Məhkəmə qərarları › İş №3(032)-1611/2022

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1611/2022

26.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1611/2022 26.12.2022 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1991-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 22 dekabr 2022-ci il tarixdə, saat 22:00 radələrində Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsində polisin qanuni tələblərinə məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 22 dekabr 2022-ci il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri, Bayramlı qəsəbəsində baş vermiş 4 baş qoyunun oğurlanması faktı ilə əlaqədar polis əməkdaşları onun işlədiyi Bayramlı qəsəbəsi, H.Cavid küçəsində yerləşən metal qəbul etmə məntəqəsinə yaxınlaşaraq izahatı alınması üçün polis şöbəsinə dəvət etmişlər, lakin aqressiv davranaraq işdən çıxıb gedə bilməyəciyini demiş, aralarında mübahisə yaranmış, polisin qanuni tələblərinə məhəl qoymamışdır. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində Şirvan şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X3 izahat verərək bildirdi ki, 24 dekabr 2022-ci il tarixində Şirvan şəhəri, Bayramlı qəsəbəsində baş vermiş 4 baş qoyunun oğurlanması faktı ilə əlaqədar qəsəbə sakini X2 izahatı alınması məqsəilə sonuncuya işlədiyi Şirvan şəhəri, Bayramlı qəsəbəsi, H.Cavid küçəsində yerləşən metal qəbul etmə məntəqəsinə yaxınlaşaraq şəxsə özünü təqdim etmiş, Elşad Əsgərova baş verən 4 baş qoyunun oğurlanması hadisəsi ilə əlaqədar onunla Şirvan şəhər polis şöbəsinə gəlməsinin zəruriliyini bildirmiş, bu zaman sonuncu əsassız yerə özünü şübhəli apararaq onlardan yayınmağa başlamışdır. Daha sonra təkrarən Elşad Əsgərova şəhər polis şöbəsiə yaxınlaşmasını desələr də, bu vaxt sonuncu şikayətçinin ünvanına ucadan nalayiq ifadələr işlətməyə başlayaraq heç bir əsas göstərmədən şəhər polis şöbəsinə gəlməyəcəyini demişdir. Dəfələrlə nizam-intizama dəvət etsə də qanuni tələblərinə məhəl qoymayaraq əməllərini aqressiv formada göstərərək ictimaiyyətə qarşı açıq-aşkar hörmətsizliyini davam etdirmişdir. X1 şəhər polis şöbəsinin inzibati binasına gətirərək növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 24 dekabr 2022-ci il tarixdə, saat 15:10-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin Şəxs şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, yaşını, əməlindən peşman olmasını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar