Məhkəmə qərarları › İş №3(032)-21/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-21/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-21/2023 18.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədirliyi Heydərov Fərrux Fəttah oğlunun katibliyi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-1949/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1949/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən ondan hər ay sabit pul məbləğində 300 manat aliment alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Ayağı sındığı üçün 8 ay tam hərəkətsiz şəkildə ev şəraitində müalicə olduğuna görə iş qabiliyyətini itirdiyi üçün ödənişlərdən yayınmışdır. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Aliment borcundan boyun qaçırmır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-1949/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclular Şəxs hər ay 300 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 5000 manat aliment borcu yaranmışdır. Edilmiş xəbərdarlıqlara və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində axtarış qərarı verilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki: Şirvan şəhəri üzrə İcra və probasiya Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs yaşadığı ünvan məlum olmadığı üçün barəsində axtarış elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin 8(032)-08/2019 saylı, 18 yanvar 2019-cu il tarixli qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarlarının uzun müddət icra olunmaması və şəxsin uzun müddət qanuni qüvvəsinə minmiş məhkəmə qətnaməsindən icrasından boyun qaçırmasını, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası ilə nəzərdə tutulmuş müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində 14 yaşına qədər uşaq olan qadınlar, 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, 18 yaşına çatmayan şəxslər, birinci və ikinci qrup əlillər, sağlamlıq imkanları məhdud uşaqlar, 60 yaşına çatmamış qadınlar və 65 yaşına çatmış kişilər, həmçinin hərbi qulluqçular,o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqcu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə baxışı zamanı inzibati xəta törədən Şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 18 yanvar 2023-cü il tarixdən, saat 11:55-dən hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar