Məhkəmə qərarları › İş №3(032)-194/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-194/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-194/2024 04.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş X3 iştirakları ilə, xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. İnzibati xəta hadisənin olması 04 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, məhkəmə-bioloji ekspertizasının rəyi, tibbi yoxlamanın rəyi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, əvvəllər məhkum olunmuş, 3 il bundan əvvəl narkotik vasitə olan marixuanadan istifadə etmiş, metamfetamini isə 6 ay bundan əvvəl istifadə etmişdir. Əməlindən peşmandır. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X7 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 13 fevral 2024-cü il tarixli raportda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixində icraatına Şirvan ŞPŞ-nin CAB-in baş əməliyyat müvəkkili polis leytenantı Təbriz Adilzadənin və Şirvan ŞPŞ-nin CABin əməliyyat müvəkkili polis leytenantı Ayxan Piriyevin və Şirvan ŞPŞ-in PPXB-nin polis nəfəri Mustafa Safayevin xx.xx.2024-cü il tarixdə, saat 19:45-də şəhərin, F.Eynullayev küçəsində “AKİ Telecom”-un qarşısında xidmətdə olduqları zaman 1 nəfər şəxsin ucadan səs-küy saldığını görərək həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxsi nizam-intizama dəvət etmişdir. Həmin şəxs onların qauni tələblərinə məhəl qoymamış, onunla söhbət zamanı narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığından sonuncu barəsində tədbir görülməsi üçün PŞ-yə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxsin Şirvan şəhər sakini Şəxs olması barədə raportu daxil olmuşdur. Raport əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd olunması və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 16 fevral 2024-cü il tarixli, 1023 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, 13 fevral 2024-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-in baş əməliyyat müvəkkili polis leytenantı Təbriz Adilzadənin və Şirvan ŞPŞ-nin CAB-in əməliyyat müvəkkili polis leytenantı Ayxan Piriyevin və Şirvan ŞPŞ-in PPXB-nin polis nəfəri Mustafa Safayevin xx.xx.2024-cü il tarixdə, saat 19:45-də şəhərin, F.Eynullayev küçəsində “AKİ Telecom”-un qarşısında xidmətdə olduqları zaman 1 nəfər şəxsin ucadan səs-küy saldığını görərək həmin şəxsə yaxınlaşmış, özlərini təqdim etmiş, həmin şəxsi nizam-intizama dəvət etmişdir. Həmin şəxs onların qauni tələblərinə məhəl qoymamış, onunla söhbət zamanı narkotik vasitənin təsiri altında olması şübhəsi yarandığından sonuncu barəsində tədbir görülməsi üçün PŞ-yə gətirilmiş, orada məlum olmuşdur ki, həmin şəxsin Şirvan şəhər sakini Şəxs olması barədə raportu daxil olmuşdur. Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər,sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Məhkəmə iş materiallarına obyektiv və hərtərəfli qiymət verərək belə hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməsi yuxarıda qeyd olunan sübutlarla öz təsdiqini tapmışdır, onun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkumluq həyatı yaşamasını, törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənayətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, onu narkotik vasitələrin istifadəsindən çəkindirmək, daha ağır nəticələrə səbəb olacaq əməllərinin qarşısını almaq, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək barəsində 16 (on altı) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 04 mart 2024-cü il tarixdən, saat 17:05-dən hesablansın. X4 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar