Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-164/2024 04.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə xx.xx.1946-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 16640053 nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə, 12 manat məbləğində dəbbə, ümumilikdə 32 manat, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 16600160 nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində cərimə, 12 manat məbləğində dəbbə, ümumilikdə 32 manat, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 16777007 nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat, xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola görə EQ 17245118 nömrəli protokol üzrə xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində cərimə, 30 manat məbləğində dəbbə, ümumilikdə 80 manat cərimə edilməsinə baxmayaraq inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan həmin qərarı icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, İXP 6017121, İXP 6017100, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Qeydiyyat Şöbəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 04 ayının 05 günündə qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki inzibati iş materialına nəzər saldıqda müəyyən edilir ki, inzibati xəta haqqında protokollar xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, inzibati material xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs isə xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: xx.xx.2024-cü il tarixli, İXP 6017121, İXP 6017100, İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-164/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-164/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver