Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-170/2024 15.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ İHakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Qarasu” əməliyyat şirkətində qazmaçı vəzifəsində işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs döyərək, sağ bazunun yuxarı 1/3-də, sağ gözaltı nahiyədə, sağ saidin yuxarı orta aşağı 1/3-də qançırlar ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək bildirdi ki, 2016-cı ildə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş bu nikahdan 2 övladları olmuşdur. Təxminən 2 ildir ki, aralarında tez-tez mübahisələr baş vermişdir. 01 01.2024-cü il tarixdə saat 01 radələrində dostları ilə görüşmək üçün evdən çıxmış və təxminən 03 radələrində evə getmişdir. Evə gəldikdən sonra aralarında çay dəmləmək üstundə mübahisə yaranmışdır. Mübahisə zamanı Törə onu söyub-təhqir etmiş, lakın buna etiraz etmiş, ancaq Törə söyüşlərini davam etdirmişdir. O, bundan bezmiş və hamama daxil olub xlor içmişdır. Daha sonra TTY gəlmiş və onu Şirvan ŞMX-na aparıb tibbi yardım göstərib evə buraxmışdırlar. Həmin hadisə ilə bağlı hazırda PŞ-də araşdırma gedir. Törəni döyməmiş, barəsində vermiş olduğu şikayətin əsassız olduğunu bildirmişdir. Onların arasındakı mübahisə Şirvan şəhəri H.Əliyev prospekti ünvanında baş vermiş və ümumilikdə 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı orada kənar şəxslər olmamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirdi ki, 2016-cı ildə Şəxs Vladımir oğlu ilə ailə həyatı qurmuş bu nikahdan 2 övladları olmuşdur. Evləndikləri gündən bəri aralarında tez-tez mübahisələr baş vermiş, həyat yoldaşı Şəxs spirtli içki aludəçisi olduğundan evə sərxoş gəlmiş və aralarında mübahisələr yaranmışdır. xx.xx.2024-cü il tarixdə Rafıq İbrahımov saat 06 radələrində evə gəlmiş və evdə çay içmək üstündə mübahisə yaranmışdır. Mübahisə zamanı Rafiq onu süyüb-təhqir etmiş, lakin buna etiraz etmiş və mübahisə davam etmişdir. Bundan sonra Rafiq onu divanın üstünə yıxıb boğmağa başlamış və bədəninin müxtəlif nahiyyələrinə müxtəlif xəsarətlər yetirmişdir. Daha sonra qışqırmağa başlamış və Rafiq ondan ayrılmışdır. Rafiq bir müddətdən sonra hamama daxil olmuş və o da hamama daxil olduqda Rafiqin yerə yıxıldığını gürmüşdur. O, Rafiqin yerə yıxıldığını gördükdə TTY stansiyasına zəng etmiş və həkimlər gəlib Rafiqi Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar, orada Rafiqin xlor içməsi məlum olmuşdur. Onların arasındakı mübahisə Şirvan şəhəri, H.Əliyev prospekti 16/6 ünvanında baş vermiş və ümumilikdə 5-10 dəqiqə davam etmiş, hadisə vaxtı orada kənar şəxs olmamış, Rafiqin onu döyən zaman əlində silah və silah qismində istifadə olunan əşya olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əmələ görə bağışlamadığını, lakin onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsin izahatını dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, X1 Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli, 07 saylı ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində sağ bazunun yuxarı 1/3-də, sağ gözaltı nahiyədə, sağ saidin yuxarı orta aşağı 1/3-də qançırlar küt əşya (əşyalar) təsirindən törənmiş, qərarın təsviri hissəində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətə aid olduqları üçün dərəcəsi təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti icra olunması üçün Şirvan şəhər Polis Şöbəsinə həvalə olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-170/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-170/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver