Məhkəmə qərarları › İş №3(032)-1332/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1332/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1332/2025 03.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,evli, işləməyən, Şirvan şəhəri, Vidadi küçəsi, ev 29-da qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs xx.xx.2025-ci il tarixdə Şirvan kanalının Salyan rayonundan keçən hissəsində çöl ərazidə müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd 16 kalibrli x18117-55 nömrəli mülki silahın daşınması və saxlanılması qaydasını pozmuşdur. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə balıq tutmaq üçün Şirvan şəhər ərazsində “Şirvan Kanal” adlanan yerə getmiş, həmin vaxt üzərində mərhum atası X1 miras qalmış, heç bir sənədi olmayan, 16 kalibrli, qoşa lüləli, x18117-55 nömrəli ov silahı olmuşdur. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ona yaxınlaşaraq qanunsuz ov etdiyini və bu səbəblə avtomobilə baxış keçirən zaman avtomobildə ona aid olan ov tüfəngini götürmüşlər. Ekologiyanın işçiləri quş ovladıqlarını bildirmişlər, o həmin əməkdaşlara ov etmədiyini həmin quşları da yolda aldıqlarını bildirsə də, Nazırliyin əməkdaşları buna məhəl qoymamışlar. Aşkar olunmuş 26 ədəd patronlar onunla birlikdə Şirvan kanalı yaxınlığında saxlanılan tanışı Vidadi adlı şəxsə məxsus olmuşdur və Vidadiyə ald olan silahın sənədlər yoxlanılan zaman silahın sənədləri qaydasında olduğu üçün silah və patronlar Nazirliyin əməkdaşları tərəfindən Vidadiyə qaytarılmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şirvan şəhər Polis Şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov etmə hallarının qarşısını almaq məqsədi ilə keçirilən reyd zamanı Şirvan kanalının ünvan 2 ünvanında yaşayan Şəxs qanunsuz ov edərkən saxlanılmış və ondan maddi sübut olaraq (16 kalibrli, qoşa lüləli, x18117-55 nömrəli ov silahı, 26 ədəd dolu patron) müvafiq icazə sənədləri olmayan ov silahı götürülmüşdür. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ov silahı və patron müvəqqəti saxlanılması üçün Sizə göndərilir.” İnzibati xəta haqqında protokola əlavə edilmiş 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X3 və baş təhqiqatşı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli təhvil təslim aktından görünür ki, “3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qanunsuz ov etmə hallarının qarşısını almaq məqsədi ilə keçirilən reyd zamanı Şirvan kanalının ünvan 2 ünvanında yaşayan Şəxs qanunsuz ov edərkən saxlanılmış və ondan maddi sübut olaraq (16 kalibrli, qoşa lüləli, x18117-55 nömrəli ov silahı, 26 ədəd qolu patron) müvafiq icazə sənədləri olmayan ov silahı götürülmüşdür. Həmin silah Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı - X4 müvəqqəti saxlanması üçün təhvil verildi.” Aktı öz imzaları ilə təsdiq etmişlər. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, aparılmış araşdırma zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı regional Ekologiya və Təbil Sərvətlər İdarəsin əməkdaşları tərəfindən qanunsuz ov etmə hallarının qarşısını almaq məqsədi ilə keçirilən reyd Zamanı Şəxs və Vidadi adlı saxlanılmış, Vidadi adlı şəxsə məxsus silahın sənədləri qaydasında olduğundan silah və 26 ədəd patronlar sahibinə qaytarılmışdır. Lakin, Şəxs üzərində olan 16 kalibili, qoşa lüləli, x18117-55 nömrəli ov silahının sənədləri olmadığından həmin əməkdaşlar götürülmüş və araşdırmanın davam etdirilməsi üçün Şirvan şəhər polis şöbəsinə göndərilmişdir. Ona görə də, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından, cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli, 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması” Qaydalarının 2-ci maddəsinin müvafiq olaraq 3-cü və 12-ci bəndlərinə əsasən mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; ov silahı — vəhşi heyvanların və quşların ovlanması üçün nəzərdə tutulmuş yivli və ya yivsiz lüləli odlu, soyuq, o cümlədən soyuq atıcı və pnevmatik silahdır; Həmin Qaydaların 3-cü maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. İXM-nın 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; İXM-nın 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 32 və 33-cü maddələrinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən halları, onun təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Şəxs barəsində İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan silah və döyüş sursatı müsadirə edilməklə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək ona məxsus 1 ədəd 16 kalibrli x18117-55 nömrəli ov silahı müsadirə edilməklə barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar