Məhkəmə qərarları › İş №3(032)-1379/2023

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1379/2023

13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1379/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədova Səidə Hüseynağa qızı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə 13 dekabr 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədləri nəzərdən keçirtdikdə, toplanmış materialın düzgün tərtib edilməməsi müəyyən edilmişdir. Belə ki, inzibati xəta haqqında protokola əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2023-cü il tarixli protokola əsasən Şirvan şəhər Məhkəməsinin 3(032)- 3847/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini müəyyən olunmuş müddətdə icra etməməsi göstərilsə də əməli Azərbaycan Respublikası İXMnin 528.2-ci maddəsi ilə tövsif edilməsi göstərilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. 100.1-ci maddəsinə görə bu məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən,barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə,habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir . 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə,bu barədə protokolda müvafiq qeyd aparılır.Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək,habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İXM-nin 109.1. və 109.1.6-ci maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 528.2-ci maddəsinin sanksiyasında göstərilmişdir ki, icra üçün təqdim edilmiş icra sənədinin itirilməsinə, onun vaxtında göndərilməməsinə və ya borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə-vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Bununla da tərtib edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib edilmədiyindən natamam hesab olunmalı, tamamlanması məhkəmə iclasında mümkün olmadığından inzibati xəta haqqında material geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 417 və 420-ci maddələrinə əsasən , qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş 13 dekabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol natamam tərtib olunduğundan əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar