Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-170/2025 17.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Saatlı rayonu, Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: xx.xx.2025-ci il tarixdə Şəxs X2 döyməsi ilə əlaqədar olaraq Şirvan şəhər Polis şöbəsinin İTB-nin sahə rəisi X3 tərəfindən 17 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, X4 ilə 2012-ci il tarixdə rəsmi nigaha daxil olmuş, Fəridə ilə əvvəllər münasibətləri normal olmuş, aralarında davadalaş olmamışdır. Lakin sonradan Fəridə ilə münasibətləri yolunda getməməyə başlamış, aralarında tez-tez dava-dalaş olmuşdur. Bu səbəblə Fəridə İbişova ilə təxminən 3-4 ildir ki boşanmış və bundan sonra həmin ünvanda yenidən bir yerdə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixdə, saat 15 radələrində Fəridə İbişova ilə aralarında sözlü mübahisə baş vermiş və Fəridə onu nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. O, əsəbləşərək Fəridənin üzərinə gedib üz nahiyyəsinə sillə zərbəsi endirmiş və küçəyə çıxmışdır. Daha sonra evǝ qayıdaraq keçmiş arvadı Fəridədən üzr istəmişdir. Mübahisə zamanı Fəridənin ona heç bir xəsarət yetirmədiyini və mübahisə zamanı ətrafda heç kimin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, Şəxs ilə 2012-ci il tarixdə rəsmi nigaha daxil olmuşlar. Elvin ilə əvvəllər münasibətləri normal olmuş, aralarında dava-dalaş olmamışdır. Lakin 2015-ci ildən Elvin ilə aralarında münasibətlər yolunda getməməyə başlamış, aralarında tez-tez dava-dalaş olmuşdur. Bu səbəblə Şəxs ilə boşanmış və bundan sonra həmin ünvanda yenidən bir yerdə yaşamağa başlamışdır. xx.xx.2025-ci il tarixda, saat 15 radələrində Şəxs ilə aralarında sözlü mübahisə baş vermiş və Elvin onu nalayiq ifadələrlə təhqir etmǝyǝ başlamışdır. O, Elvinin söyüşlərinin öz ailəsinə aid olduğunu bildirdikdə Elvin onun üzərinə hücum edərək boğaz nahiyyəsindən tutaraq üz nahiyyəsinə başı ilə zərbə endirmiş, bundan sonra burnundan qan axmağa başlamışdır. O, həmin vaxt Elvinin əlindən çıxıb qaçmağa çalışan zaman üz nahiyyəsinə əli ilə xəsarət yetirmiş, bu zaman yerə yıxılmış, bundan sonra Elvin evdən çıxıb getmişdir. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi X3 məhkəmə iclasında 17 fevral 2025-ci il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 fevral 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilərək, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti şöbənin müvafiq əməkdaşına həvalə edilmişdir. 05 fevral 2025-ci il tarixli, 73 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədənində aşkar olunmuş xəsarət-sağ burun-dodaq büküşündə sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 04 fevral 2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında izahatlarla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi vardır və o, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmalıdır. İş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun əvvəllər analoji hadisələrə yol verdiyini, ailə üzvlərinə qarşı qəbul edilmiş ümumbirgə davranış qaydalarına zidd rəftarını, iş üzrə tənbehi ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alıb Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə şəxsin barəsində cərimə inzibati tənbehinin tətbiqi ilə inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə inzibati xəta törətmiş şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədinə nail olmayacağını müəyyən etmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 114-cü maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 fevral 2025-ci il tarixdən, saat 17:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-170/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-170/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver