Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1367/2023 18.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx.xx.1969-cu ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Şəxs idarə etdiyi “VOLKSWAGEN TİGUAN” minik markalı, ** LS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmaqla Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarətləri yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “VOLKSWAGEN TİGUAN” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində idarə etdiyi “VOLKSWAGEN TİGUAN” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsindən çıxaraq üzü Hacıqabul istiqamətində hərəkət etmiş, saatda 30-40 km surətlə hərəkətdə olmuş, Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Xalq Bank”-ın qarşısında yolun sağ tərəfində avtomobilin dayanmış və onun qarşısına azyaşlı uşaq çıxmış, əyləci basıb avtomobili sola çəkməsinə baxmayaraq uşağı vurmuşdur. Uşağı vurduqdan sonra əyləci basıb avtomobilini yolun sağ kənarına çəkib dayanmış, avtomobildən enərək uşağa doğru gələrək ona kömək etmiş və avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Əməlindən peşmandır, onu sürücülük hüququndan məhrum etməməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:30 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Xalq Sığorta” bankının qarşısından yolu keçmək istəmiş, yola çıxıb tələsərək keçmək istəyəndə qara rəngli avtomobil yol vermiş, lakin, o, qara avtomobilin sağından gələn avtomobili görmədiyi üçün ağ rəngli “VOLKSWAGEN TİGUAN” minik markalı, ** LS *** dövlət qeydiyyat nişanlı avtomobil onu vurmuşdur. Vurduqdan sonra həmin avtomobildən sürücü enərək ona yaxınlaşmış, onu qaldıraraq avtomobilinə əyləşdirib Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışdır. Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Dəymiş ziyan ödənilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X1 X2 24 noyabr 2023-cü il tarixli, 599 №-li rəyinin surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol aşıq-baldır oynağının əzələ-bağ aparatının gərilməsi xəsarətləri vardır. Bu xəsarətlər qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 31 oktyabr 2023-cü il tarixli, 111 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması, vurulan ziyanı ödəməsi iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1367/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1367/2023
18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver