Məhkəmə qərarları › İş №3(032)-1323/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1323/2023

24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1323/2023 24.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Sabirabad rayonu, Güdəcühür Ərazi Dairəsi, Axtaçı Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində şəhəri T.İsmayılov küçəsində ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. İnzibati xəta hadisənin olması 23 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri qəbul edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:55 radələrində “Sərvət” şadlıq sarayında dostları ilə çıxıb gedən zaman polis əməkdaşları onlara yaxınlaşmış, yanında olan dostları polis əməkdaşları ilə mübahisə etdiyi üçün polis əməkdaşları onları polis şöbəsinə gətirmişdir. Həmin vaxt sərxoş halda olmuşdur. İİ Qarabağ müharibəçisi iştirakçısıdır. Sərxoş halda tabesizlik etdiyi üçün əməlindən peşmandır. Şirvan şəhər Polis şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:25 radələrində Şirvan şəhər T.İsmayılov prospektində xidmətdə olarkən 5 nəfər şəxsin ucadan səs-küy salaraq prospekt boyunca nalayiq ifadələr işlətmələrini görmüş, həmin şəxslərə yaxınlaşdıqda onların spirtli içkinin təsiri altında olduqları açıq-aşkar onlara aydın olmuşdur. Həmin şəxslərə özünü təqdim etdikdən sonra etdikləri əməlin qanunazidd olduğunu, ətrafdakı insanların narazılığına səbəb olduqlarını, bu hərəkətlərə son qoymalarını bildirdikdə həmin şəxslər onlara “niyə yaxınlaşmısız. Bizim heç bir günahımı yoxdur, nalayiq ifadə işkətmək qanunsuz deyil” kimi ifadələr işlədərək onlara müqavimət göstərməyə başladılar. Həmin şəxslərə dəfələrlə profilaktiki söhbətlər aparıb sakitləşdirməyə çalışsalar da, sərxoş halda olduqları üçün onların qanuni tələblərini dinləmək istəmirdilər. Həmin şəxslərin barələrində tədbir görülməsindən ötrü polis şöbəsinə dəvət etdikdə onlara getmiyəcəyini bildirdilər. Çətinliklə olsa da xidməti avtomobilə mindirmişlər. Xidməti avtomobilə mindirən zaman onlara əl-qol hərəkətləri ilə mane olmağa çalışırdılar. Tərəflərindən polis şöbsinə gətirilib növbətçi hisəyə təhvil verilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri, X3, X4, X5, X6 və Şəxsdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində şəhəri T.İsmayılov küçəsində ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Bu səbəbdən barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Şəxs Şahazadə oğlu xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində davam edən İİ X2 iştirak etmiş və “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində şəhəri T.İsmayılov küçəsində ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələblərinə qəsdən əməl etməmişdir. Bununla da, Abbaslı X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə barəsində inzibati xata haqqında protokol tərtib edilmiş şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İİ X2 iştirak etməsini və “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunması kimi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar