Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1411/2023 22.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarların ləğv edilməsi və həmin qərarlar əsasında təyin olunmuş cərimələrin silinməsi barədə X3 tərəfindən verilmiş şikayətə və müddətin bərpa edilməsi barədə vəsatətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin icraatına X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarların ləğv edilməsi və həmin qərarların ləğv edilməsi, həmin qərarlar əsasında təyin olunmuş cərimələrin silinməsi barədə şikayəti daxil olmuşdur. Şikayətə görə, DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16703214 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə DİN Baş X6 İdarəsinin xx.xx.2023cü il tarixli, EQ 17385943 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Bundan əlavə DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16974425 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, **-CX-*** dövlət qeydiyyat nömrəli “X5 yük” avtomobili ilə hərəkət edən zaman o yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş və heç bir sürət həddini aşmamışdır. Lakin qərarlarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Hesab edir ki, adı çəkilən qərarlar qanunsuz və əsassızdır. Şikayət vermiş şəxs X3 şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Vəsatətə görə DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli, EQ 17385943 nömrəli və xx.xx.2023-cü il tarixli, EQ 16974425 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci və 328.3-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Məlumat üçün bildirir ki, adı çəkilən qərarlar ona rəsmən təqdim edilməmişdir. Həmin qərarların surətini tərəfindən edilmiş müraciət əsasında almışdır. Qeyd olunan qərarlar ona rəsmən təqdim edilmədiyinə görə həmin qərarlardan şikayət vermə müddəti tərəfimdən üzrlü səbəbdən ötürülmüşdür. Hal- hazırda o, həmin qərarların ləğv edilərək cərimə məbləğlərinin silinməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət edir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. İş materiallarından görünür ki,inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət 21 dekabr 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi şikayət vermiş şəxs X3 qərarları vaxtında rəsmi qaydada almamasını və buna görə də qərarlardan vaxtında şikayət edə bilməməsini göstərmiş, lakin bu barədə hər hansısa sübut vəsatətə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarlardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxılması ilə bağlı hansısa sübut vəsatətə əlavə edilmədiyindən müddətin bərpasından imtina edilməklə ərizə rədd edilməli, “inzibati tənbeh vermə haqqında” Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023-cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarlardan verilmiş şikayət X2 geri qaytarılmalıdır . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130, 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarlarından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa olunması barədə X1 ərizəsi rədd edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 05 sentyabr 2023cü il tarixli EQ 16703214 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 17385943 nömrəli, xx.xx.2023-cü il tarixli EQ 16974425 nömrəli qərarların ləğv olunması və həmin qərar əsasında təyin olunmuş cərimələrin silinməsi barədə X3 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1411/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1411/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver