Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-205/2023 06.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 04 fevral 2023-cü il tarixdə, saat 20:00 radələrində Şirvan şəhəri, Əli Bayramov küçəsində yerləşən evində Şirvan şəhər Polis Şöbəsinin CAB-ın iş rejiminə mane olaraq polisin qanuni tələbinə məhəl qoymamışdır. İnzibati xəta hadisənin olması 04 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadəsi, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında polis əməkdaşları yaşadığı ünvan 1 ünvana gələrək qardaşı Elmar Əmənovun axtarışı ilə bağlı ünvana baxış keçirməyə başaldılar. Həmin vaxtı o, polis əməkdaşlarına qardaşının evdə olmadığını demiş, polisin işinə mane olmuş, daha sonra polis əməkdaşları onu polis şöbəsinə gətirərək növbətçi hissəyə təhvil vermişdir. Hazırda əməlindən peşmandır və onun barəsində yüngül inzibati tənbeh tədbirinin seçilməsini xahiş etdi. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 məhkəmə iclasında izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-nin İstintaq Bölməsi tərəfindən ********* nömrəli cinayət işi üzrə verilmiş axtarış qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək axtarışda olan X3 yaşadığı evdə olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2023-cü il tarixdə, saat 20:00 radələrində CAB-ın əməliyyat müvəkkili polis leytenantı X1 ilə Elmar Əmənovun yaşadığı ünvanına baxış zamanı özünü Elmarın qardaşı kimi təqdim edən Şəxs baxış keçirtməyə maneəçilik etdiyi üçün dəfələrlə onu nizam-intizama dəvət edilmiş, lakin şəxs onun qanuni tələblərinə və axtarışda olan Elmar Əmənovun mənzildə olub-olmamasının müəyyən olunması ilə bağlı tədbirin həyata keçirilməsinə mane olduğu üçün Şirvan şəhər polis şöbəsinin növbətçi hissəsinə gətirilərək təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 fevral 2023-cü il tarixdə, saat 20:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş 04 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin məcəllənin İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən və xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran halların olması nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-205/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-205/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver