Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-15/2024 05.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 31 dekabr 2023-cü il tarixdə axşam, saat 18:30 radələrində Şirvan şəhər köhnə bazar ərazisində istehsalı və satılması qadağan olunmuş pirotexniki vasitələrin satılması ilə məşğul olmuşdur. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər köhnə bazar ərazisində protexniki vasitələr, fişəng, çilçıraq satdığı üçün polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmiş, qanunla qadağan olunmuş mallar satdığı üçün onu Şirvan şəhər Polis Şöbəsinə gətirmişlər. Həmin vaxt 8 qutu çilçıraq və 3 ədəd fişəng satmışdır. Əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 31 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 31 dekabr 2023-cü il tarixdə Şirvan şəhər köhnə bazar ərazisində istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işləri (xidmətlərin) yerinə yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 442-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 21:30 radələrində Şirvan şəhəri, L-NT İbrahimov küçəsində xidmətdə olan zaman 1 nəfər şəxsin yol kənarında protexniki vasitələr satdığını görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş, qanunla qadağan olunmuş protexniki vasitələrin satışı ilə məşğul olduğu üçün həmin şəxsdən protexniki vasitələr götürülmüş, onu Şirvan şəhər Polis Şöbəsinə gətirmişlər. Orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini 1988-ci il təvəllüdlü Şəxsdur. xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin İTB-nin sahə rəisi polis mayoru X1, Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfərləri İsa Zahidov, Elşad Nağıyev tərəfindən tərtib edilmiş aktda göstərilmişdir ki, Şəxs 3 ədəd fişəng və 8 ədəd çilçıraq qutuları aşkar edilərək tərəflərindən götürülmüşdür. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsinə əsasən istehsalı və ya satılması qadağan olunmuş malların istehsalına və ya satılmasına, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsinə (göstərilməsinə) görə - inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min altı yüz əlli manatdan iki min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə minimum həddə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 350 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-15/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-15/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver