Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1354/2023 05.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş X2 iştirakları ilə, xx.xx.1996-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhəri, M.S.ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etmişdir. İnzibati xəta hadisənin olması 05 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi, tibbi yoxlamanın rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, narkotik vasitələrdən istifadə etmiş, əvvəllər narkotiklərdən qanunsuz istifadə etdiyinə görə məhkum olunmuşdur, əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X5 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 29 noyabr 2023-cü il tarixli raportda göstərilmişdir ki, 30 oktyabr 2023-cü il tarixdə Şirvan şəhəri, M.S.ünvan 1 ünvanında yaşayan Şəxs Şirvan şəhər Polis Şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində narkotik vasitə olan heroin aşkar olunması ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd eilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 14 noyabr 2023-cü il tarixli, 7392 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, F.İsmayılov küçəsində Şirvan şəhər Polis Şöbəsinin CAB-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1996-cı il təvəllüdlü, Şirvan şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs özünü şübhəli apardığından və üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilmiş və raportla şöbə rəhbərliyinə məruzə edərək Şəxs narkotik vasitələrdən istifadə edib-etməməsinin yoxlanılmasını xahiş etmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, maddi sübut olan Şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd sellofan bükümün içərisində olan 0,110 qram narkotik maddə olan heroin ekspertiza tədqiqatından sonrakı 0,095 qram qalığı saxlanılmasından ötrü Şirvan şəhər Polis Şöbəsinin saxlanc anbarına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Məhkəmə X4 Regional Bölməsinin 31 oktyabr 2023-cü il tarixli, 18/1021 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “...3)/imza var/Şəxs...” sözləri yazılmış kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi – 0,095 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, onun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşamasını, törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onu narkotik vasitələrin istifadəsindən çəkindirmək, daha ağır nəticələrə səbəb olacaq əməllərinin qarşısını almaq, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aşkar edilərək götürülmüş və X12 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,095 qram çəkidə narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 05 dekabr 2023-cü il tarixdən, saat 17:00-dan hesablansın. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış – X12 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,095 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1354/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1354/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver