Məhkəmə qərarları › İş №3(032)-187/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-187/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-187/2024 26.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1985-cİ ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə onun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən ondan hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 verilməsi qət edilmişdir. Həbsdən yeni çıxmış, hazırda işsizdir. İşləyib hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X1 ödənilməsi qət edilmişdir. İcra sənədi müvafiq qaydada icraata daxil olduqdan sonra “icraata başlamaq haqqında” qərar qəbul edilərək tələbin könüllü icrası barədə bildirişlə borcluya göndərilmişdir. Borclu tərəfindən tələbin könüllü icrası barədə bildirişin rəsmi qəbul edilməsinə və çoxsaylı xəbərdarlıqlara baxmayaraq Şəxs icra sənədi üzrə tələbi təmin etməmişdir. Şəxs barəsində tətbiq edilmiş məcburi icra tədbirlərinə baxmayaraq o, nəticə çıxarmayaraq tələbkarın qanunla qorunan hüquqlarının pozulmasına şərait yaratmışdır. Şəxs yazılı izahatı alınmaqla hüquq və vəzifələri yenidən izah olunmuş və icra sənədi üzrə olan borcunu ödəməsi tələb edilmişdir. Lakin borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Borclu Şəxs icra sənədi üzrə 13300 manat aliment borcu mövcuddur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay bir uşağa 140 manat, iki uşağa görə 280 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X1 verilməlidir. İcraata başlamaq haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-164/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2022-ci il və xx.xx.2020-ci il tarixli bildirişlərin surətindən görünür ki, Şəxs tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ödənilməmiş alimentin məbləğini, hazırki zamanda heç bir məbləğdə ödəniş etməməsini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, tələbkarın mövqeyini, borclunun öz əməlinə münasibətini, şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 26 fevral 2024-cü il tarixdən, saat 14:50-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar