Məhkəmə qərarları › İş №3(032)-1426/2022

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1426/2022

05.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1426/2022 05.12.2022 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən,Şirvan şəhər Məhkəməsinin hakimi Qurbanov Elçin Firudin oğlu xx.xx.1975-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən , orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs 07 noyabr 2022-ci il tarixdə saat 18:10 radələrində Hacıqabul rayonu Horadiz yolunun 5 km-də özünə məxsus iribuynuzlu mal-qaranı heyvan keçidi olmayan yoldan keçirməsi nəticəsində yol hərəkəti qaydalarını pozaraq «Mercedes » markalı ** OK *** dövlət nömrə nişanlı avtomobilin sahibinə maddi ziyan vurmuşdur. İnzibati xəta hadisəsinin olması 07 noyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin , zərərçəkmiş şəxsin izahatları ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 07 noyabr 2022-ci il tarixdə saat 18.10 radələrində özünə məxsus 55 ədəd iribuynuzlu mal-qaranı örüş sahəsindən yatağa aparmaq üçün heyvan keçidi olmayan yoldan keçirərkən, bir baş inəyi avtomobilin qarşısına qəfil çıxmış, nəticədə avtomobil onu vurmuşdur . Həmin yerə gedən zaman avtomobilin vurduğu inəyin öldüyünü görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, 07 noyabr 2022-ci il tarixdə saat 18.10 radələrində «Mercedes » markalı ** OK *** dövlət nömrə nişanlı avtomobillə Hacıqabul Horadiz yolunun 5-ci km-də hərəkətdə olan zaman adını sonradan bildiyi Şəxs iribuynuzlu mal-qaranı yoldan keçirərkən bir baş inək ona məxsus avtomobillə toqquşmuşdur. Nəticədə ona məxsus avtomobilə maddi ziyan dəymişdir. At arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən tərəfindən yol hərəkəti qaydalarının pozulması,yəni mal-qaranın yolda nəzarətsiz qoyulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-xətanı törətmiş şəxs səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması da nəzərə alınır. Qeyd olunanları nəzərə alıb,hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat cərimə edilsin. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar