Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1413/2025 17.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş 17 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, borclu Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 2690/2025 saylı icra sənədinə əsasən iş üzrə borclu Şəxs hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.62 misli həddində sabit pul məbləğində aliment və xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərc olaraq müalicəsi sona çatanadək hər ay 350 manat məbləğində pul vəsaiti borclu Şəxs tutularaq tələbkar X5 ödənilməlidir. İcra sənədi üzrə borluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə də aliment öhdəliyini yerinə yetirmədiyi təqdirdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində aliment üzrə ödənişlərini tam şəkildə etməmiş, nəticədə aliment üzrə borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə barəsində axtarış tədbiri olduğundan polis əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 5510 manat aliment borcu olduğu məlum olmuşdur. İş üzrə tələbkar X9 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək yaranmış aliment borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Həmçinin əlavə olaraq izahatında bildirdi ki, borclu tərəfindən hazırda tələbkarın kart hesabına aliment borcundan 500 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı icra sənədinə əsasən ondan xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməli, həmçinin xx.xx.2017ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərc olaraq xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsi sona çatanadək hər ay 350 manat məbləğində pul vəsaiti ondan tutularaq iddiaçı X5 ödənilməlidir. İş üzrə həmin qətnamədən apellyasiya şikayəti vermiş, şikayəti təmin edilmiş və aliment məbləği azaldılmışdır. Lakin həmin aepllyasiya şikayəti üzrə qəbul edilmiş qətnaməni almamışdır. Bu hal icra sənədi üzrə aliment borcunun məbləğinin də 1500 manat hissəsində azaldılmasına əsas verir. Özü hazırda heç bir yerdə işləmir, qazanc yeri yoxdur. Alimenti ödəməkdən imtina etmir, lakin tam şəkildə ödəmək iqtidarında deyil, hissə-hissə ödəməyə imkanı vardır. Hazırda icra sənədi üzrə borcundan 500 manat ödəniş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı icra sənədindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X9 ilə cavabdeh Şəxs arasında xx.xx.2014-cü il tarixdə 2 saylı “Asan Xidmət” mərkəzində bağlanmış və 1177 № ilə qeyd edilmiş nikah pozulması, nikah pozulduqdan sonra birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2019-cu il təvəllüdlü X8 anası X4 yanında saxlanılması, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi, xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsi üçün əlavə xərc olaraq xx.xx.2017-ci il təvəllüdlü X2 müalicəsi sona çatanadək hər ay 350 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2025-ci tarixli qərardan, tələbin könüllü icrası haqqında eyni tarixli bildirişdən və onun üzərindəki qeyddən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı qətnaməsinə dair icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu Şəxs icranı 10 gün müddətində könüllü olaraq təmin etməsi təklif olunmuş, tələbi üzrsüz səbəbdən icra etməyəcəyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişinin, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı bildirilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokolda Şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı icra sənədini üzrsüz səbəbdən icra etmədiyi qeyd edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-2690/2025 saylı icra sənədi üzrə Şəxs tərəfindən xx.xx.2025ci il tarixdə 500 manat ödəniş edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1413/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1413/2025
17.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver