Məhkəmə qərarları › İş №3(032)-190/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-190/2024

29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-190/2024 29.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakimi Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.19889-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, AZE ********, ali təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanında yaşayan, Şəxs barəsində Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: 29 fevral 2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən Şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 2045/2023 saylı qətnaməsinə əsasən icra sənədini üzrsüz səbəbdən icra etməməsinə görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs bildirdi ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2045/2023 saylı icra sənədinə əsasən ondan hər ay xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X6 verilməlidir. Sözügedən icra sənədi üzrə hazırda 2398 manat aliment borcu vardır. xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə polis əməkdaşları tərəfindən gətirilmiş, icra məmuru ona hüquq və vəzifələrini izah etmiş, yaranmış borcun ödənilməsini tələb etmişdir. Borcun ödənilməsindən boyun qaçırtmır, lakin maddi vəziyyəti aşağı olduğu üçün borcu birdəfəyə ödəmək imkanı yoxdur. Bu səbəbdən də icra sənədində qeyd olunan borcu hissə-hissə ödəyəcəkdir. xx.xx.2024-cü il tarixə 100 manat aliment ödəmişdir. Onun mövcud olan aliment borcu ilk əvvəl onun "xxxx" MMCdə işləmiş və aliment borcu onun əmək haqqına yönəldilmişdir. Sonradan işdən çıxmışdır. O, aliment borcunu ödəməkdən yayınmamışdır. İcra məmurları onun evinə gələrkən evdə olmamasının səbəbi isə iş axtarması ilə bağlı olmuşdur. Hazırda Salyan rayonu ərazisində yerləşən konserv zavodunda mühafizəçi vəzifəsində çalışıram və aylıq 320 manat əmək haqqı alır və aliment borcunun onun əmək haqqına yönəldilməsinə etirazı yoxdur. Qeyd etdiklərini nəzərə alaraq inzibati məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İnzibati xəta törədilməsi haqqında protokolu tərtib etmiş icra məmuru X7 məhkəmədə bildirdi ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs hər ay 2 uşağın yetkinlik yaşına tanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X5 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatalara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. Borclunun əmlakına yerində baxış keçirmək üçün qeydiyyatda olduğu ünvan 3 ünvanda yaşamadığı müəyyən edilmişdir. xx.xx.2024-cu il tarixdə “borclunun axtarılması barədə” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmiş Şəxs barəsində Aİ/261006/24 saylı axtarış işi açılmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmişdir. Borclu Şəxs tələbkar X6 bu günədək ödəməli olduğu 3840 manat aliment pulundan 1542 manat ödəmiş və hazırda 2298 manat manat aliment borcu yaranmışdır. Beləliklə borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də, icra sənədinin icrasının təmin edilməsinə nail olmaq məqsədilə borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsi haqqında protokol tərtib etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə İlqar Musayevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 31 dekabr 2012-ci il tarixdə anadan olmuş X3 və 13 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs X5 xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İş materialarına əlavə edilmiş icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində icraat başlanılmış, borclu Şəxs 10 gün müddətində icranı könüllü təmin etməsi təklif olunmuş və qərarın surəti borcluya şəxsən təqdim edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2023-cü il tarixli 1350/10-23 nömrəli məktubunda qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 31 dekabr 2012-ci il tarixdə anadan olmuş X3 və 13 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs X5 xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Belə ki, borclu Şəxs hazırda "xxxx" MMCixtisassız fəhlə vəzifəsində işləməklə əmək haqqı alır. Hazırda borclu Şəxs 1280 manat məbləğində aliment borcu yaranmışdır. Odur ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə 1280 manat aliment borcu ödənilənədək Şəxs hər ay aylıq əmək haqqından 70 % və borc tam olaraq ödənildikdən sonra aylıq 320 manat aliment pulu (mümkün olmadığı halda hər ay aylıq əmək haqqından 70 % tutulmalar davam etməklə) tutularaq tələbkar X5 bank hesab nömrəsinə köçürülməsinə göstəriş verməyiniz xahiş olunur. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(032)- 56/2023 saylı qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində xx.xx.2024-cü il tarixdə Şəxs vermiş olduğu izahatında qeyd edilmişdir ki, “Mənə verilən suallara cavab olaraq bildirirəm ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məndən hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 320 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X6 verilməlidir. Bildirirəm ki, sözügedən icra sənədi üzrə hazırda 2398 manat aliment borcum var. xx.xx.2024-cü il tarixdə mən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə polis əməkdaşları tərəfindən gətirildim icra məmuru mənə hüquq və vəzifələrimi izah etdi, yaranmış borcun ödənilməsini məndən tələb etdi. Öz növbəmdə bildirirəm ki, borcun ödənilməsindən boyun qaçırtmıram, lakin maddi vəziyyətim aşağı olduğu üçün borcu birdəfəyə ödəmək imkanım yoxdur. Bu səbəbdən icra sənədində qeyd olunan borcu hissəhissə ödəməyə icazə verməyinizi Sizdən xahiş edirəm. Belə ki, bu gün, yəni xx.xx.2024-cü il tarixdə 100 manat aliment ödəməyə imkanım var. Həmçinin işlədiyim "xxxx" MMC-yə əmək haqqımdan 70% pul bu aydan sözügedən icra sənədi üzrə tələbkar X6 tutulacaq. Əlavə olaraq bildirirəm ki, adıma heç bir daşınar və daşınmaz əmlak, aidiyyəti təşkilatlarda qiymətli kağız və ya əmanətlərim yoxdur.” İş materiallarında olan ********* nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, 100 (yüz) manat məbləğində pul vəsaiti 416973******5352 nömrəli kart hesabına ödənilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasları təşkil edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi məcburi icra tədbirləridir. Həmin Qanunun 63.1, 63.1.1-63.1.3-cü maddələrinə əsasən tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildiyi, icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadığı və tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədiyi hallarda yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)- 2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 31 dekabr 2012-ci il tarixdə anadan olmuş X3 və 13 sentyabr 2015-ci il tarixdə anadan olmuş X1 üçün Şəxs X5 xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmin icra sənədi üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində icraata başlanılmış, borclu icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyəti barədə xəbərdar olunmuşdur. İcra sənədinin icrasının təmin edilməsi məqsədi ilə aliment borcu borclunun ilk əvvəl "xxxx" MMC-də işlədiyi müddətdə əmək haqqına yönəldilmiş və tutumalar aparılmışdır. Sonradan borclu "xxxx" MMC-dən işdən azad edilmiş və bu səbəbdən də icra sənədi üzrə borcun tutulmasının aparılması mümkün olmamışdır. Hazırda borclu "xxxx" MMC-də işləyir və aliment borcunun yeni iş yeri üzrə əmək haqqına yönəldilməsinə etirazı yoxdur. Həmçinin son olaraq aliment borcundan 100 manat ödəniş etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlinin icra sənədinin icrasından üzürsüz olaraq boyun qaçırması kimi tövsif edilməsi və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs qismində təqsirli hesab edilməsi yol verilməzdir. Belə ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-2045/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi sübuta yetirilmir. Əksinə tərəfin vermiş olduğu izahatından onun icra sənədi üzrə borcunu ödəmək niyyətində olduğu, lakin maddi vəziyyəti ilə bağlı həmin borcu birdəfəlik ödəməyi imkan xaricində olduğu halı aşkar edilmişdir. Beləliklə, işdə olan sübutlarla Şəxs əməlində inzibati xəta tərkibi olmadığı müəyyən edildiyindən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4, 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar