Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-20/2023 17.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X1, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikası DİN-in Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi Eldar Fərəczadə tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan şəhər Məhkəməsinə 17 yanvar 2023-cü il tarixdə daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə Şəxs 15 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nə məxsus həyətyanı sahədən dəyəri 300 manat olan 3 dəmir nəfəsliyi gizli olaraq talamışdır. Məhkəmə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı müəyyən etdi ki, material protokolla birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəməyə təqdim olunmuş 17 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, təqdim edilmiş materiallar natamamdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı inzibati xəta haqqında protokolda göstərilir. Həmin məcəllənin 106.0.3,106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir : inzibati xəta haqqında protokol və işin digər materialların bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı, işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı. Təqdim olunmuş inzibati xəta haqqında protokolda 15 yanvar 2023-cü il tarixdə "xxxx" ASC-nə məxsus həyətyanı sahədən dəyəri 300 manat olan 3 dəmir nəfəsliyin gizli olaraq talanması göstərilsə də zərərçəkmiş şəxs qismində "xxxx" ASC-i cəlb edilməmiş , zərərçəkmiş şəxs qismində "xxxx" ASC-nin Şirvan lahiyəsində xidmət rəisinin müavini cəlb edilmişdir . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana,vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə göstərilənləri nəzərə alıb hesab edirəm ki, zərərçəkmiş şəxs düzgün müəyyən edilmədiyindən inzibati xəta haqqında protokol düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş Şirvan şəhər Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-20/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-20/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver