Məhkəmə qərarları › İş №3(032)-188/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-188/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-188/2024 26.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 iştirakları ilə, xx.xx.1978-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 21 fevral 2024-cü il tarixdə, saat 18:45 radələrində şəhərin M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 21 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri, Sabir küçəsində onu, narkotik maddələrin istifadəsində şübhəli bilinməsi səbəbi ilə polis əməkdaşları saxlamış, ucadan səs-küy salmış, onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə əməl etməmişdir. Əməlindən peşmandır. Şirvan şəhər PŞ-nin CAB-in baş əməliyyat müvəkkili, polis leytenantı Təbriz Adilzadə məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:45 radələrində Şirvan ŞPŞ-nin CAB-in əməliyyat müvəkkili polis leytenantı X1 ilə xidməti ərazidə olarkən Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində özünü narkotik maddələrin istifadəsində şübhəli apardığı üçün bir nəfər şəxs uca səslə səs-küy salaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu nizam-intizama dəvət etdikdə o, daha da aqresivləşərək onlara qarşı kobud ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsi polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər, orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X6 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 21 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs şəhərin M.Ə.Rəsulzadə küçəsində ucadan səs-küy salaraq, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:50-də inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:45 radələrində Şirvan ŞPŞ-nin CAB-in əməliyyat müvəkkili polis leytenantı X1 ilə xidməti ərazidə olarkən Şirvan şəhəri, Bayramlı qəsəbəsi, Sabir küçəsində bir nəfər şəxs uca səslə səsküy salaraq ucadan nalayiq ifadələr işlətmişdir. Həmin şəxsə yaxınlaşaraq özlərini təqdim edərək, onu nizam-intizama dəvət etdikdə o, daha da aqresivləşərək onlara qarşı kobud ifadələr işlətmiş, onların qanuni tələblərinə tabe olmamışdır. Həmin şəxsi polis şöbəsinə gətirib növbətçi hissəyə təhvil vermişlər, orada məlum olmuşdur ki, həmin şəxs Şirvan şəhər sakini Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Hazırki işə baxılarkən müəyyən olundu ki, inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərməsi müəyyən edildiyi halda, Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 inzibati xəta haqqında protokolu 26 fevral 2024-cü il tarixdə məhkəməyə təqdim etmişdir. Məhkəmə, aşkar edilmiş nöqsanı inzibati orqanın diqqətinə çatdırmaqla, göstərilən nöqsanın bir daha təkrarlanmaması məqsədi ilə məlumatlandırmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar