Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-195/2024 05.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1958-ci ildə Ermənistan Respublikası, Əzizbəyov rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 04 mart 2024-cü il tarixdə, saat 20:00 radələrində Şirvan şəhər sakini X1 102 xidmətinə zəng edərək yoldaşının evdə sərxoş vəziyyətdə səs-küy saldığını bildirmişdir. Buna görə də, Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 05 mart 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul edərək evə gəlmiş, yoldaşı ilə aralarında mübahisə yaranmışdır. Yoldaşı da 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları gələrək onu şöbəyə aparmışlar. Hazırda əməlindən səməmi peşmançılıq çəkdiyini və barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə həyat yoldaşı spirtli içki içərək evə gəlmiş, spirtli içkinin təsiri altında olduğundan onunla mübahisə etmişdir. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Hadisə zamanı ona hər hansı bir xəsarət yetrilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şirvan şəhər sakini X1 DİN-nin 102 xidmətinə etmiş olduğu müraciəti ilə əlaqədar ƏİQ-nun üzvləri CAB-nın əməliyyat polis baş leytenantı Pərvin Tağıyev, Şirvan şəhər Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytanantı İsmail Qasımov və Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinin sürücüsü polis serjantı Nofəl Abdulov ilə birlikdə qeyd olunan ünvanda olan zaman həmin ünvanda yaşayan Şəxs sərxoş vəziyyətdə uca səslə səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra həmin şəxs ƏİQ ilə birlikdə Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X4 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Şirvan şəhər sakini X1 DİN-nin 102 xidmətinə etmiş olduğu müraciəti ilə əlaqədar ƏİQ-nun üzvləri CAB-nın əməliyyat polis baş leytenantı Pərvin Tağıyev, Şirvan şəhər Polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis baş leytanantı İsmail Qasımov və Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinin sürücüsü polis serjantı Nofəl Abdulov ilə birlikdə qeyd olunan ünvanda olan zaman həmin ünvanda yaşayan Şəxs sərxoş vəziyyətdə uca səslə səs-küy salmış, ünvansız nalayiq ifadələr işlətmiş, həmçinin qanuni tələblərinə məhəl qoymamışdır. Daha sonra həmin şəxs ƏİQ ilə birlikdə Şirvan şəhər Polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. xx.xx.2024-cü il il tarixli, 70 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluğunun orta dərəcəsi olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin məcəllənin 30.2-ci maddəsiə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasn hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, yaşını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən haldır. İş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, bir gün inzibati həbsdə qalma müddəti nəzərə alınsın və onun barəsində 80 (səksən) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-195/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-195/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver