Məhkəmə qərarları › İş №3(032)-151/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-151/2023

30.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-151/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən "xxxx" MMC -nin bölgə rəhbəri işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan,Şirvan şəhəri Niyazi küçəsi ev 3 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 03 avqust 2022-ci il tarixdə Şirvan şəhəri F.Eynullayev küçəsində yerləşən aptekdə psixotrop maddələri qanunsuz olaraq əldə edib saxlamışdır. İnzibati xəta hadisənin olması 30 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla,cinayət işi üzrə icraata xitam verilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, fəaliyyət göstərdiyi aptekdə aşkar olunmuş dərman vasitələrini Şirvan şəhər Mərkəzi Xəstəxanasına təhvil vermək üçün saxlamışdır. Həmin dərman vasitələrini atası xəstə olduğundan onun müalicəsində istifadə etmişlər, ona da xəstəxanada işləyən vəfat edən dayısı oğlu reseptlə alıb ona vermişdir. Digərləri isə ayrıayrı adamlar əvvəllər həmin dərmanlardan istifadə edən vəfat etmiş xəstə yaxınlarının dərmanlarını gətirərək ona təhvil vermiş, o da artıq qalan dərmanlarla vətən müharibəsində iştirak edən ,ağır travma alan şəxslərə təmannasız kömək göstərmək üçün aptekə gətirmiş, daha sonra qala dərmanları xəstəxanaya vermək istəsə də işlərinin çoxluğu ilə əlaqədar edə bilməmişdir. Lakin o, həmin psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nün polis nəfəri X6 izahat verərək bildirdi ki, Şəxs "xxxx" MMC-yə məxsus aptekdə xüsusi icazəsi olmadan güclü təsir edən dərmanları əldə edib saxlaması barədə daxil olmuş məlumat əsasında 02 avqust 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupu həmin gün saat 19 radələrində videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı Şəxs dərmanları onlara vermiş, həmin dərmanların atasının müalicəsində istifadə olunduğunu , atası vəfat etdikdən sonra onları ehtiyacı olan şəxslərə təmannasız vermək üçün gətirməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nün polis nəfəri X4 izahat verərək bildirdi ki, Şirvan şəhər X2 Mübarizə Qrupunun əməliyyat müvəkkili X3, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nün polis nəfəri X6 ilə birlikdə yaradılmış əməliyyyat qrupu Şəxs "xxxx" MMC-yə məxsus aptekdə xüsusi icazəsi olmadan güclü təsir edən dərmanları əldə edib saxlaması barədə daxil olmuş məlumat əsasında 02 avqust 2022-ci il tarixdə 19 radələrində videoçəkiliş vasitəsilə baxış keçirilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/4163 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, “....X5....” sözləri kağız paketdəki dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrinin adları 1 nömrəli cədvəldə göstərilmişdir).Təqdim olunmuş ümumi sayı 9 ədəd olan “Rivotril 2 mg” tabletlərinin tərkibində klonazepamın təsir maddəsinin ümumi miqdarı 0,018 qram ,ümumi sayı 110 ədəd olan “ Tramadol 50 ” kapsulların, ümumi sayı 11 ədəd olan “ Tramadol 100 mq /2 ml ” ampulların , ümumi sayı 90 ədəd olan “ Royal-225” tabletlərinin tərkibindəki tramadolun təsir maddəsinin ümumi miqdarı 26,85 qram (5,5 qram+1.1 qram+20.25 qram) ,ümumi sayı 10 ədəd olan “ Relanium 5 mq/ml” ampullarının tərkibindəki diazepamın təsir maddəsinin 10 ədəd olan “ Relanium 5 mq/ml” ampullarının tərkibindəki diazepamın təsir maddəsinin ümumi miqdarı 0,1 qramdır . Klonazepam və diazepam 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına (siyahı İİİ) daxildir. Tramadol 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına (1 nömrəli əlavə) daxildir. Təqdim olunmuş digər dərman preparatları 2005-ci İl 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövüiyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, şranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorlarırı siyahılan” na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları"na daxil deyildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X9-Narkoloji tibbi yoxlamanın 15 noyabr 2022-ci il tarixli 6834 nömrəli rəyində göstərilmişdir ki, Şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan tramadoldan periodik istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs Rəhim oğlunda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs Rəhim oğlu narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işi üzrə icraata xitam verilməsi haqqında 25 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəs ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olduğundan qərarın surəti inzibati məsuliyyət məsələsi görülməsi üçün Şirvan şəhər X10 Təhlükəsizlik Bölməsinə göndərilməsi qərara alınmışdır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə psixotrop maddələr üzrə İİ siyahıya görə 2 qramadək psixotrop maddə diazepam , 0,1 qramadək psixotrop maddə klonazepam şəxsi istehlak miqdarıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışın surətindən görünür ki, Şəxs 2-ci dərəcəli əlildir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın əhalinin sağlamlığı əleyhinə olması barədə xarakteri, əməlindən peşman olması, səmimi etiraf etməsi və orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan, işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə edilməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan 09 ədəd “Rivotril 2mg” tabletləri və 10 ədəd “Relanium 5mq/ml”ampulları məhv edilməlidir. İş üzrə keçirilmiş ekspertizanın xərci 81 manat barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək 350 (üç yüz əlli ) manat cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan 09 ədəd “Rivotril 2mg” tabletləri və 10 ədəd “Relanium 5mq/ml”ampulları məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri - 81 manat məbləğində pul Şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar