Məhkəmə qərarları › İş №3(032)-1321/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1321/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1321/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1987-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayonu, Axtaçı kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 22 radələrində şəhərin T.İsmayılov küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz izahatı və şahidlərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə dostları ilə birlikdə “Sərvət” şadlıq sarayında toyda olmuşlar. Toydan çıxdıqdan sonra yolun kənarı ilə hərəkət edən zaman polis əməkdaşları onlara yaxınlaşmışlar. Sərxoş olmuşlar. Polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, lakin polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmişdir. Sərxoş olduğundan çox şeyi xatırlamır, himayəsində azyaşlı uşaqları var. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində Şirvan şəhər, T.İsmayılov prospektində xidmətdə olarkən 5 nəfər şəxsin ucadan səs-küy salaraq prospekt boyunca nalayiq ifadələr işlətmələrini görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları açıq-aşkar aydın olmuşdur. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra etdikləri əməlin qanunazidd olduğunu, ətrafdakı insanların narazılığına səbəb olduqlarını, bu hərəkətlərə son qoymalarını bildirdikdə həmin şəxslər onlara “niyə yaxınlaşmısınız, bizim heç bir günahımız yoxdur, nalayiq ifadə işlətmək qanunsuz deyil” kimi ifadələr işlədərək onlara müqavimət göstərməyə başlamışlar. Həmin şəxslərlə dəfələrlə profilaktiki söhbətlər aparıb sakitləşdirməyə çalışsalar da içkili halda olduqları üçün onların qanuni tələblərini dinləmək istəmirdilər. Həmin şəxsləri barələrində tədbir görülməsindən ötrü polis şöbəsinə dəvət etdikdə onlara getmiyəcəklərini bildirmişlər. Onları çətinliklə də olsa da xidməti avtomobilə mindirmişlər. Həmin şəxsləri avtomobilə mindirən zaman onlara əl-qol hərəkətləri ilə mane olmağa çalışırdılar. Şəxslər tərəflərindən polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri X3, X4, Şəxs, X5 və X1r. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Ərəstun Axundov da məhkəmə iclasında X2 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 23 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 23 noyabr 2023-cü il tarixdə saat 22 radələrində şəhərin T.İsmayılov küçəsində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş rapordan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:25 radələrində Şirvan şəhər, T.İsmayılov prospektində xidmətdə olarkən 5 nəfər şəxsin ucadan səsküy salaraq prospekt boyunca nalayiq ifadələr işlətmələrini görmüşdür. Həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları açıq-aşkar aydın olmuşdur. Həmin şəxslərə özlərini təqdim etdikdən sonra etdikləri əməlin qanunazidd olduğunu, ətrafdakı insanların narazılığına səbəb olduqlarını, bu hərəkətlərə son qoymalarını bildirdikdə həmin şəxslər onlara “niyə yaxınlaşmısınız, bizim heç bir günahımız yoxdur, nalayiq ifadə işlətmək qanunsuz deyil” kimi ifadələr işlədərək onlara müqavimət göstərməyə başlamışlar. Həmin şəxslərlə dəfələrlə profilaktiki söhbətlər aparıb sakitləşdirməyə çalışsalar da içkili halda olduqları üçün onların qanuni tələblərini dinləmək istəmirdilər. Həmin şəxsləri barələrində tədbir görülməsindən ötrü polis şöbəsinə dəvət etdikdə onlara getmiyəcəklərini bildirmişlər. Onları çətinliklə də olsa da xidməti avtomobilə mindirmişlər. Həmin şəxsləri avtomobilə mindirən zaman onlara əl-qol hərəkətləri ilə mane olmağa çalışırdılar. Şəxslər tərəflərindən polis şöbəsinə gətirilərək Növbətçi Hissəyə təhvil verilmişdir. Orada məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri X3, X4, Şəxs, X5 və X1r. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 23 noyabr 2023-cü il tarixli, 305 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Şəxs xx.xx.2023-cü il tarixli Şirvan şəhər Polis şöbəsinə verdiyi izahatında da əməllərini etiraf etmiş və peşman olmasını bildirmişdir. Məhkəmənin hazırki inzibati işlə əlaqədar mövqeyi və əsaslandığı hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə kənar şəxslə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Həmçinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı, polis qurumunun əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilməsi özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. Beləliklə, məhkəmə Şəxs barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. O ki, qaldı şəxs barəsində inzibati tənbehin tədbiq edilməsi məsələsinə gəldikdə məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən hallar aşkar edilmədi və sərxoş halda əməlləri törətməsi isə iş üzrə məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci və 34.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar