Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-2/2024 07.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 03 avqust 2023-cü il tarixli EQ 16069459 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə X2 tərəfindən verilmiş şikayətə və müddətin bərpa edilməsi barədə vəsatətə baxaraq, məhkəmə müəyyən etdi : Şirvan şəhər Məhkəməsinin icraatına X1 Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 03 avqust 2023-cü il tarixli EQ/16069459 nömrəli qərarın ləğv edilməsi və həmin qərar əsasında təyin olunmuş cərimənin silinməsi barədə şikayəti daxil olmuşdur. Şikayətə görə o, DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/ 16069459 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci və 332.3-cü maddələri ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, **-DG-*** dövlət qeydiyyat nömrəli “Mercedes Benz E 320 minik” avtomobili ilə hərəkət edən zaman o yola uyğun hərəkət nişanlarına əsasən idarə etmiş və heç bir dayanma qaydalarına yaxud sürət hərəkətinə zidd hərəkət etməmişdir. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə dayanma qaydalarını pozması qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Hesab edir ki, adıçəkilən qərar qanunsuz və əsassızdır. Şikayət vermiş şəxs X2 şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Vəsatətə görə DİN Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ16069459 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ona rəsmən təqdim edilməmişdir. Həmin qərarın surətini tərəfindən edilmiş müraciət əsasında almışdır. Qeyd olunan qərar ona rəsmən təqdim edilmədiyinə görə həmin qərardan şikayət vermə müddəti tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Hal-hazırda o, həmin qərarın ləğv edilməsi və cərimə məbləğinin silinməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. İş materiallarından görünür ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət 07 yanvar 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. Qərar isə 03 avqust 2023-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi X2 qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs vəsatətdə qərarı vaxtında rəsmi qaydada almamasını və buna görə də qərardan vaxtında şikayət edə bilməməsini göstərsə də, bu barədə hər hansısa sübutu vəsatətə əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 03 avqust 2023-cü il tarixli EQ 16069459 nömrəli qərardan verilmiş şikayət və müddətin bərpası barədə vəsatət (həmin şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxılması ilə bağlı hansısa sübut vəsatətə əlavə edilmədiyindən) geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 130, 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 03 avqust 2023-cü il tarixli EQ 16069459 nömrəli qərarının ləğv olunması və həmin qərar əsasında təyin olunmuş cərimələrin silinməsi barədə X2 tərəfindən verilmiş şikayət və həmin qərardan şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bərpası barədə vəsatət geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-2/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-2/2024
07.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver