Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-138/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs, İnzibati protokolu tərtib etmiş Raul Salahovun iştirakları ilə, xx.xx.2002-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. İnzibati xəta hadisənin olması 09 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, tibbi yoxlamanın rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Xəqani küçəsində yerləşən “Araba hamamı” restoranında əvvəlcədən danışdığı dostu Orxan Mustafayev, Allahverdi Məmmədov, Vüsal Əliyev, Mustafa Baxşiyev və Vüsal Məmmədov ilə birlikdə əyləşmiş, bir müddət onlarla yemək yemiş və spirtli içki qəbul etmişdir. Təxminən saat 22 radələrində həmin restorandan çıxaraq Şirvan şəhəri, Z.Hacıyev küçəsində yerləşən “Pirinin mağazası” adlnana yerə getmişlər, oradan peraşki alaraq, mağazanın qarşısında peraşkini yeməyə başlamışlar. Həmin vaxta mağazanın qarşısında söhbət eyməyə başlamışlar, bu vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. Bundan sonra polis əməkdaşları onlara ucadan səs-küy saldıqlarını və narkotik vasitənin təsiri altında olmaları şübhələr olmasını bildirmişlər və onların izahatının alınması üçün polis şöbəsinə dəvət etmişlər. Narkotik vasitə olan marixuanadan istifadə etmiş, əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi Raul Salahov məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 06 fevral 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində icraatına Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfərləri E.Nağıyev, M.Ağazadə, C.Niftəliyev və Ş.Əhmədlinin xx.xx.2024cü il tarixdə, saat 22:15 radələrində Şirvan şəhəri, Z,Hacıyev küçəsində 6 nəfər şəxs ucadan səsküy salmış, həmin şəxsləri qanuni tələblərə tabe olmağa dəvət etmiş, lakin həmin şəxslər kobud şəkildə öz hərəkətlərinə davam etmiş, onlarla söhbət edən zaman narkotik vasitənin təsiri altında olmalarına şübhələr yaranmış, polis şöbəsinə dəvət olunmuş və orada həmin şəxslərin Şirvan şəhər sakinləri X3, X10, Şəxs, X14, X6 və X4 olmaları barədə raport daxil olmuşdur. Raport əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd olunması və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsi Ambulator X1 07 yanvar 2024-cü il tarixli, 17 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Müayinə zamanı Azayev X5 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 04 yanvar 2024-cü il tarixdə xx.xx.2024-cü il tarixdə, saat 22:15 radələrində Şirvan şəhəri, Z,Hacıyev küçəsində 6 nəfər şəxs ucadan səs-küy salmış, həmin şəxsləri qanuni tələblərə tabe olmağa dəvət etmiş, lakin həmin şəxslər kobud şəkildə öz hərəkətlərinə davam etmiş, onlarla söhbət edən zaman narkotik vasitənin təsiri altında olmalarına şübhələr yaranmış, polis şöbəsinə dəvət olunmuş və orada həmin şəxslərin Şirvan şəhər sakinləri X3, X10, Şəxs, X14, X6 və X4 olmaları müəyyən edilmişdir. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin əməlindən peşman olması, səmimi etirafı, gənc olması məsuliyyətini yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlinə olan münasibətini, yaşını, peşman olmasını nəzərə alaraq, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə minimum həddə inzibati cərimə tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-138/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-138/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver