Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-159/2025 20.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2025-ci il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 04 fevral 2025-ci il tarixdə, saat 00:04-də “Hyundaı Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin H.Əliyev prospektində idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Şirvan şəhər X9 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt narkotik vasitənin təsiri altında idarə etməsinə şübhələr yarandığından ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş, Şəxs narkotik vasitə təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Buna görə də, Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında xx.xx.2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri polis şöbəsinin DYPB-nin YPX-i inspektoru polis baş serjantı X4 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:02-də “Hyundaı Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin H.Əliyev prospektində idarə edərkən avtomobilin işıq cihazlarından istifadə qaydalarını pozmağa görə tərəfindən saxlanılmış, həmin vaxt narkotik vasitənin təsiri altında idarə etməsinə şübhələr yarandığından ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmiş, Şəxs narkotik vasitə təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, etibarnamə əsasında idarə etdiyi “Hyundaı Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə yaşadığı Şirvan şəhəri M.Mirzəyev küçəsindən "Qaçqınlar şəhərciyinə gedən zaman işıqforun qırmızı işığında dayanan zaman YPX-nin əməkdaşları ona saxla əmri vermiş, o da həmin vaxt avtomobili saxlamış, ona işıq cihazlarından istifadə qaydalarını pozmağa görə avtomobilini polis şöbəsinə gətirərək cərimə meydançasına yerləşdirmişlər. DYPB-nin YPX-nin əməkdaşı onun narkotik vasitənin təsiri altında avtomobili idarə etməsini qeyd etsə də, polis əməkdaşı onu həmin günü evə göndərmiş, səhəri günü isə yoxlanışdan keçirtmişdir. Narkotik vasitə qəbul etdiyini etiraf etsə də, lakin həmin günü o, narkotik vasitə qəbul etməmiş, onun təsiri altında olmamışdır. Narkotik vasitəni təxminən 15-20 gün bundan qabaq istifadə etmişdir. Eyni zamanda narkotik vasitəni 20 gün qabaq istifadə etsə də, sonradan avtomobili idarə etməsinin qanuna zidd olduğunu bilməmişdir. Həmçinin onun tərəfindən protokolda “narkotik vasitə təsiri altında avtomobil idarə etmişəm, heç bir şikayətim yoxdur” sözlərini özü tərəfindən yazıldığını qeyd etsə də, lakin polis şöbəsində təzyiqlə yazıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BD seriyalı 163451 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundaı Sonata” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. xx.xx.2024-cü il tarixli, ƏN-Vİ 966183 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Hyundaı Sonata” minik markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobil həmin avtomobilin mülkiyyətçisi X5 tərəfindən Şəxs 9 il 6 ay 29 gün müddətinə verilib və xx.xx.2033-cü il tarixədək qüvvədədir. sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 000158 nömrəli, xx.xx.2025-ci il tarixli aktından görünür ki, Şəxs sidiyində THC (həşiş, marixuana) müsbət (+) aşkar edilmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaları»n 2.7-cü bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»n 3.1-cü bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Beləlikilə protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 00:02-də “Hyundaı Sonata” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs narkotik vasitə qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmişdir. Müayinə nəticəsində Şəxs kannabinoidlərin qəbulu aşkar olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs ifadəsində göstərdiklərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-159/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-159/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver