Məhkəmə qərarları › İş №3(032)-178/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-178/2024

20.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-178/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, X9 Şöbəsinin Tağım komandiri polis baş leytenantı X4, İnzibati protokolu tərtib etmiş Şirvan şəhəri Yol Patrul Xidməti Baş inspektor polis kapitanı X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 20 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində “VAZ 21154” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobili gözləməli olduğu halda gözləmədən onun qarşısına çıxmış, bu zaman yol-nəqliyyat hadisəsi baş vermişdir. İnzibati xəta hadisəsinin olması 20 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolla, yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 2013-cü ildən bəri “VAZ 21015” markalı avtomobili ümumi etibarnamə əsasında idarə edirdi. Avtomobilin sahibi Bakı şəhər sakini X8r. 2020-ci ildə adına yazılan inzibati protokolları ödəmədiyinə görə sürücülük hüququndan məhrum edilmişdir. Bununla bağlı heç vaxt heç bir orqandan rəsmi olaraq məlumat almamışdır. Avtomobilinin sığorta müddəti bitdiyinə görə avtomobilin sığortası yoxdur. 31 dekabr 2023-cü il tarixində, saat 11 radələrində Şirvan şəhərində yerləşən “Elit” Ticarət Mərkəzindən yaşadığı ev istiqamətində hərəkət etmişdir. Həmin vaxt avtomobildə tək olmuşdur. Hərəkət sürəti isə təxminən 40 km/saat təşkil edirdi. Qarşıda hərəkət edən “Opel” markalı avtomobilə ona yol verməsi üçün işarələr vermişdir. Lakin həmin avtomobil ona məhəl qoymamışdır. Bu zaman piyada keçidində olan piyadanın keçməsini görmüş, həmin vaxt avtomobili əksə tərəfə çəkən zaman qarşıdan gələn polis əməkdaşlarının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Daha sona avtomobili saxlamışdır. Hadisə onun günahı ucbatından baş vermişdir. Əməlindən peşmandır, lakin maddi ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Daxili İşlər Nazirliyinə məxsus olan “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olmuşdur. Bu vaxt həmin avtomobili idarə etmiş, həmin vaxt qabaq sərnişin oturacağında X9 Şöbəsinin polis nəfəri Zərərçəkmiş şəxs1 əyləşmişdir. xx.xx.2023-cü il tarixində, saat 11 radələrində idarə etdiyi “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə üzü Z.Hacıyev küçəsinə tərəf hərəkət etmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən 21 saylı tam orta məktəbin qarşısından keçərkən qarşıdan hərəkətdə olan “VAZ 21015” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən yoluna çıxaraq, idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Bundan sonra avtomobildən düşmüşlər. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində Daxili İşlər Nazirliyinə məxsus olan “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə xidmətdə olmuşdur. Bu vaxt həmin avtomobili X9 Şöbəsinin polis nəfəri Zərərçəkmiş şəxs2 idarə etmiş, həmin vaxt o, qabaq sərnişin oturacağında əyləşmişdir. xx.xx.2023cü il tarixində, saat 11 radələrində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi ilə üzü Z.Hacıyev küçəsinə tərəf hərəkət etmişdir. M.Ə.Rəsulzadə küçəsində yerləşən 21 saylı tam orta məktəbin qarşısından keçərkən qarşıdan hərəkətdə olan “VAZ 21015” markalı ** NR *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onların yoluna çıxaraq, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Bundan sonra avtomobildən düşmüşlər. Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs şikayətçidir, dəymiş ziyanın ödənilməsini xahiş edir. X9 Şöbəsinin Tağım komandiri polis baş leytenantı X6 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, avtomobilin mülkiyyətçisi DİN Baş Mühafizə İdarəsidir. İlkin dəyərləndirmə zamanı “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, avtomobilə ümumilikdə 22062,2 manat maddi ziyan dəydiyi bildirilmişdir. Şirvan şəhəri Yol Patrul Xidməti Baş inspektor polis kapitanı X3 məhkəmə iclasında xx.xx.2024cü il tarixli protokolu müdafiə edərək, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 20 fevral 2024-cü il tarixdə, saat 11:00 radələrində “VAZ 21154” minik markalı, ** NR *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan yetirmişdir. xx.xx.2023-cü il tarixdə, Şirvan şəhər X1 şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 177 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 “sağ dizin əzilməsiylə başın sıyrılmış yarası” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 “sağ dizin əzilməsiylə başın sıyrılmış yarası” diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat toplanmış materialda cinayət tərtkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X5 X11 01 N-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarət-sol gicgahda sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 31 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X5 X11 02 N-li, xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində heç bir xəsarət aşkar olunmadı. Qüsur aktından görünür ki, “Volkswagen Polo” markalı ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 22062,2 manat maddi ziyan dəymişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. Məhkəmə icraat iştirakçılarının izahatlarına, iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır və bu səbəbdən inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini, müəyyən olunmuş zərərin məbləğini və aradan qaldırılmamasını nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində minimum həddə inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128- 130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 20 fevral 2024-cü il tarixdən, saat 17:15-dən hesablansın. Zərərçəkmiş şəxslərə ona vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar