Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1555/2022 12.12.2022 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan rayonu, Kərimbəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 23:50 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 10 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:50 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yolun kənarı ilə gedən zaman polis əməkdaşları ona yaxınlaşaraq onunla heç bir əsas olmadan suallar verərək mübahisə etməyə başlamış, sonra isə polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Polisə qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 23:50 radələrində şəhərin M.Ə.Rəsulzadə prospektində xidmətdə olarkən həmin prospektdə avtomobil yolunun tam ortasıyla bir nəfər şəxsin hərəkət etdiyini görüb ona yaxınlaşmış, özünü təqdim etmiş, həmin şəxsin şəxsiyyət vəsiqəsini tələb etdikdə bunun qanunsuz olduğunu deyib səs-küy salmağa başlamış, şəxsiyyəti barədə məlumat verməkdən imtina etmiş, sərxoş halda olmuş və onu dəfələrlə nizam-intizama dəvət etsələr də polisin qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Daha sonra Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinə gətirilmiş, məlum olmuşdur ki, şəxs Şəxsdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 10 dekabr 2022-ci il tarixdə, saat 00:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 208 nömrəli, xx.xx.2022-ci il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa məhkəmə tərəfindən xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. İş üzrə yüngülləşdirən hallar isə müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, yaşını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 120 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1555/2022
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1555/2022
12.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver