Məhkəmə qərarları › İş №3(032)-1385/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1385/2025

12.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1385/2025 12.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Mədinə Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə İmişli rayonu, Qaradonlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında olan borclu "xxxx" MMC-nin direktoru vəzifəli şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələbləri yerinə yetirilmədiyinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-5713 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 114.5 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-10015 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 261.9 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-342/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 14659.26 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-1045/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 91222,58 manat alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-559/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 212255.63 manat alınaraq “Gənclik-94” firmasına ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin e2- 2(121)-1016/2025 saylı, xx.xx.2025-ci il tarixlilcra sənədinə əsasən borclu "xxxx" MMCdən cəmi 44975.80 manat alınaraq “Proev “ MMC-yə ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-933/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-nin əmlakı üzərinə cəmi 55528.16 manat "xxxx" MMC-yə ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-547/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 12519.68 manat alınaraq tələbkar "xxxx" Müəssisəsinə ödənilməlidir.Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-287/2025 saylı, xx.xx.2025-ci İl tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 51735.21 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1148/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 19282.24 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2- 2(121)-576/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 34344.49 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-23/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 27 manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-36/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 51735.21 manat tutulub "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2-(121)-1741/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 65567.97 manat alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(113)-1011/2025 saylı, xx.xx.2025-ci il tarixlilcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 6237.56 manat tutulub "xxxx" ASC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-7558 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 2305.17 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1318/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 15074.56 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-688/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 109082.56 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2- 2(121)-549/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 15881.33 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 31904.78 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2128/2024 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 5709.38 manat alınaraq tələbkar “X5 Elemanları Teknoloiileri Sanayi ve Ticaret Anonim Şirketinin ” Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-249/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 58545.87 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2544/2024 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 73975.70 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2- 2(121)-1158/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMCdən 62525.32 manat alınaraq tələbkar X2 ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3705/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 179274.53 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-6528 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 186.79 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədlərinin icrası ilə bağlı borclu "xxxx" MMC-nin əmlak və gəlirləri ilə bağlı görülmüş tədbirlər nəticəsində borcluya məxsus iki avtomobil aşkar edilərək Şirvan Şəhər Məhkəməsinin 8(032)-94/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə həbs qoyulsa da, sonra həmin avtomobillərin "xxxx" ASC-də girov qoyulduğu məlum olmuş və sonuncunun Şirvan Şəhər Məhkəməsinə müraciəti əsasında məhkəmənin 8(032)-94 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə həbs götürülmüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, icraçı direktoru olduğu şirkət tikinti və təchizat işləri ilə məşğuldur. Şərqi Zəngəzur və Azərbaycan Respublikasının cənub bölgəsində tikinti işlərinin icrası ilə məşğuldur. Hüquqi şəxs barəsində tərtib olunmuş protokola münasibətdə bildirmişdir ki, çoxsaylı layihələrin icrası ilə əlaqədar olaraq istər dövlət qurumları, istərsə də digər şirkətlərlə aralarında olan müqavilərə görə tikinti işlərini aparmış olsalar da sonuncular tərəfindən görülən işlərə müvafiq olaraq onlara ödəniş edilməmiş və bu səbəbdən pul əldə etmədiklərindən digər şəxslərə olan borclarına dair ödənişləri edə bilməmişlər. Məhz elə bu səbəbdən borcları yaranmış və barələrində məhkəmə qərarları çıxarılmışdır. Qeyd olunan hallarla bağlı ödənişlər olunacağı təqdirdə gələcəkdə ödəniş edəcəklərinə söz verir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-5713 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 114.5 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-10015 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 261.9 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-342/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 14659.26 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-1045/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 91222,58 manat alınaraq "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-559/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 212255.63 manat alınaraq “Gənclik- 94” firmasına ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin e2-2(121)-1016/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən cəmi 44975.80 manat alınaraq “Proev“ MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-933/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-nin əmlakı üzərinə cəmi 55528.16 manat "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-547/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 12519.68 manat alınaraq tələbkar "xxxx" Müəssisəsinə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-287/2025 saylı, xx.xx.2025-ci İl tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 51735.21 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1148/2025 saylı, xx.xx.2025-ci il tarixliicra sənədinə əsasən borclu "xxxx" MMC-dən 19282.24 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-576/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 34344.49 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-23/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 27 manat tutulub dövlət büdcəsinə ödənilməlidir. Şirvan Apellyasiya Məhkəməsinin 16(106)-36/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 51735.21 manat tutulub "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2-(121)-1741/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 65567.97 manat alınaraq tələbkar "xxxx" MMC-yə verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(113)-1011/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 6237.56 manat tutulub "xxxx" ASC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-7558 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 2305.17 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1318/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 15074.56 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-688/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 109082.56 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-549/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 15881.33 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-360/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 31904.78 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2128/2024 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 5709.38 manat alınaraq tələbkar “X5 Elemanları Teknoloiileri Sanayi ve Ticaret Anonim Şirketinin” Azərbaycan Respublikasındakı filialına ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-249/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 58545.87 manat alınaraq tələbkar "xxxx" MMCyə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-2544/2024 saylı, xx.xx.2024-cü il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 73975.70 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-1158/2025 saylı, xx.xx.2025-ci il tarixli İcra sənədinə əsasən borclu "xxxx" MMC-dən 62525.32 manat alınaraq tələbkar X2 ödənilməlidir. Şirvan Kommersiya Məhkəməsinin 2-2(121)-3705/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 179274.53 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhər 1 saylı Notariat Ofisinin 8İ-6528 saylı, xx.xx.2025-ci il saylı icra sənədinə əsasən borclu "xxxx" MMC-dən 186.79 manat alınaraq tələbkar "xxxx" MMC-yə ödənilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə borclu "xxxx" MMC barəsində olan icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan hesablarının üzərinə həbsin qoyulması qərara alınmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Habelə, istər işlədiyi zamanlarda tələbkara pul verməmiş, həmçinin icraçının dəvətindən yayınmışdır. Bununla da, hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Hazırki işdə məhkəmə cərimə inzibati tənbehinin tətbiqini məqsədəmüvafiq hesab etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını, tərəflərin izahatlarını və toplanmış sübutları məcmu qaydada qiymətləndirərək belə qənaətə gəlir ki, hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın — yəni məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halının — törədilməsi tam şəkildə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törətmiş şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs barədə iş materialları göstərir ki, onun barəsində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmiş, əksinə, icra sənədinin uzun müddət icra olunmaması və icra məmurunun tələblərinin davamlı şəkildə pozulması və borc məbləğinin 2 milyon beş yüz min manatdan yuxarı olmasını nəzərə alınmalıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli, lakin cərimə tənbeh növünün tətbiqi məqsədəuyğun hesab edilmədiyindən, onun barəsində həmin maddənin sanksiyası həddində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin icraçı direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 12 dekabr 2025-ci il tarixdən, saat 11:25-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar