Məhkəmə qərarları › İş №3(032)-1358/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1358/2025

05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1358/2025 05.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nizami qızının, Zərərçəkmiş şəxs X1 iştirakı ilə , xx.xx.1982-ci ildə Sabirabad rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən, Sabirabad rayonu Xəlfəli kəndində qeydiyyatda olan Şəxs Nizami qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs Nizami qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs Nizami qızı xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri Bülbül küçəsində şəxsi münasibətlər zəminində münaqişə zamanı qonşusu X2 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları, ekspert rəyləri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Nizami qızı izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, X3 onunla qonşuluqda yaşayır, onunla münasibəti əvvəllər yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 12:30 radələrində yaşadığı evdən küçəyə çıxanda görmüşdür ki, Zenfira küçədədir, ona söz demək istədiyini demiş, lakin heç bir söz deməmişdir. Az sonra azyaşlı qızı Fatiməni qucağına alıb küçəyə çıxdıqda Zenfira onun ünvanına nalayiq ifadələr işlədib yaşadığı evin həyətinə daxil olmuşdur. Günel də yaşadığı evin pəncərəsini açıb onun ünvanına nalayiq ifadələr işlətmiş, Günelə onu söyməməyini və onun yanına gəlməyini demişdir. Günel onun yanına tək gəlib başına əl atmış, hicabını çıxartmaq istəmiş və çıxartmışdır. Qızı Fatiməni itələmiş, Fatimə yerə yıxılmışdır. Günel onun üzərinə gələrkən onun əllərini tutmuş, onunla yaxalaşmış, özündən uzaqlaşdırmaq üçün itələmişdir. Günel onun yanına yenidən gəldikdə onun əllərini tutub getməsini tələb etdikdə Günel onun barmağımı burmuşdur. Həmin mübahisə zamanı Zenfira küçədə olmuş, onları heç kim aralaşdırmamış, qışqırdığı üçün Günel ondan aralanıb evinin qarşısına getmişdir. Küçədə heç kim olmamış, o da, qızı Fatiməni qucağına alıb evə daxil olmuşdur. Daha sonra ona məlum olmuş ki, Günel ondan şikayət edib, o da döyülməyi barədə polisə məlumat vermiş və gedib polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, Güneli döyməmiş, ona xəsarət yetirməmişdir. Aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs onunla qonşuluqda yaşayır, münasibəti onunla elə də yaxşı olmamışdır. Göyçək onun barəsində xoşagəlməz sözlər işlətmiş, belə ki, bir dəfə Göyçəyin onu əxlaqsız biri kimi tanımağı barədə eşitmişdir. xx.xx.2024-cü il tarixdə təxminən saat 13:20 radələrində küçədə görmüş, Göyçəyə onun barəsində hansı səbəbdən xoşagəlməz sözlərin işlətməsini soruşduqda Göyçək onun anasını söymüş, Göyçək yaşadığı evin giriş hissəsində səs-küy salmağa başlamış, həmin vaxt onun yanında anası Zenfira olmuş, Göyçəyə niyə görə hicab bağladığını, belə söyüşlərinə görə başından hicabı açmağını demişdir. Həmin vaxt Göyçək onu itələmiş, onunla yaxalaşmış, Göyçək onun sol gözünə əli ilə vurmuş, o isə onu vura bilməmişdir. Həmin vaxt kənarda olan anası köməyə gəlmiş, onları aralaşdırmışdır. Bundan başqa da, ara qarışan zaman Göyçəyin uşağı həmin yerə gəlmiş, anası ilə Göyçək sözlə mübahisə etmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində ağır inzibati tənbəhin verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində Şahid izahat verərək bildirdi ki, Şəxs Nizami qızı və X3 onun qonşusudur. Hadisə vaxtı orda olmuş, Günelin Göyçəyi vurmasını, onun hicabını açmasını görsə də Göyçəyin Güneli vurmasını görməmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X1 və Şəxs Nizami qızının əməlində Azərbaycan Respublikası 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, X1 və Şəxs Nizami qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş üzrə icraat başlanması üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X5 Təcrübi və X4 şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 596 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər – sol gözaltı nahiyyədə qançır - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Nizami qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Nizami qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar