Məhkəmə qərarları › İş №3(032)-17/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-17/2023

16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-17/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi ilə xx.xx.1991-ci ildə Sabirabad rayonu, Çölbeşdəli kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Çölbeşdəli Ərazi Dairəsi, Çölbeşədli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şirvan şəhər Polis Şöbəsin sahə rəisi, polis baş leytenantı X4 tərəfindən tərtib edilmiş 16 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs 16 yanvar 2023-cü il tarixdə, saat 01.00 radələrində F.Eynullayev küçəsində olan zaman polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində şəhərin F.Eynullayev küçəsində olarkən polis əməkdaşı yaxınlaşaraq bir qədər söhbət etdikdən sonra onu polis şöbəsinə dəvət etmişlər. Onların tələblərinə tabe olaraq bilrikdə polis şöbəsinə getmişdir. Polis əməkdaşına qarşı heç bir hörmətsizlik və tabesizlik göstərməmişdir. Polisə heç bir müqavimət göstərmədiyi halda hansı səbəbdən onu polis şöbəsinə apardıqlarının səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X5 bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01:30 radələrində şəhərin F.Eynullayev küçəsində xidmətdə olarkən 1 nəfər şəxsi şübhəli bilib ona yaxınlaşmış, həmin ərazidə yaşadığını və evə getdiyini bildirmiş, biraz söhbət etdikdən sonra onun dediklərinin hamısının yalan olduğu, Şirvan şəhər ərazisində qeydiyyatsız yaşaması və spirtlik içki qəbul etdiyi tərəflərindən aşkar olunmuş, bunları bildikdən sonra aqressiv danışmağa və qanuni tələblərini qəsdən pozmağa başlamış, dəfələrlə onu nizam-intizama dəvət etsə də bunun heç birinə əməl etməmiş, polis şöbəsinin növbətçi hissəsində məlum olmuşdur ki, şəxs Sabirabad rayon sakini Şəxsdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X1 Elşad Malik oğlu ilə eyni məzmunlu izahat verdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Göründüyü kimi polis işçisi və ya hərbi qulluqçusu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən irəli sürdüyü qanuni tələblərə qəsdən tabe olmama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatlardan müəyyən olunur ki, polis əməkdaşı Şəxs polis şöbəsinə gətirilən zaman o ictimai qaydanı pozmamış, polis əməkdaşları ilə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Bundan əlavə məhkəmə iclasında şahid qismində izahat vermiş polis lərbarəsində icraat aparılan şəxsin onlara göstərdiyi tələblərə tabe olmamasının konkret hansı hərəkətdən ibarət olması barədə sualı cavablandıra bilməmişdir. Bundan əlavə şəxsin yaşadığı ünvanı dəqiq olaraq göstərə bilməməsi və ya onun sərxoş olması hazırda ittiham olunduğu maddəni yaratmır və bir daha məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə sübutlara və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-cu maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar