Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-200/2024 15.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Şikayət vermiş şəxs X3 iştirakı ilə, Şikayət vermiş şəxs X3 cərimə məbləğinin ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X5 xx.xx.2024-cü il tarixli cərimə məbləğinin ləğv edilməsini, avtomobilin texniki baxışın müddətinin bitməsinə görə olan 50 manat məbləğində cərimə ilə əvəz edilməsini xahiş etmişdir. Şikayətə görə, “X10” MMC-dən X1 üçün “Chevrolet Malibu”, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili almış və orada da Mehtiyev Samirin sürəcəyi vurğulanmışdır. Sənədlər onun adına rəsmiləşdirildiyi üçün sürücülük hüququndan məhrum olmağına baxmayaraq şirkət ona da etibarnamə vermiş və sonuncu etibarnamə onun adına olduğu üçün avtomobili idarə etdiyi halda xx.xx.2024-cü il tarixində adına 332.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. X2 “X10” MMC-nin ona verdiyi etibarnamə ilə hərəkət etməsinə baxmayaraq 300 manat məbləğində cərimə ona gəlmişdir. Avtomobili onun idarə etdiyini nəzərə alaraq adına yazılan əsassız 300 manat məbləğində olan cəriməni ləğv edib və əvəzində texniki baxışın bitməsinə olan cəriməni X4 yönləndirilməsini xahiş edir. Çünki ilk öncə 339.1-1-ci maddəsi ilə cərimə edilmiş daha sonra sistem sonuncu etibarnamənin onun adına olduğu üçün Samir Mehtiyevin sürməsini nəzərə almayaraq 332.3-cü maddəsi ilə barəsində cərimə yazılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 bildirdi ki, avtomobili onun idarə etdiyini nəzərə alaraq adına yazılan əsassız 300 manat məbləğində olan cəriməni ləğv edib və əvəzində texniki baxışın bitməsinə olan cəriməni ona yönləndirilməsini xahiş edir. Çünki ilk öncə 339.1-1-ci maddəsi ilə cərimə edilmiş daha sonra sistem sonuncu etibarnamənin onun adına olduğu üçün Samir Mehtiyevin sürməsini nəzərə almayaraq 332.3-cü maddəsi ilə barəsində cərimə yazılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə məhkəmə bildirişi göndərilmiş, lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Şikayət vermiş şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi inzibati xətalar məcəlləsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verir. Lakin hazırki iş üzrə şikayət barəsində qərar çıxarılmış fiziki şəxs X7 tərəfindən verilməli olduğu halda X5 tərəfindən verilmişdir. Bundan başqa barəsində şikayət edilən qərar şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şikayətdən göründüyü kimi səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qərar qəbul edilmiş, lakin həmin qəbul edilmiş qərar şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin : 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Yəni məhkəməyə İXM-in 129-cü maddəsinə əsasən şikayət verilirsə, qərar mövcud olmalıdır ki, şikayət verilə bilsin və məhkəmə həmin qərardan şikayətə baxa bilsin. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokol isə inzibati tənbeh vermə haqqında qərarı əvəz etmədiyindən inzibati xətalar qanunvericiliyində ondan şikayət vermək qaydası nəzərdə tutulmamışdır. İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on gün) müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, X5 tərəfindən verilmiş şikayət təmin olunmamaldır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət vermiş şəxs X3 cərimə məbləğinin ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-200/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-200/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver