Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-199/2023 03.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi İnzibati xəta törətmiş Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, “Azərpambıq” emalı zavodunda işləyən, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 338.7 və 338.5.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İnzibati Xəta haqqında xx.xx.2023-cü il tarixli İXP-nin ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 07:40 radələrində Azərbaycan Respublikası İXM-nin 338.4- 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olan inzibati xəta törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 07:40 radələrində özünə məxsus olan 3 ədəd iribuynuzlu (inək) heyvanları Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbəsində otlamağa aparan zaman iribuynuzlu heyvanların biri yola çıxmış, düzünə hərəkətdə olan “Chevrolet Aveo minik” ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil inəyi vurmuş, hadisə zamanı ona məxsus olan iribuynuzlu heyvan əzilmiş, başqa xəsarət almamışdır. Məhkəmə iclasında zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, xx.xx.2023cü il tarixdə saat 07:40 radələrində özünə məxsus olan “Chevrolet Aveo minik” ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində hərəkətdə olan zaman yolun sağ hissəsində bir baş iribuynuzlu heyvan yoluna çıxmış, maşınına dəyərək maşının sağ hissəsini zədələmiş, özü isə heç bir xəsarət almamışdır. Toqquşmadan sonra işə gecikdiyi üçün hadisə yerindən kənarlaşmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş AC 706055 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhdatnaməsinin surətindən görünür ki, “Chevrolet Aveo minik” ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxsdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 02 fevral 2023-cü il tarixli rəy aktından görünür ki, “Chevrolet Aveo minik” ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı 1 ədəd qabaq bufer 165 manat, 1 ədəd qabaq alın şüşə 340 manat, 1 ədəd qabaq kapot 418 manat, 1 ədəd qabaq sağ fara 400 manat, 1 ədəd sağ yan güzgü 253 manat, armatur işi 80 manat, elektrik işi 20 manat, dəmirçi işi 100 manat, rəngsaz işi 200 manat, cəmi 1976 manat məbləğində maddi ziyan dəymişdir. Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 338.7-ci maddəsinin sanksiyasında- Bu Məcəllənin 338.4 - 338.6-cı maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-səksən manatdan yüz manatadək məbləğdə cərimə edildiyini, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 338.5.2-ci maddəsinin sanksiyasında- Piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Odur ki, Şəxs hərəkətləri Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə tövsif edilməli və bu maddənin sanskiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən inzibati xəta nəticəsində vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq həll edilir. Odur ki, məhkəmə bu hissədə sübutlara qiymət verərək Zərərçəkmiş şəxs izah edir ki, 1976 manat məbləğində zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduğu üçün məsələyə mülki icraat qaydasında baxılması mümkündür. Azərbaycan Respublikası İXM-nin həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar qismində və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məsuliyyəti ağırlaşdıran halın olmamasını, həmçinin törədilmiş xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 338.7-ci maddəsinin sanksiyasında minimum həddə cərimə edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş 1976 manat məbləğində zərərin əvəzinin ödənilməsinin mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-199/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-199/2023
03.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver