Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1413/2023 22.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 21 dekabr 2023-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, 20 dekabr 2023-cü il tarixdə Şirvan şəhəri Bayramlı qəsəbəsində onun barəsində daxil olmuş şikayətin polisin qanuni tələbinə məhəl qoymayaraq səs-küy salmışdır. İnzibati xəta hadisəsinin olması 21 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək 20 dekabr 2023-cü il tarixdə qonaqlıqda spirtli içki qəbul edərək içkinin təsiri altında olmuş, evə gələrkən içkili olduğuna görə ictimai asayişi pozduğu üçün polis əməkdaşları ona yaxınlaşaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirdikdə, o, polis əməkdaşlarına müqavimət göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər X1 Bölməsinin təhqiqatçısı Məmmədov Samir izahat verib xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə Şirvan ŞPŞ-yə məlumat daxil olduğunu, həmin məlumatda Şəxs Şirvan şəhər sakini Qəniyeva Zülfiyyə adlı tanımadığı bir nəfər şəxsin evinə girərək onu təhqir etdiyi və üstünə hücum çəkdiyinin qeyd olunduğunu, bu səbəbdən hadisə yerinə getdiklərini, orada həqiqətən deyilənlərin öz təsdiqini tapdığını bildirdi. Hadisə yerində zərərçəkmiş şəxs Qəniyeva Zülfiyə həmin şəxsi tanımadığını və dəmir yolunun üzərində uzandığını bildirmişdir. Onlar dəmir yoluna yaxınlaşdıqda dəmir yolunun üzərində onun yatmış vəziyyətdə olduğunu, sonra oyadaraq sərxoş olduğunu görmüş, həyati təhlükəsinin olduğundan və həmçinin izahatının alınması məqsədilə polis şöbəsinə gətirdiklərini və halhazırda zərərçəkmişin şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin NH-nin sürücüsü Abdulov Nofəl izahat verib vətəndaşın “102” xidmətinə müraciət edərək evinə oğru girdiyini və oğrunu tanımadığını bildirdiyini qeyd etdi. Onlar hadisə yerinə getdikdə həmin şəxsin dəmir yolunun üzərinə uzandığını, ona yaxınlaşıb özlərini təqdim edərək, polis şöbəsinə gətirmək istədiklərini, onun isə əvvəlcə müqavimət göstərsə də, sonra polis şöbəsinə gətirildiyini bildirdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 20 dekabr 2023-cü il tarixdə saat 23:30 radələrində inzibati qaydada tutulmuş, 21 dekabr 2023-cü il tarixdə saat 15:50-də azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli 328 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol” undan görünür ki, Şəxs “orta dərəcəli” sərxoşluq müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi isə iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin və bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1413/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1413/2023
22.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver