Məhkəmə qərarları › İş №3(032)-1339/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1339/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1339/2023 26.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Qərardan şikayət verən şəxs X10 və vəkili Vəkil, İnzibati tənbeh vermə haqqında qərardan şikayət edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin nümayəndəsi Nümayəndə iştirakı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Salyan Regional Ərazi X1 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X10 şikayətinə baxaraq MÜƏYYƏNETDİ X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidmətinin Şirvan-Salyan Regional Ərazi Şöbəsinin onun barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmiş, şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1000 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9 xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X14 təqsirli bilib 1000 (bir min) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edərkən qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarından görünür ki, X29 Xidməti X9 tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən X21 01 noyabr 2023-cü il tarixdə X29 Xidmətinin X9nə dəvət edilmiş və xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, X29 Xidməti X9 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. Lakin X29 Xidməti X9 tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə riayət etməmişdir. Bundan başqa Şirvan şəhər prokurluğunun 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, onun barəsində heç bir araşdırma aparılmamışdır. X29 Xidməti X9 vətəndaş X6 şikayəti əsasında araşdırma aparılmış və araşdırma zamanı güya o, “Rövşən” şadlıq sarayında söküntü işləri aparılan zaman əmək müqaviləsi bağlamadan, hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi, əməyin mühavizəsi qaydalarını pozulması və daş divarın aşması nəticəsində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, vəfat edən şəx X15 onun tərəfindən “Rövşən” şadlıq sarayında söküntü işlərinə cəlb edilməmiş, ondan heç bir xəbəri olmamış, bir daha cinayət işinin başlanması təsdiqini tapmışdır. Əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi yoxdur. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən şəxs X21 və Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında izahat verən X21 bildirdi ki, ona məxsus obyektdə baş verən bədbəxt hadisə ilə əlaqədar araşdırma aparılmış, cinayət işinin başlanması rədd edilmişdir. Hadisə zamanı rəhmətə gedən şəxsi tanımır, ümumiyyətlə onu həmin gün iş görmək üçün restorana çağırmayıb. O yalnız Elçini və Şahini tanıyır, onlarla divarın bərpasından danışıb. Sonradan həmin şəxslər ora kimi dəvət ediblərsə onun xəbəri olmayıb. Özü hadisədən sonradan məlumat alıb və restorana gəlib, artıq orda tanımadığı şəxsin myitini görəndə ustalardan soruşub ki, bu şəxs kimdir və bu şəxsi bura kim çağırıb. Ustalar isə özlərinin çağırmalarını bildiriblər. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin nümayəndəsi Nümayəndə məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, Şirvan şəhər sakini X11 oğlu X12 xx.xx.2023-cü il tarixdə X16 məxsus Şirvan şəhərində yerləşən "Rövşən" şadlıq evində söküntü işləri aparan zaman əmək müqaviləsi bağlamadan və əmək mühafizəsi qaydaları pozularaq bədbəxt hadisə nəticəsində vəfat etməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət elmişdir. "X3" Azərbaycan Respublikası Qanunun 6.6-cı madəsinə (yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır) uyğun olaraq müraciətə baxan zaman müəyyən olunmuşdur ki, X22 və digərləri (Məmmədov Elçin və Əliyev Şahin) xx.xx.2023-cü il tarixdə X16 məxsus (“Rövşən” şadlıq evində söküntü işləri aparlan zaman əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş, əmək mühafizəsi qaydaları pozulmuş və bədbəxt hadisə nəticəsində X22 həlak olmuşdur. Müraciətə baxılmasında iştirak etmək, sənədlər, sübutlar və izahatlar təqdim etmək üçün Şirvan şəhəri, Xaqani küçəsi 353 nömrəli evdə qeydiyyatda olan və yaşayan “Rövşən” şadlıq evinin sahibi fiziki şəxs X16 xx.xx.2023-cu il tarixdə xəbərnaməli (SX010343209AZ) məktub göndərilmiş, məktub onun tərəfindən xx.xx.2023-cü il tarixdə alinsa da, telefon ilə əlaqə yaradılsa da müraciətə baxılmasında özü və səlahiyyətli nümayəndəsi vasitəsi ilə iştirak etməkdən imtina etmişdir. Onunla tetefon əlaqəsi yaradılmış, DƏMX-nin X9nə dəvət edilmiş, lakin o, imtina etmiş və gəlməyəcəyini bəyan etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “VÖEN YOXLAMA” elektron xidmətinə baxış keçirən zaman müəyyən olundu ki, X4 Vergi Orqanlarında qeydiyyatdan yayınmış, Azərbaycan Respublikasi Əmək Məcəlləsinin 3 - cü maddəsinin 3 - cü hissəsinə əsasən fərdi sahibkar kimi təsbit olunmur və fiziki şəxs kimi işçiləri (Əhədov Nəriman, Məmmədov Elçin və Əliyev Şahin) işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb etmiş, lakin onlarla əmək müqaviləsi bağlamamış və hüquqi qüvvəyə mindirməmişdir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli Qərarının 1.1 bəndində Bu Qaydalar- qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və huquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra -müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər ış yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən ist fadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamıl olunur. Ona görə də bədbəxt hadisə nəticəsində vəfat edən X22 ilə fiziki şəxs kimi fəaliyyət göstərən X21 arasinda əmək münasibətləri (əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən) yaradılmadığından bədbəxt hadisənin təhqiqatı aparılması mümkün olmamış və onun vərəsələri sosial ödənişlərdən yararlana bilməmişdir. Bədbəxt hadisənin təhqiqatının aparılması mümkün olmadığından vəfat etmiş şəxsin ailə üzvləri ödəncləri almaq hüququndan məhrum olunmuşdur. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbarı sığorta” haqqında Azərbaycan Respublikası Qanunun 7.3 - cü maddəsində nəzərdə tutulmuşdur ki, bu Qanunla sığorta etdirmək vəzifəsi daşıyan sığortalı həmin vəzifəni yerinə yetirmədikdə və ya icbari sığorta muqaviləsini qanunvericiliklə nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, sığorta hadisəsinin baş verdiyi halda bu Qanuna uyğun olaraq xeyrinə sığorta muqaviləsi bağlanmalı şəxslər qarşısında azı bu Qanunla müəyyən edilmiş siğorta təminatı həcmində öhdəlik daşıyır. Fiziki şəxs X21 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi) tələbləri pozulmuş işçilər (Əhədov Nəriman, Məmmədov Elçin və Əliyev Şahin) əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən işlərin, xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 192.1 maddəsinə uyğun olaraq 01 noyabr 2023-cü il tarixli MN ******* nomrəli inzibati protokol tərtib edilmiş və inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında iş üzrə icraata baxılması 13 noyabr 2023-cü il tarixə təyin edilmiş baxılmanın yeri və tarixi haqqında X17 çatdırılması təsdiq edilən üsulla xəbərnaməli (SX010351620AZ) məktub göndərilmiş, lakin o özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə inzibati icraatda iştirak etməmişdir. İşə baxılarkən İ.Həsənovdan işə baxılmanın təxirə salınması haqqında məktub, teleqram və ya telefon zəngi olaraq hec bir vəsatət daxil olmadığından işə onun iştirakı olmadan baxılmış 13 noyabr 2023-cü il tarixli MN ******* nömrəli qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin xüsusi hissəsində həmin maddədə 1000 - 2000 manat inzibati cərimə nəzərdə tutulmasına baxmayaraq o, aşağı həddinin təyin edilməsini xahiş edərək, yaxın tanışı vasitəsilə telefon əlaqəsi yaratmış və cəriməni könüllü ödəyəcəyini yaxın tanışı vasitəsilə bildirmişdir. İşə baxılmasında X7 qanuni nümayəndəsi X13 tərəfindən dəvət edilmiş, izahatı alınmış və nəvəsi X12 X18 tərəfindən işə, xidmətə cəlb edildiyini bildirmişdir. Onun şöbəyə təqdim etdiyi sənədlərdə Şirvan şəhər Prokurorluğunun “cinayət işinin başlanılmasından rədd edilməsi” haqqında 12 sentyabr 2023-cü il tarixli qərarına əsasən tərəflərindən baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, Şirvan şəhər Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılmamış və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməmişdir. Ona görə də Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda) tələbləri tərəflərindən nəzərə alınmış və inzibati icraat aparılmışdır. Şikayət ərizəsində əsas səbəb kimi göstərilmişdir ki, inzibati icraata elektron qaydada aparılmamış və elektron protokol tərtib edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutlara qiymət verərək hesab edir ki, şikayət aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 1000 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin 14 noyabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Şirvan şəhər sakini X11 oğlu X12 “Rövşən” şadlıq sarayında söküntü işləri aparılan zaman əmək müqaviləsi bağlamadan, hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi, əməyin mühafizəsi qaydalarının pozulması və daş divarın aşması nəticəsində xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə bağlı işə X29 Xidmətinin X5 baxılmış və yol verilən qanun pozuntusuna görə X10 barəsində 01 noyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətində görünür ki, xx.xx.2023-cü il tarixdə “Rövşən şadlıq sarayı” ictimai iaşə obyektində X12 üzərinə divar aşması nəticəsində ölməsi ilə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda hadisə yerində olmuş şahid X19 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Cahandar adlı tanışı onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayında fəhləlik işi ilə məşğul olduğunu bildirmiş və əlavə fəhlə gücünə ehtiyac olduğunu demişdir. O da Cahandara səhər saatlarında gəlib işə baxdıqdan sonra razılaşa biləcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 11 radələrində mütəmadi olaraq birlikdə işlədiyi Şahin Əliyevlə birlikdə “Rövşən” şadlıq sarayına getmişdir. Orada həmin obyektin sahibkarı İbrahim adlı şəxs onları qarşılamış və obyektin ikinci mərtəbəsindəki görüləcək işləri göstərmişdir. İkinci mərtəbədə hündürlüyü təxminən 3-4 metr olan bir divarı işarə edərək həmin divarın sökülməli olduğunu demişdir. Şahinlə həmin divara baxdıqda onun çox hündür və enli olduğunu görmüş və İbrahim adlı şəxsə 400 manat məbləğində pul qarşılığında həmin divarı sökə biləcəklərini demişlər. İbrahim 400 manat məbləğin çox olduğunu, 300 manat məbləğində pula imkanı çatdığını bildirmişdir. O və Şahin işsizlikdən əziyyət çəkdikləri üçün məcbur qalıb 300 manat məbləğində bu işi görməyə razılaşmışlar. İşə başlamazdan öncə İbrahim onlara divarı yuxarı hissədən sökməyə başlamaqlarını bildirmişdir. Şahinlə birlikdə işin böyük olduğunu görüb əlavə fəhlə çağırmaq qərarına gəlmişlər. soruşmuşdur. Nəriman heç bir problem olmadığını, dostu Vasif adlı şəxsin gələ bilməyəcəyini İşi tez bitirmək istəmişlər. O, əvvəldən tanıdığı və bir neçə dəfə onunla fəhləlik işi görmüş Nəriman Əhədovun istifadəsində olan yadında qalmayan mobil nömrəsinə zəng edərək “Rövşən” şadlıq sarayında fəhləlik işi olduğunu və köməyə gəlib-gələ bilməyəcəyini, özünün 30-40 dəqiqəyə gəlib çatacağını demişdir. Onlar Şahinlə artıq işə başlamışlar. “Pereparator” vasitəsilə divarın söküntüsünü həyata keçirmişdir. Şahin də kvalt və lom vasitəsilə aşağı hissədə olan mişar daşlarını kənarlaşdırmışdır. Təxminən 30-40 dəqiqə ərzində Nəriman onların yanlarına gəlmiş və Nəriman da söküntü işlərini həyata keçirməyə başlamışdır. Nəriman da həmçinin divarın aşağı hissəsində yerləşən mişar daşlarını lom vasitəsilə qopartmışdır. İbrahim onlar işlədikləri müddət ərzində ikinci mərtəbəyə çıxmamışdır. İbrahim işi onlara təhvil verdikdən sonra şadlıq sarayından getmişdir. İbrahim Nərimanın onlarla işlədiyini bilməmiş, sonuncunu oraya çağırdıqlarını görməmişdir. Çünki biz razılaşma edərkən İbrahimə əlavə fəhlə çağıracaqlarını deməmişlər. Təxminən 13 radələrində onlar günorta yeməyi üçün ərzaq alıb yeməklərini yemişlər. Təxminən 13:45 radələrində günorta yeməyini bitirib iş prosesinə yenidən başlamışlar. İş prosesinə başlıyan zaman divarın sağ tərəfindən Şahinlə birlikdə sökməyə başlamışlar. Onlar Şahinlə işləyərkən Nəriman kömək məqsədilə pereparatoru divarın əks tərəfindən götürəcəyini demişdir. O, Nərimana ehtiyac olmadığını, lom vasitəsilə sökəcəklərini demişdir. Nəriman onu dinləməmiş və divarın əks tərəfinə keçən anda anidən divarın yuxarı hissəsində olan təxminən 10-15 ədəd mişar daşı qoparaq Nərimanın üzərinə düşmüşdür. Nəriman mişar daşlarının altında qalmışdır. Onlar dərhal Nərimana yaxınlaşmış, o qışqıraraq birinci mərtəbədə olan şəxslərdən kömək istəmişdir. Tez bir şəkildə Nərimanın üzərində olan mişar daşlarını ətrafa dağıtmışdır ki, altından qaldıra bilsin. Mişar daşları əsasən Nərimanın ayaq, sağ qol və sifət nahiyyələrində olmuşdur. Həmin daşları çəkdikdən sonra aşağıdakı fəhlələrin köməkliyi ilə Nərimanı qırağa çəkmiş və təcili tibbi yardımı gözləmişlər. Ancaq Nəriman ümumiyyətlə nəfəs almamış və danışmamışdır. O, Nərimanın öldüyünü başa düşmüşdür. Təcili tibbi yardım gəldikdən sonra Nərimanın öldüyünü təsdiqləmiş və polis əməkdaşlarını oraya çağırmışdır. Hadisə baş verən zaman İbrahim şadlıq sarayında olmamışdır. Onlar iş prosesinə başlayan zaman söküntü işlərinin təhlükəsiz aparılmasına, əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə cavabdehliyi öz üzərlərinə götürmüşlər. İbrahim yalnız onlar ödəniş etməyi öz öhdəliyinə götürmüşdür. Hadisə yerində olmuş şahid X8 və X33 da X19 ilə eyni məzmunlu izahat vermişdir. Həmçinin şahid qismində dindirilmiş X34 ifadəsində mərhum Nəriman Əhədovun dostu olmasını, sonuncunun onun evində qalmasını və hadisə baş verən gün Elçinin Nərimanın mobil telefonuna zəng edərək onu çağırmasını bildirmişdir. Məhkəmə şikayətlə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikas İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: “İnzibati xəta haqqında iş üzrə sübutlar və onların qiymətləndirilməsi”nə dair İXM-nin 12-ci Fəsli ilə müəyyən edilmiş qaydada şəxsin təqsiri sübuta yetirilməlidir. Əks halda İXM-nin 124.3, 124.4-cü maddələrinin, həmçinin İXM-nin 12-ci Fəslinin, İXM-nin 8-ci maddəsi mənası əhəmiyyətsiz olar. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki, barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. X28 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Yəni qanunvericilik hadisənin hüquqi qiymətləndirilməsinin ilk addımı kimi şəxsin təqsirlilik məsələsinin səlahiyyətli orqan tərəfindən müəyyən edilməsini göstərir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XXİ fəslinə aid edilmiş İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta siyasi, sosial və əmək hüquqları əleyhinə olan xətadır və həmin inzibati xətanın obyektiv cəhəti Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Hazırki halda şikayət və onun dəlillərini, iş materiallarını, şəxs barəsində tərtib edilmiş protokol və qərarı incəliyərkən müəyyən edildi ki, səlahiyyətli orqan - əmək müfəttişliyinin müvafiq qurumu - bədbəxt hadisənin İbrahim Həsənova məxsus şadlıq sarayında baş verməsini artıq onun təqsirli bilinməsi üçün kifayət hesab edərək, qanunla şəxsin ittiham edildiyi maddənin dizpozisiyasında göstərilmiş əməlin obyektiv cəhətini düzgün qiymətləndirməmişdir. Göstərilən halların qanunauyğun qiymətləndirilməsi üçün bütün sübutlar tam tədqiq edilməmiş, məhz İbrahim Həsənov tərəfindən bir işəgötürən kimi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən mərhum X15 işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi tam şəkildə araşdırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə iclasında toplanmış sübutlar əsasında işin hallarına obyektiv qiymət vermək mümkün olmadığına görə məhkəmə hesab edir ki, X21 barəsində qəbul olunmuş qərar ləğv olunmalı və araşdırma aparılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nə göndərilməli, iş üzrə şahidlər dindirilməli, şikayətçinin irəli sürdüyü dəlillər yoxlanılmalı və sonda əsaslı və qanuni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133cü maddəsini rəhbər tutub, QƏRARALDİ: X10 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nin xx.xx.2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. İnzibati xəta haqqında qərarlara yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X29 Xidməti X9nə göndərilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar