Məhkəmə qərarları › İş №3(032)-1397/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1397/2023

15.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1397/2023 15.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir Məhkəmə iclasında Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X4 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 100 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün qeydiyyatda olduğu ünvan 2 ünvanda yaşamadığı müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və barəsində xx.xx.2023-cü il tarixdə Aİ/260456/23 saylı axtarış işi açılmışdır. Şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxalanılaraq Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Borclu Şəxs tələbkar Zərərçəkmiş şəxs bu günədək ödəməli olduğu 4600 manat aliment pulundan 300 manat xx.xx.2021-ci il tarixdə ödəyib, 770 manat aliment pensiyasından tutulmuş - cəmi 1070 manat aliment ödəmiş və hazırda 3530 manat manat aliment borcu yaranmışdır. Beləliklə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, icra sənədindən məlumatı vardır, belə ki, xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Gəncədən Kəlbəcərə gedən istiqamətdə polis əməkdaşı tərəfindən postda saxlanılmış, alimentlə bağlı axtarışda olduğu deyilmiş, daha sonra Şirvan şəhər Polis şöbəsinə gətirələrək Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borcu olduğunu etiraf edir, lakin telefonla ona tanımadığı şəxs tərəfindən məlumat verilərək keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ona qarşı atalıqdan məhrumetmə ilə bağlı iddia qaldırdığı deyilmiş, bu səbəbdən də aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə borcun tam olaraq ödənilməsini, əks təqdirdə barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Eyni zamanda Şəxs şəxsiyyəti barədə məlumat vərəqəsindən görünür ki, o, İİİ dərəcəli əlildir, 150 manat təqaüd alır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şirvan şəhəri üzrə İcra və X3 şəhər Polis şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 77223/10-23 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icraatında olan, icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs axtarılması barədə qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. Yaranmış zərurət aradan qalxdığı üçün qeyd olunan şəxsin axtarış işinə xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şamaxı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(074)-225/2020 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan aliment borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 14 dekabr 2023-cü il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar