Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-18/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndində qeydiyyatda olan, Sabirabad rayonu, Şəhriyar qəsəbəsi 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 22:00 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində yol patrul xidməti əməkdaşının qanuni tələbinə qəsdən məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 14 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 22:00 radələrində dostu Adil Aslanov onun avtomobilini idarə edən zaman əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydalarını pozduğu üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, avtomobildən düşərək mühafizə işçi olduğunu demiş, polis əməkdaşı ondan sənədlərini tələb etdikdə verməkdən imtina etmiş, polisin qanuni tələbinə tabe olmamış, mübahisə etmişdirlər. Daha sonra polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Hazırda peşmandır. Şirvan şəhər Polis Şöbəsinin DYPB-nin YPX-nin inspektoru polis baş serjantı X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 22 radələrində “Kia” markalı, **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomaşınla Şirvan şəhər H.Əliyev prospektində xidmətdə olan zaman “Mercedes” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edən sürücünü əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydaların kobud şəkildə pozduğuna görə saxladıqda sürücü və yanındakı şəxs onların iş fəaliyyətinə mane olaraq qeyri-etik ifadələr işlədib, sürücülük vəsiqəsini verməkdən və özlərini təqdim etməkdən boyun qaçırdaraq ictimaiyyətin diqqətini onların üzərinə toplamağa çalışırdılar. Qanuni tələblərinə məhəl qoymadıqlarına görə tərəflərindən şəxslərin barəsində tədbir görülməsi üçün polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil verilmiş və idarə etdiyi avtomaşını polis şöbəsinin duracağına yerləşdirilmişdir. Polis şöbəsində məlum olmuşdur ki, həmin sürücü Cəbrayıl rayonu, Şıxalıağalı kənd sakini X2, digər şəxs Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini Şəxsdur. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 yanvar 2023-cü il tarixdə, saat 22:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4- 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 120 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-18/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-18/2023
16.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver