əmək münasibəti iştirkaçısı vəzifəli şəxs olmalıdır. X10 Məcəlləsinin tələblərinə əsasən vəzifəli şəxs dedikdə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İşin faktiki hallarından isə görünən odur ki, X3 “X18” MMC-nin xx.xx.2014-cü il tarixdə direktoru təyin edilmiş, xx.xx.2015-ci ildə isə müəssisənin 02 saylı əmri ilə direktor vəzifəsindən azad edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinin hüquqi şəxsin rəhbəri barədə arayışdan da görünür ki, kommersiya hüquqi şəxslərin dövlət reyestrində “X18” MMC-nin rəhbərinin X3 olması barədə məlumat aşkar edilməmişdir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinin tələblərinin pozulmasına əsas verən hallar, yəni həmin göstərişlərin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsi və əmək münasibəti iştirkaçısının vəzifəli şəxs olması müəyyən edilməmişdir. Eyni zamanda Müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişi ona cavab verməli olmayan şəxsə yönəldilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 rəisi X11 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122, 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 rəisi X11 qəbul etdiyi inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında 04 noyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1320/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1320/2025
16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver