Məhkəmə qərarları › İş №3(032)-1378/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1378/2025

17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1378/2025 17.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ "xxxx" MMC-nin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: "xxxx" MMC-nin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Şirvan şəhər Məhkəməsinə 08 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən "xxxx" MMC-nin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 geri qaytarılmışdır. "xxxx" MMC-nin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli,MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün təkrar Şirvan şəhər Məhkəməsinə 09 dekabr 2025-ci il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə texniki təhlükəsizlik (əməyin mühafizəsi) qaydalarının pozulması nəticəsində "xxxx" MMC-nin işçisi Nəbi Kərimovun sağlamlağına xx.xx.2025-ci il tarixdə az ağır zərər vurulmuşdur. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş materiallar əvvəlki qaydada natamamdır. Belə ki, iş materiallarında olan : “Məhkəmə -Tibbi Ekspertiza və X8” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 317 nömrəli ekspert rəyinə əsasən, X6 bədəni üzərində aşkar edilmiş xəsarətlər – üzün, boyunun, döş qəfəsinin ön səthinin bir hissəsinin, qarının yuxarı hissəsi və hər iki yuxarı ətraflarda İ-İİİ dərəcə yanıq sahələri- yüksək hərarətin (alovun) yerli təsirindən törənmiş, naqillərdə yaranmış nasazlıq səbəbindən baş vermiş yanğın nəticəsində əmələ gələ bilərdi, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edildiyi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 1. qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixdə "xxxx" Media MMC-nin texniki vəzifəsində çalışan X6 müxtəlif yanıq xəsarətləri alması ilə əlaqədar toplanmış material üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilməsi ; 2. Təbbi qazın, elektrik və ya istilik enerjisinin talanması və ya onlardan istifadə qaydalarının pozulması faktı müəyyən edildiyindən "xxxx" MMC hüquqi şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün prokuror qarşısında məsələ qaldırılması; 3. Hadisənin baş verdiyi Şirvan şəhəri, Energetik küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində "xxxx" ASC-yə ald olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusunun qapısının mövcud qaydaların tələbinə uyğun olaraq açar əvəzinə məftillə bağlı saxlanıldığına görə “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının 3.15-ci bəndinin tələbi, “Azərişıq" ASC-nin Şirvan elektrik şəbəkəsinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzlə icraat başlanılması üçün prokuror qarşısında məsələ qaldırılması qərara alınmışdır. 23 iyul 2025-ci il tarixli 10/4172 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının” rəyindən görünür ki,1. baş vermiş hadisə ilə əlaqədar, “Elektrik təhlükəsizliyi. Ümumi tələblər". 12.1.019-79 DST-nın (Dövlət standartına) 3.4.1-ci bəndinin və "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"nın 3.15-ci bəndinin tələbi pozulmuşdur kı, bu da baş vermiş hadisənin səbəbi olmuşdur. "xxxx" MMC-da texnik vazifəsinda işləyən X11 gördüyü işdən kənar olmaqla "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusuna, həmin qutuya elektrik enerjisinin verilişi dayandırılmadan qutunun cərəyandaşıyıcı hissələrinə müdaxilə etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, Elektrik təhlükəsizliyi. Ümumi tələblər". 12.1.019-79 DST-nın (Dövlət standartına) 3.4.1-ci bəndinin tələbi X6 özü tərəfindən pozulmuşdur. 2. Hadisənin baş verdiyi Şirvan şəhəri, Energetik küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusunun qapısının mövcud qaydaların tələbinə uyğun olaraq açar əvəzinə məftillə bağlı saxlanıldığına görə, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının 3.15-ci bəndinin tələbi, "xxxx" ASC-nin Şirvan elektrik şəbəkəsinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulmuşdur (konkret şəxs(lər)) istintaq tərəfindən müəyyən edilə bilər. xx.xx.2025-ci il tarixdə saat 11:00-da "xxxx" Media MMC-nin texniki vəzifəsində çalışan X6 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktında Əməyin mühafizəsi üzrə qanunverilcilik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxs haqqında komissiyanın rəyinin surətindən görünür ki, 6.1. Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4-cü bölməsinin 4.1-ci və 4.2-ci bəndlərinə əsasən Cəmiyyətin texniki X6 cavabdehliyini, 4.3-cü bəndinə əsasən Cəmiyyətin direktoru Şəxs cavabdehliyini, 4.4-cü bəndinə əsasən isə Azərişıq” ASC Şirvan X10 və Satışı İdarəsi Şirvan Elektrik Şəbəkəsinin rəisi X3 cavabdehliyini müəyyən etmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın surətindən görünür ki, vəzifəli şəxs - X4 "xxxx" ASC-nin X10 və Satışı İdarələrinin Rayon Elektrik şəbəkələrinin balans şöbəsində nəzarətçi mühəndisi vəzifəsini icra edərkən texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydaları riayət edilməsi vəzifəsi həvalə edilmiş vəzifəli şəxs kimi "Azərişıq” ASC-nin rəisi tərəfindən 2018-ci ilin dekabr ayı tarixində təsdiq edilmiş "xxxx" ASC-nin X10 və Satışı İdarələrinin Rayon Elektrik şəbəkələrində çalışan əməkdaşlarının vəzifə Təlimatı"-na uyğun olaraq işçilərin əməyinin mühafizəsi və təhlükəsizlik texnikasının norma və qaydalarına riayət etməli, eyni zamanda texniki itkinin səviyyəsinə nəzarət etməli və azaldılması üçün müvafiq təkliflərini verməli, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkarlamalı və müvafiq tədbirlər görməli, şəbəkəyə qanunsuz qoşulma halları barədə aparıcı mühəndisi məlumatlandırmalı olduğu halda işçilərin əməyin mühafizəsi və təhlükəsizlik texnikasının norma və qaydalarını lazımi səviyyədə həyata keçirməməklə müvafiq qaydalara əsasən heç bir tədbir görməmiş, nəticədə "xxxx" Media MMC-nin işçisi X11 xx.xx.2025-ci il tarixdə elektrik qutusunda işlər görərkən baş verən partlayış nəticəsində az ağır xəsarət almış, bununla da o, İXM-nin 198.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən vəzifəli şəxs X4 barəsində Şirvan şəhər prokurorluğunda Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə-min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin dispozisiya şərtinə əsasən inzibati xəta hadisəsi “texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs” tərəfindən törədildikdə inzibati xəta tərkibi yaradır. Hazırki halda X6 əməyin mühafizə və texniki təhlükəsizlik qaydalarının pozulması nəticəsində sağlamlığına az ağır zərər vurulması işin faktiki halları və əlavə edilmiş sübutlarla təsdiqini tapır. Lakin həmin inzibati xəta hadisə ilə bağlı “texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs” dəqiq müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən tam şəkildə araşdırma aparılmamışdır. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X5 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı məsul şəxs kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirləndirilsə də, sonuncunun məhz inzibati xəta hadisəsinin baş verdiyi müəssisə-sexdə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə məsul subyekt olmasına dair kifayət qədər sübut təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı saylı inzibati xəta haqqında protokola "xxxx" MMC-nin rəisi Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulmasına və hansı tələblərinin pozulmasına dair sübutlar (ekspert rəyi) əlavə olunmamışdır. Belə ki, 23 iyul 2025-ci il tarixli 10/4172 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının” rəyində baş vermiş hadisə ilə əlaqədar, "xxxx" MMC-da texnik vəzifəsinda işləyən X11 gördüyü işdən kənar olmaqla "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusuna, həmin qutuya elektrik enerjisinin verilişi dayandırılmadan qutunun cərəyandaşıyıcı hissələrinə müdaxilə etməklə öz fərdi təhlükəsizliyini qorumadığına görə, Elektrik təhlükəsizliyi. Ümumi tələblər". 12.1.019-79 DST-nın (Dövlət standartına) 3.4.1ci bəndinin tələbi X6 özü tərəfindən pozulması, hadisənin baş verdiyi Şirvan şəhəri, Energetik küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsində "xxxx" ASC-yə aid olan elektrik sayğaclarının yerləşdiyi elektrik qutusunun qapısının mövcud qaydaların tələbinə uyğun olaraq açar əvəzinə məftillə bağlı saxlanıldığına görə, "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarının 3.15-ci bəndinin tələbi, "xxxx" ASC-nin Şirvan elektrik şəbəkəsinin vəzifə təlimatlarına görə müvafiq funksiyaları yerinə yetirməli olan əməkdaşları tərəfindən pozulması müəyyən edilmişdir. Göründüyü kimi 23 iyul 2025-ci il tarixli 10/4172 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının” rəyində ekspert qarşısında qoyulmuş suallar və tədqiqatın nəticəsi yalnız texniki təhlükəsizlik qaydalarının pozulması ilə bağlı olmuşdur. Lakin X12 Xidmətinin X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun “müəyyən edildi” hissəsi texniki təhlükəsizlik (əməyin mühafizəsi) qaydalarının pozulmasını nəzərdə tutmaqla, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X5 tərəfindən Şirvan Şəhər Məhkəməsinə ünvanlanmış 1 oktyabr 2025-ci il tarixli 3-17-5/2-88920/2025 saylı məktubda istinad olunan təhqiqat komissiyası tərəfindən tərtib edilmiş təhqiqat aktının 4.3-cü və 6.1-ci bəndi yalnız Əmək Məcəlləsinin 215-ci maddəsinin 1-ci abzasını nəzərdə tutmuşdur ki, bu da əməyin mühafizəsi qaydalarının konkret hansı tələblərinin pozulmasını müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 109.1.6-ci maddələrinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Məhkəmə xüsusilə vurğulayır ki, hakimin qərardadı ilə tələb edilən hər bir halın müəyyən edilməsi və araşdırılması icraat iştirakçıları üçün tövsiyə xarakteri daşımır, birbaşa məcburidir. Məhkəmə tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normasına əsasən hüquqi qüvvəyə malik olub, bütün fiziki şəxslər, hüquqi şəxslər və vəzifəli şəxslər üçün icrası şərtsiz və zəruri olan göstərişdir. Hakimin müəyyən etdiyi natamamlığın aradan qaldırılması üçün tələb edilən halların “izah” edilməsi, yaxud həmin göstərişə hüquqi mövqedən kənar əlavə şərh verilməsi icra orqanının səlahiyyətinə daxil deyildir. Əgər məhkəmə konkret faktın, subyektin, funksiyanın və ya sənədlərin təqdim edilməsini prosessual qaydada tələb etmişdirsə, bu tələb alternativ hüquqi izahlarla əvəz edilə bilməz, həmin göstərişlə nəzərdə tutulmuş hərəkət tam və dəqiq şəkildə icra edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü, 4-cü və 5-ci maddələrindən irəli gələn prinsiplərdən aydın olur ki, inzibati məsuliyyət yalnız qanunla nəzərdə tutulmuş tələbin pozulması nəticəsində yaranır, məsuliyyətin hüdudları, subyektin statusu, vəzifə öhdəlikləri və təqsirin forması isə dövlət orqanının “məntiqi ehtimal” və ya “ağlabatanlıq” düşüncəsinə əsasən müəyyən edilə bilməz. İnzibati məsuliyyətin tətbiqi zamanı qanunçuluq, təqsirsizlik prezumpsiyası və ədalətlilik prinsipləri tələb edir ki, məsuliyyət subyektinin hüquqi statusu yalnız normativ aktlardan, vəzifə təlimatlarından və faktiki öhdəliklərdən çıxarılsın. Məhkəmənin tələb etdiyi araşdırmalar aparılmadan təqdim edilən belə mövqe hüquqi nəticə doğurmur və iş materiallarının natamam sayılmasının əsas səbəblərindən birini təşkil edir. Beləliklə göstərilənləri nəzərə alıb məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından təqdim edilmiş materiallar natamamdır, işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü,106-cı və 109-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: "xxxx" MMC-nin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar