Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-146/2025 06.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-1285/2019 saylı, xx.xx.2024-cü il tarixli, 2(032)-615/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10965/2018 saylı icra sənədlərinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X6 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, əvvəli 12 sentyabr 2019-cu il tarixdən hesablanmaqla borclu Şəxs 3 (üç) uşağın saxlanması üçün hər ay 270 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-615/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3 (üç) uşağın saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 2805 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X5 verilməlidir. Hər üç icra sənədi hazırda şöbənin icraatındadır və bir icraatda birləşdirilmişdir. Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borc məbləği hazırda 15040 manat, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 615/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borc məbləği 5060 manat, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə isə borc məbləği 2805 manat təşkil edir. Borclu qeydiyyatda olduğu ünvanda yaşamadığına görə icra sənədlərinin icrasının təmin olunması məqsədilə barəsində axtarış qərarı qəbul edilərək icra edilməsi üçün aidiyyəti polis orqanına göndərilmiş və xx.xx.2025-ci il tarixdə Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yaxalanaraq lcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs icra sənədləri üzrə borcunun ödənilməsi tələb olunmuş, lakin o, borcunu ödəmək üçün heç bir səy göstərməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından üzürsüz səbəbdən yayınmışdır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, Şirvan Şəhəri Məhkəməsinin 2(032)-1285/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla 3 uşağın saxlanması üçün hər ay 270 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi, Şirvan Şəhəri Məhkəməsinin 2(032)-615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən ondan 3 uşağın saxlanması üçün hər ay hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X2 ödənilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10965/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan 2805 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X5 verilməsi qət edilmişdir. Hazırda heç bir yerdə işləmir. İcra sənədləri üzrə borcunu tam ödəmək üçün maddi imkanı yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Şəxs hər ay sabit pul məbləğində bir uşağa görə 90 manat, üç uşağa görə 270 manat məbləğində pul alınaraq iddiaçı X4 verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(032)-51/2024 saylı qərardadı ilə borclu Şəxs məxsus “Mercedes Benz 609D” markalı, ** FN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Şirvan Şəhər Məhkəməsinin 2(032)-615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Şəxs hər ay hər uşağa 220 manat, cəmi 660 manat məbləğində alimentin alınaraq X2 verilməsinə dair öhdəlik götürməsi barədə xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 2(032)-615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Şirvan Şəhər Məhkəməsinin 2(032)-615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10965/2018 saylı icra sənədinə əsasən Şəxs 2805 manat məbləğində pul vəsaitinin alınaraq tələbkar X5 verilməlidir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10965/2018 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişin surətindən görünür ki, borclu Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 10965/2018 saylı icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli üç icra sənədinin ümumi icraatda birləşdirilməsinə dair qərarı ilə borclu Şəxs barəsində olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-10965/2018 saylı, Şirvan Şəhər Məhkəməsinin 2(032)-1285/2019 nömrəli, xx.xx.2019-cu il tarixli və Şirvan Şəhər Məhkəməsinin 2(032)-615/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədləri ümumi icraatda birləşdirilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədlərini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş borcların məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkarlara olan borcunu ödəmədiyini, uzun zaman axtarışda olaraq icra sənədlərinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 fevral 2025-ci il tarixdən, saat 15:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-146/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-146/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver