Məhkəmə qərarları › İş №3(032)-1341/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1341/2023

08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1341/2023 08.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədirliyi, Alışova Arzu Tahir qızının katibliyi, Qərardan şikayət verən şəxs X3, İnzibati tənbeh vermə haqqında qərardan şikayət edilən Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Nümayəndə iştirakı ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu, Çölbeşdəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, AZE № 18427623, evli, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan, X3 barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək barəsində olan inzibati xəta haqqında işə xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2023-cü il tarixdə X3 barəsində qəbul edilmiş Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə şikayəti məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X6 şikayətini müdafiə edərək bildirdi ki, Şirvan şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə təqsirli bilinərək 800 manat məbləğində cərimə edilməyi qərara alınmışdır. Şirvan Şəhər İcra Hakimiyyətinin 27 oktyabr 2023-cü il tarixli, ******* saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməli və barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Şirvan Şəhər İcra Hakimiyyətinin 27 oktyabr 2023-cü il tarixli, ******* saylı qərarını poçt vasitəsilə 23 noyabr 2023-cü il tarixdə almışdır. Onun mülkiyyətində Şirvan şəhəri, H.Əliyev prospektində 2 mərtəbəli çay evi vardır. Çay evi Şirvan şəhəri, Füzuli parkında yerləşir. Abadlıq məqsədilə çay evinin qarşısında və ətrafında olan 400 kvadrat metr əraziyə metlax döşəmə vurmuşdur. Barəsində Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılaraq əməlində cinayət tərkibi olmadığından 06 sentyabr 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Əməlində inzibati xəta tərkibi də yoxdur. Onun mülkiyyətində olan obyektin qarşısında və ətrafında yerləşən 400 kvadrat metr ərazidən istifadə etməyi ilə bağlı əvvəllər Füzuli adına parkda fəaliyyət göstərən təsərrüfat hesablı idarə ilə müqavilələr bağlamışdır. Qeyd edilən metlax döşəməni isə 2012ci ildə parkın abadlaşdırılması məqsədilə məhz Şirvan Şəhər İcra Hakimiyyətinin göstərişi ilə vurmuşdur. Bu günə qədər nə Şirvan Şəhər İcra Hakimiyyətindən, nə Şirvan Bələdiyyəsindən, nə də ki, digər dövlət qurumundan həmin metlax döşəmənin sökülməsi ilə bağlı şifahi və ya yazılı heç bir xəbərdarlıq edilməmişdir. Qərardan şikayət verən şəxs X6 əlavə olaraq izahatında bildirdi ki, həmin tamet vurduğu ərazidən istifadə edir. Parkda olan digər obyektlərdə də öz obyektinin ətrafına tamet vurdurmuşdur. Həmin sahədən istifadə edirlər. Şahin Mirzəyevin ondan şikayəti əsasında Şirvan şəhər Polis şöbəsindən və Şirvan şəhər icra hakimiyyətindən ona məxsus çay evinə gəlmişlər. Şahin Mirzəyevin onunla qərəzli münasibəti vardır, Şirvan şəhəri, Heydər Əliyev prospektində tamet örtüyü döşədiyi 0,0547 ha torpaq sahəsi özünə məxsus obyekti vardır, 2012-ci ildə parkda yay klubu tikilərkən Şirvan şəhər memarlıq şöbəsindən ona obyektinin ətrafını abadlaşdırmaq tapşırılmış, buna görə də torpaq sahəsinin üzərində abadlaşdırma işləri aparmış, torpaq sahəsindən istifadə etmək üçün Şirvan şəhər İcra Hakimiyyətindən heç bir icazəsi olmamışdır. Məhkəmə iclasında iştirak edən Şirvan şəhər İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Nümayəndə şikayətlə razı olmayaraq X3 şikayətinin təmin edilməməsini xahiş etdi. Həmçinin izahatında bildirdi ki, X3 Şirvan şəhəri, Füzuli parkında yerləşən çay evinin qarşısında və ətrafında qanunsuz tikinti işləri aparılmasının obyektiv arşadırılması ilə əlaqədar tərəflərindən Şirvan şəhər Polis şöbəsinə məktub ünvanlanmışdır. X6 müvafiq İcra Hakimiyyəti orqanından icazə almadan Şirvan şəhər H.Əliyev prospektində 0.0547 ha torpaq sahəsi üzərində qanunsuz tamet döşəmə işləri aparması halı aşkar edildiyindən Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin abadlaşdırma işlərinin aparılmasına dair hər hansı icazə sənədi olmadığı üçün X1 şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X5 tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 800 manat məbləğində cərimə olunmuşdur. Ərazidə aparılan qanunsuz tikinti işi tamet döşəmənin vurulması olmuşdur. Lakin barəsində icraat aparılan şəxs həmin ərazidə tamet döşəməni 2012-ci ildə vurmuş və orada başqa əsaslı bir tikiniti işinin aparılması müəyyən edilməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutlara qanunvericiliyin müddəalarına uyğun qiymət verərək hesab edir ki, şikayət aşağıdakı əsaslara görə əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X8 tərəfindən tərtib edilmiş 12 sentyabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 müvafiq İcra Hakimiyyəti orqanından icazə almadan Şirvan şəhər H.Əliyev prospektində 0.0547 ha torpaq sahəsi üzərində qanunsuz tikinti işləri apardığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 şəhəri Heydər Əliyev prospektində yerləşən 0.0547 ha torpaq sahəsi üzərində öbaşına tikinti işləri apardığına görə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X5 tərəfindən Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinə əsasən 800 manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsindən ötrü Şirvan şəhər polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinə təqdim edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX ******* nömrəli xx.xx.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, Şirvan şəhəri, H.Əliyev prospekti 8D-də yerləşən sahəsi 162.4 ha olan qeyri yaşayış binası X3 mülkiyyətindədir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 dekabr 2019-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edilmişdir ki, “... İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “İqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi, yəni valyuta tənzimi qaydalarının pozulması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci üç ay keçənədək tətbiq edilməlidir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şirvan şəhəri H.Əliyev prospektində ümumi sahəsi 162,4 m2 olan iki mərtəbəli çay evi mülkiyyət hüququ əsasında X3 mülkiyyətindədir. Həmin çay evinin ətraf ərazisində gediş-gəliş yolları soncu tərəfindən tamet döşəmə vurulmaqla abadlaşdırılmışdır. Lakin həmin abadlaşdırma, yəni tamet döşəmənin vurulması 2012-ci ildə həyata keçirilmişdir. Bunu eyni zamanda məhkəmə iclasında izahat verimiş barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və inzibati protokol tərtib etmiş inzibati orqanın nümayəndəsi də təsdiq etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi inzibati tənbeh tədbirlərinin tətbiqi ilə bağlı işlər üzrə icraat müddətlərlə məhdudlaşdırılmışdır. Belə ki, İnziabti Xətalar Məcəlləsinin 38-ci maddəsinin tələblərindən göründüyü kimi inzibati xətalar üzrə icraatın müddəti dörd ay və bir il ilə məhdudlaşdırılmışdır. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyniadlı inzibati xətalarla bağlıdır. “Yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xətalar” Fəslinə aid edilən İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi, yəni özbaşına tikinti işlərinin aparılması, həmin Məcəllənin 38.1-ci maddəsinin ikinci cümləsində göstərilmədiyindən bu növ inzibati xətalara inzibati tənbeh, onun törədildiyi gündən ən geci dörd ay keçənədək tətbiq edilməlidir. Hazırkı halla bağlı inzibati tənbeh tədbirinin tətbiq edilmə müddəti dörd ay müəyyən olunmasına baxmayaraq şəxs barəsində inzibati tənbeh tədbir ilə bağlı qərar 11 bir il keçdikdən sonra qəbul edilmişdir. Bu isə özlüyündə qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə görə inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə işdə olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, X3 inzibati məsuliyyətə cəlb edilməsi qanunamüvafiq olmadığından Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsi barədə X3 şikayəti təmin edilməli, onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli ləğv edilərək X3 barəsində olan inzibati xəta haqqında işə xitam verilməsinə dair barədə X3 şikayəti təmin edilsin. Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsərrüfatı şöbəsinin müdiri X2 X3 barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarı ləğv edilərək inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar