Məhkəmə qərarları › İş №3(032)-1595/2022

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1595/2022

21.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1595/2022 21.12.2022 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1989-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 21 dekabr 2022-ci il tarixdə Şirvan şəhəri, L.nt İbrahimov küçəsində keçmiş həyat yoldaşı X2 döyərək ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. İnzibati xəta hadisənin olması 21 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında MN ******* nömrəli protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 iyun 2022-ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X3 ilə 2012-ci ildə ailə həyatı qurub. Onların bu nikahdan 2013-cü il təvəllüdlü Seymur adlı övladları var. Ülviyyə İsmayılova ilə münasibətləri normal olmadığı üçün 2020-ci ildə Şirvan şəhər məhkəməsin qərarı ilə boşanmışdır. X7 Ülviyyə İsmayılova ilə qalmışdır. Övladı ilə uzun müddətdir ki, görüşmədiyini, keçmiş arvadı Ülviyyə İsmayılovanın halhazırda Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən “Glamur” gözəllik salonunda işlədiyini bildirmişdir. 01 iyun 2022-ci il tarixdə saat 13 radələrində Ülviyyə İsmayılovanın işlədiyi “Glamur” gözəllik salonuna getmiş, Ülviyyə İsmayılova həmin vaxt salonda tək olmuş, salonda olan əşyalarını toplamışdır. Salona daxil olmuş, Ülviyyə İsmayılovaya bildirmişdir ki, oğlu Seymur Əsədov ilə görüşmək istəyir. Ülviyyə İsmayılova isə ona bildirmişdir ki, sənin Seymur ilə görüşməyinə icazə vermiyəcək. Bir müddət sonra oğlu Seymur Əsədov salona gəlmiş, oğluna yaxınlaşmış, bundan sonra X5 Əsədovu kənara çəkmiş, Seymur Əsədova bildirmişdir ki, atanla görüşmə, atan məni salonda döyürdü. Bundan sonra Ülviyyə İsmayılova onu söyüb təhqir etmiş, Ülviyyə İsmayılovanı itələmiş, əli onun dodaq nahiyəsinə dəymiş, Ülviyyə İsmayılova bundan sonra cibindən mobil telefon çıxardıb polisə müraciət edəcəyini bildirmiş, Ülviyyə İsmayılova polisə müraciət etməsin deyə onun mobil telofonun əlindən almış, gözəllik salonundan uzaqlaşmış, sonra atası Şəxs zəng vurmuş, atası bildirmişdir ki, Ülviyyə İsmayılovanın mobil telefonu ondadır. Bir müddət sonra atası Şirvan şəhəri, Leytenant İbrahimov küçəsinə gəlmiş, mobil telefonu atasına vermiş, atasına bildirmişdir ki, mobil telefon Ülviyyə İsmayılovanındır. Atasından mobil telefonu Ülviyyə İsmayılovaya verməsini istəmiş, atası Ülviyyə İsmayılovanın işlədiyi gözəllik salonunu tapa bilmədiyi üçün mobil telefonu Şirvan şəhəri, Bayramlı qəsəbəsinə gedən maşuruta vermişdir. Həmin maşurut sürücüsü də mobil telefonu Ülviyyə İsmayılovanın atası Cəfər İsmayılova qaytarmışdır. 01 iyun 2022-ci il tarixdə Ülviyyə İsmayılovanı döyməmiş, Ülviyyə İsmayılova ilə aralarında sözlə mübahisə olmuş, salondan çıxan zaman Ülviyyə İsmayılovanı itələmiş, əl nahiyəsinin onun dodaq nahiyəsinə dəymiş, Ülviyyə İsmayılova mobil telefonu cibindən çıxardıb polisə müraciət edəcəyini bildirmiş, bunun üçün onun əlindən mobil telefonu almışdır. Məhkəmə iclasında X3 izahatında bildirdi ki, 2012-ci ildə Şirvan şəhər sakini Şəxs ilə ailə həyatı qurub. Bu nigahdan 2013-cü il təvəllüdli Seymur adlı oğlu var. Şəxs narkotik vasitə istifadəçisidir, Şəxs ilə evli olduqları müddətdə sonuncu dəfələrlə onu döymüş, münasibətləri normal olmamışdır. 2020-ci ildə Şəxs boşanmaq üçün Şirvan şəhər məhkəməsinə müraciət etmiş, məhkəmənin 20 iyun 2020-ci il tarixli qərarı ilə Şəxs boşanmışdır. Bundan sonra atası Cəfər İsmayılov ilə Şirvan şəhəri, H.Cavid küçəsi, ev 67-də yaşamağa başlamışdır. Atasına məxsus evdə yaşadığı müddətdə Şəxs dəfələrlə onu narahat etmiş, ona bildirmişdir ki, səninlə barışmaq istəyirəm. Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində icarəyə gözəllik salonu götürmüş, həmin salonu işlətmişi, gözəllik salonun sahibi icarə pulunu qaldırdığı üçün salonu ona təhvil vermək istəmişdir. 01 iyun 2022-ci il tarixdə Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən həmin gözəllik salonuna getmiş, gözəllik salonundan əşyaları götürmüş, bir müddət sonra salona Şəxs gəlmiş, Şəxs gözəllik salonunun qapısını bağlamış, ona bildirmişdir ki, səninlə barışmaq istəyirəm. Şəxs bildirmişdir ki, mən səninlə barışmayacam. Şəxs isə ona bildirmişdir ki, sən mənimlə barışmalısan. Yoxsa səni öldürərəm. Buna görə mobil telefonumu götürüb AR DİN-nin “102” xidmətinə müraciət etmək istəmiş, Şəxs mobil telefonunu əlindən almış, sonra mobil telefonu cibinə qoymuşdur. Şəxs bildirmişdir ki, mobil telefonu qaytar. Şəxs isə mobil telefonunu qaytarmamışdır. Şəxs bundan sonra boğaz nahiyəsindən tutub boğaz nahiyəsinə xəsarət yetirmiş, baş nahiyəsinə 4-5 dəfə yumruq vurmuş, sacından tutub dartmış, yerə yıxılmış, yerdə olan zaman qarın nahiyəsinə 3-4 dəfə təpik vurmuş, ayağa qalxmaq istəyən zaman saçından tutub başını yerə vurmuşdur. Şəxs uzaqlaşıb salonun qapısını açmış, oğlu Seymur Əsədov salona gəlmiş, Şəxs bundan sonra salondan getmişdir. Şəxs onu 01 iyun 2022ci il tarixdə saat 13 radələrində Şirvan şəhəri, Leytenat İbrahimov küçəsində yerləşən “Glamur” gözəllik salonunda döymüş,Şəxs ona məxsus olan “Samsung A 21” markalı mobil telefonunu əlindən alıb cibinə qoymuş, Şəxs mobil telefonunu dəfələrlə istəsə də o, mobil telefonunu qaytarmamışdır. Hal-hazırda onunla barışmır, barəsində ən ağır inzibati tənbeh tətbiq edilməsinio xahiş edir. İnzibati xəta haqqında protokola əlavə edilmiş 19 iyun 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X3 və Şəxs arasında baş vermiş mübahisə zamanı Ülviyyə Cəfər qızı ismayılovanın sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Ona görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və Tədrsi Birliyinin xx.xx.2022-ci il tarixli 234 saylı rəyində göstərilmişdir ki, X1 bədən səthində aşkar edilmiş xəsarətlər-alın sol yarsında, sağ gözətrafı nahiyədə qançır, boyunun sağ və sol ön-tış səthlərində, döş qəfəsinin sağ aşağı iç hissəsində, hər iki saidin orta 1/3-də ön səthlərində sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən 01 iyun 2022-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə,tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə verilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Əsədov X4 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-507/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 140 manat cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)-1573/2022 saylı qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinərək barəində 200 saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilmişdir. Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, şəxsiyyətini xarakterizə edən halları, onun törətmiş olduğu əmələ münasibətini, zərərçəkmiş şəxsin onunla barışmamasını, şikayətçi olmasına tənqidi mövqedən yanaşaraq qeyd olunanlara əsasən məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər,18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 23 (iyirmi üç) müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbsdə saxlamanın əvvəli 21 dekabr 2022-ci il tarixdən hesablansın. Azərbaycan Republikası DİN-i tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar