Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1376/2023 12.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:05 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmət aparan yol polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söyərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 12 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilənləri qismən qəbul edərək bildirdi ki, 8 aydır ki, belindən xəstədir bu səbəbdən Bakıda Tibb Universitetində müalicə alır, həmçinin anası təzyiqli olduğu üçün ona dərman almaqdan ötrü Bakı şəhərinə getmişdir. xx.xx.2023-cü il tarixdə “Mercedes benz” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərək evə qayıdan zaman Şirvan şəhəri H.Əliyev prospektində YPX-nin əməkdaşları ona saxla işarəsi vermiş, təhlükəsizlik kəmərindən istifadə etmədən avtomobil idarə etməsi ilə bağlı qayda pozuntusu törətdiyini ona izah etmiş, o da səhvini anladığını, üzrlü hesab edilməsini, evdə təzyiqli xəstə anası olduğu üçün tələsdiyini, həmçinin polis şöbəsində işləmiş Maarif adlı şəxsin ona şəhər içində kəmərdən istifadə etməsinə ehtiyac olmadığını bildirmişdir. Daha sonra YPX-nin əməkdaşları onu polis şöbəsinə dəvət etmiş, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-i inspektoru, polis serjantı X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12:05 radələrində Şirvan şəhəri H.Əliyev prospektində “Kia Sportage” markalı, 99-YP131 dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə xidmətdə olan zaman “Mercedes benz” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah edən zaman sürücü Şəxs Əliverdi oğlu “Mən kəmər taxmıram”, “Heç kimdə mənə kəmər taxtıra bilməz” deyərək avtomobilinə əyləşərək ünvanlı nəlayiq söyüşlər söyərək, “Mənim qohumum Nazirliydə işləyir və sizi işdən çıxartdıracam” deyib, ucadan səs-küy salmağa başladı və PPXB-nin əməkdaşları tədbirdə olduğu üçün sürücü Şəxs öz xidməti patrul avtomobillərinə əyləşdirərək Polis Şöbəsinə gətirib Növbətçi Hissəsiyə təhvil vermişdirlər. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-i inspektoru, polis baş serjantı X2 məhkəmə iclasında X1 ilə eyni məzmunlu izahat verdi. Həmçinin izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 12:05 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində “Kia Sportage” markalı, 99-YP131 dövlət qeydiyyat nişanlı xidməti patrul avtomobili ilə xidmətdə olan zaman avtomobili o, idarə etmiş, “Mercedes benz” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün tərəflərindən saxla işarəsi verilmiş, həmin vaxt Mirzəli Mirzə avtomobildən düşərək vətəndaşa qayda pozuntusu izah etmiş, onun barəsində protokol tərtib etmək istəyərkən aralarında mübahisə yarandığını görmüş və bu zaman o da avtomobildən düşərək sürücüyə yaxınlaşıb qayda pozuntusunu izah edən zaman zaman, sürücü Şəxs Əliverdi oğlu “Mən kəmər taxmıram”, “Heç kimdə mənə kəmər taxtıra bilməz” deyərək avtomobilinə əyləşərək ünvanlı nəlayiq söyüşlər söyərək, “Mənim qohumum Nazirliydə işləyir və sizi işdən çıxartdıracam” deyib, ucadan səs-küy salmağa başladı və PPXB-nin əməkdaşları tədbirdə olduğu üçün sürücü Şəxs öz xidməti patrul avtomobillərinə əyləşdirərək Polis Şöbəsinə gətirib Növbətçi Hissəsiyə təhvil vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 12 dekabr 2023-cü il tarixdə, saat 13:08-də inzibati qaydada tutulmuşdur. 12 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1376/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1376/2023
12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver