Məhkəmə qərarları › İş №3(032)-1340/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1340/2023

29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1340/2023 29.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Alışova Arzu Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Şirvan şəhəri, "xxxx" ASC-də böyük mütəxəssis vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: xx.xx.2023-cu tarixdə saat 18:45 radələrində Şirvan şəhəri Əliş Ləmbəraniski küçəsindən Heydər Əliyev prospektinə çıxaraq üzü Hacıqabul rayonuna manevr etmək istəyən Şəxs ona məxsus “Hyundal Sonata” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həmin zaman Şirvan şəhəri H.Əliyev prospekti ilə Hacıqabul rayonu istiqamətindən üzü Salyan dairəsi istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq yol nəqliyyat hadisəsinə səbəb olmuşdur. Yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Sonata” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi, “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobin ön hissəsinə maddi ziyan dəymişdir. Toqquşma nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağında əyləşən sərnişin Zərərçəkmiş şəxs2 yüngül dərəcəli xəsarət almışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, etibarnamə ilə idarə etdiyi **-BK-*** dövlət qeydiyyat nişanlı Hyundai Sonata markalı avtomobil ilə Şirvan şəhəri Energetika küçəsindən Şirvan şəhər Heydər Əliyev prospekti dönərək Hacıqabul rayonuna doğru hərəkət edəcəkdi. Onun dayandığı yer “3 barmaq" deyilən ərazi adlanır. Belə ki, yolayrıcında dayandığı zaman solunda Kia Optima markalı avtomobil vardı. Onun sol hissəni görmək imkan olmamış, həmin vaxt Kia Optima solunda dayandığı üçün Hacıqabul rayonu istiqamətindən Energetik küçəsinə dönmək isteyən avtomobillərdə sıra ilə dayanmışdır. Bu zaman Heydər Əliyev prospektindən 1 May küçəsinə doğru hərəkət edən avtomobilin olmadığını görərək dönmə hərəkətini həyata keçirmək istəyəndə həmin istiqamətdən VAZ 21078 markalı avtomobil idarə etdyi Hyundai Sonatanın sol arxa hissəsinə dəyərək toqquşmuşdur. Hadisə zamanı avtomobili 10-15 km/saatla idarə etmişdir. Sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş və işə baxılmasını təxirə salmaq barədə vəsatət verməmişdirlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, ona məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobil ilə Şirvan şəhəri Heydər Əliyev prospekti ilə Hacıqabul rayonundan 1 May küçəsi istiqamətinə doğru hərəkət edirdi. Avtomobildə ondan başqa ön sağ oturacaqda nənəsi Zərərçəkmiş şəxs2 əyləşmişdir. Bu zaman “3 barmaq” deyilən ərazidən keçərkən sağdan yola birləşən küçədən Hyundai Sonata markalı avtomobil anidən qarşısına çıxaraq əks yola keçmək istəyirdi. Bu zaman İdarə etdiyi VAZ 2107 markalı avtomobili Hyundai Sonata markalı avtomobilin sol arxa hissəsinə dəymişdir. Hadisə nəticəsində sağ qol nahiyəsi və qarın nahiyəsi zərbənin təsirindən əzildi və bununla bağlı Şirvan ŞMX-yə yaxınlaşmışdır. Hadisə zamanı avtomobili saatda 50 km/saat ilə idarə edirdi İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və işdə iştirak etmiş zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 347 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində sağ diz oynağının ön səthinin sıyrığı, döş qəfəsinin ön səthinin qançırı, sağ əlin arxa səthinin hematoması vardır. Bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPMnin 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.8-ci maddələrinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Şirvan şəhər Polis şöbəsinin X3 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxsin inzibati xəta törətmiş şəxsə qarşı tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar