Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-201/2024 05.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Şikayət vermiş şəxs X8, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Vəkil, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X18 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X18 şikayətlə məhkəməyə müraciət edərək, barəsində İXM-nin 192.1-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında X23 Xidməti Şirvan X22 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X18 Azərbaycan Respublikası İnzıbatı Xətalar Məccəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1500 manat məbləğində cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında X23 Xidməti Şirvan X22 xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X13 təqsirli bilib 1500 (bir min beş yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edərək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540 2ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt relimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, X23 Xidməti X7 tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən X18 09 fevral 2024-cü il tarixdə X23 Xidmətinin X6 dəvət edilmiş və xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, X23 Xidməti X7 tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilməli idi. Lakin X23 Xidməti X7 tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə riayyət etməmişdir. Bundan başqa Şirvan şəhər prokurluğunun 12 sentyabr 2023-cü il tarixli cinayət işınin başlanması haqqında qərardan görünür ki, onun barəsində heç bir araşdırma aparılmamışdır. X23 Xidməti X7 vətəndaş X4 şikayəti əsasında araşdırma aparılmış və araşdırma zamanı guya o “Rövşən” şadlıq sarayında söküntü işləri aparılan zaman əmək müqaviləsi bağlamadan, hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi, əməyin mühavizəsi qaydalarını pozulması və daş divarın aşması nəticəsində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, vəfat edən şəx X19 onun tərəfindən “Rövşən” şadlıq sarayında söküntü işlərinə cəlb edilməmiş, ondan heç bir xəbəri olmamışdır, bir daha cinayət işinin başlanmsı təsdiqin tapmışdır. Həmin qərardan narazı qalarag o, xx.xx.2023-cü il tarixli MN ******* saylı qərardan şikayət vermişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-1339/2023-cü il saylı xx.xx.2023-cü il tarixli qərarı ilə verdiyi şikayət qismən təmin edilmiş və araşdırılması üçün X23 Xidməti X6 göndərilmişdir. X23 Xidməti Şirvan X28 Şirvan şəhər Məhkəməsinin 3(032)-1339/2023-cü il saylı xx.xx.2023-cü il tarixli qərarından narazı qalaraq apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-30/2024-cü il saylı, xx.xx.2024-cü il tarxli qərarı ilə X23 Xidməti X3 rəisi Anar Xıdırov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin 3(032)- 1339/2023 cü il saylı xx.xx.2023-cü il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmişdir. Yenə də X23 Xidməti X7 ondan əl çəkməyərək bu səfər X15 və Şahid2 X23 Xidməti X6 dəvət edərək, onlardan izahat alaraq, əmək müqaviləsi olmadan işçini işə götürmüş və işə cəlb etmişdir. Şirvan şəhər prokurluğunun 12 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, araşdırma zamanı Məmmədov klçin Vilayət oğlu izahatında bildirmişdir ki, hazırda evlidir, bir uşağı vardır. Heç bir yerdə rəsmi olaraq işləmir, Şirvan şəhəri ərazisində günəmuzd fəhləliklə məşğuldur. Baş vermiş hadisə ilə əlaqədar bildirmək istəmişdir ki, xx.xx.2023-cü il tarixdə Cahandar adlı tanışı onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək Şirvan şəhərində yerləşən "Rövşən” şadlıq sarayında fəhləlik işi ilə məşğul olduğunu bildirmiş və əlavə fəhlə gücünə ehtiyac olduğunu demişdir. O da Cahandara səhər saatlarında gəlib işə baxdıqdan sonra razılaşa biləcəklərini demişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 11 radələrində mütəmadi olaraq birlikdə işlədiyi Şahid2lə birlikdə "Rövşən" şadlıq sarayına getmişdir. Orada həmin obyeklin sahibkarı İbrahim adlı şəxs onları qarşılamış və obyektin ikinci mərtəbəsindəki görüləcək işləri göstərmişdir. İkinci mərtəbədə hündürlüyü təxminən 3-4 metr olan bir divarı işarə edərək həmin divarın sökülməli olduğunu demişdir. Şahinlə həmin divara baxdıqda onun çox hündür və enli olduğunu görmüş və İbrahim adlı şəxsə 400 manat məbləğində pul qarşılığında həmin divarı sökə biləcəklərini demişlər. İbrahim 400 manat məbləğin çox olduğunu, 300 manat məbləğində pula imkanı çatdığını bildirmişdir. O və Şahin işsizlikdən əziyyət çəkdikləri üçün məcbur qalıb 300 manat məbləğində bu işi görməyə razılaşmışlar. İşə başlamazdan öncə İbrahim onlara divarı yuxarı hissədən sökməyə başlamaqlarını bildirmişdir. Şahinlə birlikdə işin böyük olduğunu görüb əlavə fəhlə çağırmaq qərarına gəlmişlər. İşi tez bitirmək istəmişlər. O, əvvəldən tanıdığı və bir neçə dəfə onunla fəhləlik işi görmüş Nəriman Əhədovun istifadəsində olan yadında qalmayan mobil nömrəsinə zəng edərək "Rövşən" şadlıq sarayında fəhləlik işi olduğunu və köməyə gəlib-gələ bilməyəcəyini soruşmuşdur. Nəriman heç bir prohlem olmadığını, dostu Vasif adlı şəxsin gələ bilməyəcəyini, özünün 30-40 dəqiqəyə gəlib çatacağını demişdir. Onlar Şahinlə artıq işə başlamışlar. "Pereparator" vasitəsilə divarın söküntüsünü həyata keçirmişdir. Şahin də kvalt və lom vasitəsilə aşağı hissədə olan mişar daşlarını kənarlaşdırmışdır. Təxminən 30-40 dəqiqə ərzində Nəriman onların yanlarına gəlmiş və Nəriman da söküntü işlərini həyata keçirməyə başlamışdır. Nəriman da həmçinin divarın aşağı hissəsində yerləşən mişar daşlarını lom vasitəsilə qopartmışdır. İbrahim onlar işlədikləri müddət ərzində ikinci mərtəbəyə çıxmamışdır. İbrahim işi onlara təhvil verdikdən sonra şadlıq sarayından getmişdir. İbrahim oraya çağırdıqlarını Nərimanın onlarla işlədiyini bilməmiş, sonuncunu görməmişdir. Çünki onlar razılaşma edərkən İbrahimə əlavə fəhlə çağıracaqlarını deməmişlər. Təxminən 13 radələrində onlar günorta yeməyi üçün ərzaq alıb yeməklərini yemişlər. Təxminən 13:45 radələrində günorta yeməyini bitirib iş prosesinə yenidən başlamışlar. İş prosesinə başlayan zaman divarın sağ tərəfindən Şahinlə birlikdə sökməyə başlamışlar. Onlar Şahinlə işləyərkən Nəriman kömək məqsədilə pereparatoru divarın əks tərəfindən götürəcəyini demişdir. O, Nərimana ehtiyac olmadığını, lom vasitəsilə sökəcəklərini demişdir. Nəriman onu dinləməmiş və divarın əks tərəfinə keçən anda anidən divarın yuxarı hissəsində olan təxminən 10- 15 ədəd mişar daşı qoparaq Nərimanın üzərinə düşmüşdür. Nəriman mişar daşlarının altında qalmışdır. Onlar dərhal Nərimana yaxınlaşmış, o qışqıraraq birinci mərtəbədə olan şəxslərdən kömək istəmişdir. Tez bir şəkildə Nərimanın üzərində olan mişar daşlarını ətrafa dağıtmışdır ki, altından qaldıra bilsin. Mişar daşları əsasən Nərimanın ayaq, sağ qol və sifət nahiyyələrində olmuşdur. Həmin daşları çəkdikdən sonra aşağıdakı fəhlələrin köməkliyi ilə Nərimanı qırağa çəkmiş və təcili tibbi yardımı gözləmişlər. Ancaq Nəriman ümumiyyətlə nəfəs almamış və danışmamışdır. O, Nərimanın öldüyünü başa düşmüşdür. Təcili tibbi yardım gəldikdən sonra Nərimanın öldüyünü təsdiqləmiş və polis əməkdaşlarını oraya çağırmışdır. Hadisə baş verən zaman İbrahim şadlıq sarayında olmamışdır. Onlar iş prosesinə başlayan Zaman söküntü işlərinin təhlükəsiz aparılmasına, əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə cavabdehliyi öz üzərlərinə götürmüşlər. İbrahim yalnız onlar ödəniş etməyi öz öhdəliyinə götürmüşdür. Bundan başqa Şahid1 verilən suallara cavab olaraq bildirmişdi ki, İbrahim adlı şəxsin obyektində görülən söküntü işlərinin icra edilməsinə görə onlarla şifahi razılaşma olmuşdur. Baş vermiş hadisənin şahidi o və Şahin olmuşdur. İlk öncə qeyd etmək istəmişdir ki, İsmail Mahmudov şizofren xəstəsidir. İsmailin bu cür hərəkətlər etməsi tam normaldır, İsmail demək olar ki, bütün qonşuları və qohumları ilə davalıdır. Hadisə baş verməzdən təxminən 10 gün qabaq öz nəvəsi Nərimanı evdən qovmuşdur. İsmail Mahmudovun müraciəti tamamilə yalan və əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin şahidi o və Şahid2 olmuşdur .Nəriman Əhədov divarın altından keçərkən mişar daşları üzərinə düşmüş və ölmüşdür. Bundan başqa Şahid1 obyektində görülən söküntü işlərinin icra edilməsinə görə onlarla şifahi razılaşma olmuşdur, onlar iş prosesinə başlayan zaman söküntü işlərinin təhlükəsiz aparılmasına, əməyin mühafizəsi qaydalarına və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsinə cavabdehliyi öz üzərlərinə götürmüşlər. İbrahim yalnız onlara ödəniş etməyi öz öhdəliyinə götürmüşdür. Məhkəmə iclasında şikayət vermiş şəxs X18 şikayətin dəlilllərinə uyğun izahat verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 nümayəndəsi Nümayəndə məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Şirvan şəhər sakini X9 (etibarnamə ilə nümayəndəsi X10 AR-İİ № 930927 09 mart 2023-cü il) oğlu X11 xx.xx.2023 - cü il tarixdə X16 məxsus Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq evində söküntü işləri aparan zaman əmək müqaviləsi bağlamadan və əmək mühalizəsi qaydaları pozularaq bədbəxt hadisə nəticəsində vəfat etməsi İlə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. "X1” Azərbaycan Respublikası Qanunun 6.6-ci madəsinə (yazılı müraciət nümayəndə vasitəsilə təqdim edildikdə müraciətə nümayəndənin səlahiyyətlərini təsdiqləyən sənədin surəti əlavə olunmalıdır) uyğun olaraq müraciətə baxan zaman müəyyən olunmuşdur ki, Şahid1 və Şahid2 xx.xx.2023-cü il tarixdə X16 məxsus “Rövşən" şadlıq evində söküntü işləri aparan zaman əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən işə cəlb edilmiş ,əmək mühafizəsi qaydaları pozulmuş və bədbəxt hadisə nəticəsində digər işçi X19 həlak olmuşdur. Müraciətə baxılmasında iştirak etmək, səndələr, sübutlar və izahatlar təqdim etmək ücün Şirvan şəhəri Xaqani küçəsi 353 nömrəli evdə qeydiyyatda olan və yaşayan “Rövşən” şadlıq evinin sahibi fiziki şəxs X16 xx.xx.2024-cü il tarixdə xəbəmaməli (5X010456695AZ) məktub göndərilmiş, məktub onun tərəfindən alınsa da, telefon ilə əlaqə yaradılsa da müraciətə baxılmasında özü və ya səlahiyyətli nümayəndəsi vasitəsi ilə heç bir səbəb göstərmədən gəlməyəcəyini açıq bəyan edərək iştirak etməkdən imtina etmişdir. Onunla telefon əlaqəsi yaradılmış , DƏMX-nin X6 dəvət edilmiş,lakin o, imtina etmiş və gəlməyəcəyini bir daha söyləmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “VÖEN YOXLAMA” elektron xidmətinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, X2 Vergi orqanlarında qeydiyyatdan yayınmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən fərdi sahibkar kimi təsbit olunmur və fiziki şəxs kimi işçiləri ( Şahid1 və Şahid2) işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb etmiş, lakin onlarla əmək müqaviləsi bağlamamış və hüquqı qüvvəyə mindirməmişdir. Fiziki şəxs X20 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49- cu maddəsinın (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi) tələbləri pozulmuş işçilər ( Şahid1 və Şahid2) əmək müqaviləsi bağlanmadan və hüquqi qüvvəyə minmədən işlərin , xidmətlərin yerinə yetirilməsinə cəlb edilmişdir.Onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1( İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları...əmək qanunvericiliyinin...pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər) və 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi quvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən, 09 fevral 2024-cü il tarixli MN ******* nomrəli inzibati xəta haqqında prokol tərtib edilmiş və inzibati icraat başlanmışdır. İnzibati xəta haqqında iş üzrə icraata baxılmış 19 fevral 2024-cü il tarixə təyin edilmiş, işə baxılmanın yeri və tarixi haqqında X16 çatdırılması təsdiq edilən üsulla Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsinin (İnzibati xətalar haqqında işlər üzrə sənədlərin rəsmi qaydada verilməsi) 2-ci hissəsinə ( Sənəd onu göndərən hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalı olan qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, səlahiyyətli orqan (vəzifəli şəxs), yaxud sənədin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir) uyğun olaraq xəbərnaməli məktub göndərilmiş, lakin o özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə inzibati icraatda iştirak etməmişdir. İşə baxılarkən İ.Həsənovdan işə baxılmanın təxirə salınması haqqında məktub teleqram və ya telefon zəngi olaraq hec bir vəsatət daxil olmadığından işə onun iştirakı olmadan baxılmış 19 fevral 2024-cü il traixli MN ******* nömrəli qərar qəbul edilmişdir və 1500 manat məbləğində cərimə təyin edilmişdir. İşə baxılmasında X5 qanuni nümayəndəsi X12 dəvət edilmiş, izahatı alınmış və nəvəsi X11 X18 tərəfindən işə, xidmətə cəlb edildiyini bildirmişdir. Onun şöbəyə təqdim etdiyi sənədlərdə Şirvan Şəhər Prokurorluğunun “cinayət işinin başlanmasından rədd edilməsi " haqqında 12 sentyabr 2023-cü il tarixli qərarına baxış keçirilmişdir. Həmin qərarda müəyyən olunmuşdur ki, X18 tərəfindən Şahid1 və Şahid2 əmək müqaviləsi baglamadan hüquqi qüvvəyə minmədən işlərin,xidmətlərin yerrinə yetitilməsinə cəlb edilmişdir. Həmin qərarda “Rövşən” şadlıq sarayının Şirvan şəhərində yerləşən Daşınmaz Əmak ldarəsi tərəfindən verilmiş çıxarışla onun mülkiyyətində olduğu göstərilmişdir. Müəyyən olunmuşdur ki, Şirvan Şəhər Prokurorluğu tərəfindən inzibati xəta haqqında iş üzrə icraat aparılmamış və inzibati xəta haqında iş üzrə icraata xitam verilməmişdir.Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinin (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda) tələbləri nəzərə alınmış və inzibati icraat aparılmışdır. Belə ki, əgər prokurorluq tərəfindən İXM-nin 192.1-ci maddəsi üzrə inzibatı qərar tərtib edildiyi halda yenə həmin işə (192.1) baxılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə aid olunduğundan aidiyyəti üzrə DƏMX-nin X6 göndərilməli idi. Göründüyü kimi prokuror tərəfindən inzibati icraat başlanmamış və şöbəyə daxil olmamışdır. Ona görə də İXM-nin 99-cu maddəsinin ( inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas) 1.3 bəndinə uyğun olaraq (fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar) inzibatı xəta haqqında iş üzrə icraat başlanmışdır. İnzibati icraat İXM-nin 99-cu maddəsinin ( İnzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər və əsas) 1.3 bəndinə uyğun olaraq (fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar) zərərçəkənin etibarnamə ilə nümayəndəsi X4 müraciəti əsasında aparıldgından şikayətin əsassız olması aşkar görünür. İşə baxan zaman müəyyən olunur ki,”Rövşən” şadlıq evinin sahibi İ.Həsənov işçiləri tapşırıq müqaviləsi əsasında işə cəlb etdiyini göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsində (Tapşırıq müqaviləsi) göstərilmişdir: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etmə i öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə əlavə vasitə kimi tətbiq edilir. Göründüyü kimi, İ.Həsənov işin nəticəsinə görə zəmanət tələb etmiş və qarşılğında əmək haqqı nəzərdə tutlmuş və işə cəlb etmişdir.Tapşırıq müqaviləsi sərbəst şəkildə deyil hər hansı müqaviləyə subsidar yəni əlavə kimi nəzərdə tutulmuşdur. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid2 bildirdi ki, X13 işlə əlaqədar tanıyır, belə ki, tanışı ona iş olduğunu bildirmiş, ona görə də İbrahimlə görüşərək razılaşmışlar. Onunla əmək müqaviləsi bağlanmamış, İbrahimlə şifahi razılaşmışlar, işin gedişatından asılı olaraq müddət müəyyən olunmamış,işin görülməsi üçün 500 manat istəsələr də 400 manat pul müqabilində razılaşmışlar. İşə iki nəfər cəlb olunmuşlar, o və Elçin, lakin iş çox olduğundan onlar kömək üçün başqa şəxsi də işə çağırmışlar, həmin şəxs gələ bilmədiyindən Nəriman kömək üçün gəlmişdir. Onlara Məhkəmə iclasında şahid qismində izahat vermiş Şahid1 bildirdi ki,onları tanışı Cahandar adlı şəxs söküntü işi olduğunu bildirmiş, onalra da İbrahimlə həmin divarın söküntüsü üçün 500 manat danışmışlar, sonda 400 manata razılaşmışlar. Söküntü işi işin gedişatından asılı olduğundan nə qədər vaxta bitiriləcəyi müəyyən edilməmişdir. Məhkəmə şikayət vermiş şəxsin, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatlarını, şahidlərin ifadələrini, vəkilin çıxışını dinləyib, şikayəti, etiraz ərizəsini nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan : Şirvan şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X17 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə “ Rövşən şadlıq sarayı” ictimai iaşə obyektində X11 üzərinə divar aşması nəticəsində ölməsi ilə əlaqədar toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* qərarından görünür ki, X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1339/2023 saylı qərarından görünür ki, X8 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi, inzibati xəta haqqında qərarlara yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X6 göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(106)-30/2024 saylı qərarından görünür ki, X23 Xidməti X3 rəisi Anar Xıdırov tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)- 1339/2023 saylı qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* qərarından görünür ki, X18 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz ) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi). Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi göstərilmişdir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X7 tərəfindən X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı 12 sentyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edildiyi vaxtdan 3 aydan artıq müddət keçdikdən sonra qəbul edildiyindən X18 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48- 51, 53, 55, 114, 115, 128-137 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X23 Xidməti X3 X18 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-201/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-201/2024
05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver