Məhkəmə qərarları › İş №3(032)-164/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-164/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-164/2025 25.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26022017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X2 xx.xx.2025-ci il tarixli, EQ 26022017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. X2 həmin qərardan şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26022017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsin və ona əsassız yazılmış inzibati cərimənin silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan 2014-cü il buraxılışlı, “CHERY A13” minik markalı, **-BH-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olarkən piyada keçidinə daxil olmuş piyadaya yol verməməyinə görə İXM-nin 330.0.1-ci maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 50 manat inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd edilən elektron qərarlar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, çəkilmiş foto şəkildən görünür ki, piyada onun hərəkətdə olduğu yolun hərəkət hissəsinə daxil olmamışdır. Piyada zolağını keçdikdən sonra da piyada hərəkət hissəsinə keçməmişdir. Bundan əlavə şəhərin təhlükəsizlik kameralarının nəqliyyat vasitələrinin inzibati xətalar üzrə cərimə tətbiq edilməsi səlahiyyəti yoxdur. Daha sonra qərardan şikayət vermiş şəxs X2 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26022017 nömrəli elektron qərarın ləğv edilməsi və ona əsassız yazılmış inzibati cərimənin silinməsinə dair qərar qəbul edilməsi üçün Şirvan şəhər Məhəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırdan şikayətindən imtina edir. Qeyd edilənləri nəzərə alaraq, təqdim etdiyi sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə şikayəti araşdırıb, şikayət vermiş X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını bildirməklə şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, şikayət ona əlavə olunmuş sənədlərlə birgə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 26022017 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar