Məhkəmə qərarları › İş №3(032)-178/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-178/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-178/2025 19.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X1 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası İXM-nin) 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, müəyyən etdim: 01 noyabr 2024-cü il tarixdə Şəxs Zərərçəkmiş şəxs2 və X2 döymüşdür. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında bildirdi ki, Zərərçəkmiş şəxs2 keçmiş həyat yoldaşıdır. Birgə nikahlarından iki uşaqları anadan olmuşdur. 2024-cü ilin sentyabr ayında rəsmi olaraq boşanmışlar. Məhkəmə qətnaməsinə əsasən uşaqlar atanın himayəsində qalmışdır. Övladı ilə görüş zamanı keçmiş həyat yoldaşı, atası və tanımadığı bir nəfər şəxs onlara mane olmuş, uşaqla görüşünə icazə verməmişdir. Bu zaman aralarında mübahisə yaranmışdır. Lakin heç kimi döyməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, Talıbova İranǝ Arif qızı onun keçmiş həyat yoldaşıdır. İranǝ ilə 2018-ci il tarixdə rəsmi olaraq ailə həyatı qurmuş vǝ 2024-cü ilin sentyabr ayında rəsmi olaraq boşanmışdır. Buna səbəb İranǝnin 1 il bundan əvvəl evdən qaçaraq çıxıb getməsi olmuşdur. O, həmin ailədən 2 övladı olduğunu, övladlarının məhkəmə qərarı ilə onun himayəsinə verildiyini bildirmişdir. İranə dəfələrlə övladlarını ondan almağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə övladları ilə analarının görüş günü olmuş, həmin görüş yeri Şirvan şəhərində yerləşən "Yegane" şadlıq sarayının yaxınlığı olmuşdur. Bundan sonra övladlarını "Yegane" şadlıq sarayının həyətinə aparmış, övladlarının anası İranəyə təhvil verib oradan uzaqlaşmışdır. Təxminən 2 saat sonra övladlarını anası İranǝdən təhvil götürmək üçün böyük oğlu Raulu onların yanına göndərmiş, bu zaman İranǝ "5 dəqiqə görüşüm gedirəm" demiş, 5 dəqiqədən sonra görüşü bitirmək üçün oradan çıxaraq "Niva" markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə tərəf getmişdir. İranə kiçik övladını qucağına sıxıb həmin avtomobilə tərəf getmiş, o İranǝyǝ yaxınlaşıb “kiçik oğlumu hara aparırsan" dedikdə İranǝ onun üzərinə hücum çəkərək onun üz nahiyyəsinə yumruq və sillə zərbələri endirməyə başlamış, atası Zərərçəkmiş şəxs1 təsadüfən oradan keçən zaman uşaqların səsini eşidib yaxınlaşdıqda İranǝ atasının üzərinə hücum çəkib onun da üz nahiyyəsinə yumruq zərbələri endirərək xəsarət yetirmişdir. Hadisə zamanı orada qonşuluqda yaşayan Şahid olmuşdur. Hadisə Şirvan şəhəri, H.Əliyev küçəsində baş vermiş və 4-5 dəqiqə davam etmiş, hadisə zamanı xəsarət almış, İranǝ Talıbovaya xəsarət yetirmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirdi ki, Talıbova İranǝ Arif qızı onun keçmiş gəlini olmuşdur. İranǝ ilə oğlu 2018-ci il tarixdə rəsmi ailə həyatı qurmuş, 2024-cü ilin sentyabr ayında isə oğlu ilə İranə rəsmi olaraq boşanmışdır. Buna səbəb isə İranənin 1 il bundan əvvəl evdən qaçaraq çıxıb getməsi olmuşdur. Həmin ailədən oğlu Mirəlinin 2 övladı olmuş, nəvələri məhkəmə qərarı ilə onun oğlunun himayəsinə verilmişdir. İranə dəfələrlə nəvələrini oğlu Mirəlidən almağa çalışmışdır. xx.xx.2024-cü il tarixdə nəvələri ilə anaları İranənin görüş günü olmuş, həmin görüş yeri Şirvan şəhərində yerləşən "Yegane" şadlıq evinin yaxınlığı olmuşdur. O, həmin günü "Azpetrol" yanacaq doldurma məntəqəsindən idarə etdiyi avtomobil ilə saat təxminən 18 radələrində yanacaq doldurduqdan sonra H.Əliyev prospektindən "Bağ evləri" tərəfinə getmişdir. Həmin vaxt Şirvan şəhərində yerləşən "Yegane" şadlıq evinin qarşısında nəvəsi Raulu və oğlu Mirǝlini görüb şadlıq evinin həyətinə tərəf dönmüş, avtomobili saxlayıb yerə enmişdir. Həmin vaxtı kiçik nəvəsi Mirkamal ağlayaraq anası İranǝnin onu qucağında apardığını və böyük nəvəsi Raulu isə özünü yere vuraraq anasının Mirkamalı apardığnı demişdir. Həmin vaxt onlara yaxınlaşaraq İranǝyǝ "uşağı belə aparmazlar" demiş, həmin vaxtı oğlu Mirəli yaxınlaşmış, İranǝ oğlunun üz nahiyyəsinə yumruq və sillə zərbəsi endirdiyini görüb yaxınlaşmaq istədikdə İranǝ onun da üzərinə hücum çəkərək üz nahiyyəsinə yumruq və sillə zərbəsi endirərək onlara xəsarət yetirmişdir. Bundan sonra İranǝ onları hədələyərək oradan uzaqlaşmışdır. Hadisə zamanı orada keçmiş qonşusu Şahid olmuşdur. Hadisə Şirvan şəhəri, H.Əliyev küçəsində baş vermiş və 4-5 dəqiqə davam etmiş, hadisə zamanı İranǝ Talıbovaya xəsarət yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Abbas oğlu ifadəsində bildirdi ki, Mirəli adlı şəxsi təxminən 20 ildir ki tanıdığını, Mirəlinin əvvəllər qonşuluqda yaşadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, saat 18 radələrində Şirvan şəhərində yerləşən "Yegane" şadlıq sarayının ərazisində yerləşən kafedə tanışları ilə çay içmiş, çay içib oradan çıxan zaman "Yegane" şadlıq sarayının qarşısında əvvəllər qonşuluqda yaşayan Mirəli və keçmiş həyat yoldaşı İranǝni görmüşdür. O, Mirəlinin 2 azyaşlı övladlarınnı səsküy saldıqlarını və ağladıqlarını görüb yaxınlaşmaq istəyən zaman Mirəlinin keçmiş həyat yoldaşı İranǝ Mirəlinin üzərinə hücum çəkərək üz nahiyyəsinə yumruq və sillə zərbələri endirmişdir. Həmin vaxt təsadüfən oradan keçən Mirəlinin atası Rauf yaxınlaşmış, İranǝ Raufu görüb Raufu söyüb təhqir edərək üzərinə hücum çəkmiş, Raufun da üz nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Bundan sonra Mirəli övladlarını götürərək oradan uzaqlaşmışdır. Hadisə Şirvan şəhəri, H.Əliyev küçəsində baş vermiş və 4-5 dəqiqə davam etmiş, hadisə zamanı Mirəli keçmiş həyat yoldaşı İranǝyǝ heç bir xəsarət yetirməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərərçəkmiş şəxsləri, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidin ifadələrini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 01 noyabr 2024-cü il tarixli, 533 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər – sol qaşüstü nahiyyədə cızıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 noyabr 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmətibbi ekspertizası və Pataloji Anatomiya Birliyi” X6 01 noyabr 2024-cü il tarixli, 534 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər – sol almacıqda qançır-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 01 noyabr 2024-cü il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Bundan başqa, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, , onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi və mübahisənin şəxsi və ailə münasibətləri zəmnində olduğunu iş üzrə məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alınır. Ağırlaşdıran halların olması isə məhkəmə tərəfindən müəyyən edilmədi. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibari xətanının törədilməsində təqsirli bilinərək onun barəsində minimum həddə cərimə növündə tənbeh tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar