Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-212/2025 14.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun, Hüseynov Elvin Nizami oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin direktoru X8 və vəkil X16, İnzibati xəta haqqında iş üzrə icraatın başlanması qərarını qəbul etmiş Şirvan şəhər prokurorunun köməkçisi X5 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhər prokurorluğu tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə qərara baxılması üçün aidiyyəti üzrə Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlanılması qərarın qəbul olunmasına səbəb kimi hüquqi şəxs Şəxs onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X17 tərəfindən PHŞ-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X9 xx.xx.2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixə kimi olan müddət ərzində fəhlə işlərinin görülməsinə cəlb etmişdir, buna görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin direktoru X17 izahat verərək bildirmişdir ki, 20 sentyabr 2024-cü il tarixdən etibarən "X15 ve Humanitar Kolleci PHŞ-nin direktorudur. X9 xx.xx.2025-ci il tarixdə faktiki olaraq işlərin yerinə yetirilməsinə cəlb etmiş və məhz həmin tarixdə də sonuncu ilə rəsmi əmək müqaviləsi bağlanmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin vəkili X23 məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarı vermiş şəxs Şirvan şəhər prokurorluğunun köməkçisi X12 məhkəmə iclasında izahatında qərarı müdafiə edərək bildirdi ki, Şəxsi təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X17 tərəfindən PHŞ-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X9 xx.xx.2025-ci il tarixdən 22 yanvar 2025-ci il tarixə kimi olan müddət ərzində fəhlə işlərinin görülməsinə cəlb etmişdir. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasına şahid qismində çağırılmış X13 ifadəsində göstərmişdir ki, 25 yanvar 2025-ci il tarixdən hal-hazıra kimi X15 və Humanitar Kollecində fəhlə kimi işləyir. Hazırda X15 və Humanitar Kollecində təmir işləri görür, divarları suvayır, həmçinin kollecin daxilində yaranan mexaniki nasazlıqları aradan qaldırılması üçün işlər görür. İlkin iş günü xx.xx.2025-ci il tarixdə olmuşdur. Şirvan şəhər Prokurorluğundan izahat vermək üçün çağırılmışdır. Orada verdiyi izahatı sonda oxumadan imza etmişdir. Onu qeyd etməyi də özünə bir borc olaraq görür ki, əmək müqaviləsini bağlayana qədər heç bir işə cəlb edilməmiş, onu hər hansı işin icrasına yönləndirməmişdirlər. 21 yanvar 2025-ci il tarixdə saat 13:54-də kollecə gəlmiş, orada mühafizəçiyə yaxınlaşmış, daha sonra onu direktorun yanına aparmışlar, sonuncu ilə orada iş sorğu sualı edilmiş onunla, ardınca isə kadrlar şöbəsinə daxil olmuş, müvafiq sənədlərin toplanması üçün ona siyahı verilmişdir. O, siyahıda göstərilən sənədləri toplamaq üçün həmin gün saat 14:13-də oradan çıxmış və 22 yanvar 2025-ci il tarixdə təxminən günortadan sonra kollecə sənədləri təqdim etmək üçün gəlmişdir. Faktiki olaraq isə işə 25 yanvar 2025-ci il tarixdən başlamışdır. Şirvan şəhər prokurorluğuna verdiyi izahatında yazdığı ziddiyətli fikirlə əlaqədar onu bildirdi ki, orada təzyiqə məruz qalmışdır, ümumiyyətlə sualların mahiyyətini başa düşməmiş, habelə izahatını oxumaq üçün ona şərait yaradılmamaqla yanaşı, ümumiyyətlə verdiyi izahatını oxumadan izahatının altını imza çəkdirərək bağlatmışlar. Lakin həmin izahatı oxumamış, izahatının mahiyyətinə varmamış, həmçinin araşdırmanın səbəbi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasına şahid qismində çağrılmış X11 ifadəsində göstərmişdir ki, 2003cü il tarixdən hal-hazıra kimi X15 və Humanitar Kollecində təsərrüfat müdiri vəzifəsində işləyir. Əsas işi kollecdə təmizlik işlərinə və invertarların düzgün bölünməsinə nəzarət etməkdən ibarətdir. X1 işə düzəldiyi vaxtdan tanıyır. X9 ilk dəfə əmri veriləndən sonra görmüşdür. Konkret olaraq tarixini xatırlamasa da yadındadır ki, Şirvan şəhər Prokurorluğundan izahat vermək üçün çağırılmışdır. Orada verdiyi izahatı sonda oxumadan imza etmişdir. Orada direktora qarşı qərəzli mövqedə olmuşdular, ümumiyyətlə izahatını belə oxumağa imkan verməmişdilər və o da qorxmuş və problemdən uzaq qalsın deyə imzalayaraq oradan getmişdir. Lakin izahatının mahiyyəti barədə heç bir məlumatı olmamışdır. Bir daha qeyd edir ki, prokurorluq orqanlarına verdiyi izahatını təsdiq etmir. X2 xx.xx.2025-ci il tarixdən etibarən faktiki olaraq məktəbin işlərinə cəlb edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdən 03 fevral 2025-ci il tarixədək X15 və Humanitar Kollecində kadrlar şöbəsində kadrlar üzrə mütəxəssis vəzifəsində, xx.xx.2025-ci il tarixdən halhazıradək isə kollecin 1 saylı şöbəsində tyutor vəzifəsində işləyir. İşi gündəlik olaraq davamiyyətin yoxlanılması və imtahanın keçirilməsini təşkil etməkdən ibarətdir. Samid Bağırov xx.xx.2025-ci il tarixdə onun iş otağına gələrək fəhlə işi ilə təmin olunduğunu deyərək, ondan əmrin verilməsi üçün hansı sənədlərin lazım olduğunu soruşmuşdur. O, işə düzəlmək üçün lazım olacaq sənədləri hazırlamaq üçün Samid Bağırova kiçik bir kağızda sənədləri yazıb vermişdir. Həmin gün onu yalnız kollecə sənəd işləri ilə bağlı gəldiyini görmüş, hər hansı işlərin cəlb edilməsinə şahid olmamışdır. Prokurorluq orqanlarında verdiyi izahatını təqsdiq etmir, çünki orada təzyiqə məruz qalmışdır. İzahatını oxumamışdır və məcbur edilərək oxumadan izahatının altı imzalamışdır. Məhkəmə iclasına şahid qismində çağrılmış X14 ifadəsində göstərmişdir ki, işlə təmin olunmaq üçün X3 Filialında qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixdə X7 ƏMAS elektron Sistemində X15 və Humanitar Kollecində vokant olan fəhlə ştatlarında işlə təmin olunmaq üçün regional məşğulluq filialına gedərək, ona göndəriş vermələrini istəmişdir. Orada tanımadığı şəxs, yəni, işçi qəbul etmiş və X15 və Humanitar Kollecinə göndərdiyini bildirmişdir. Belə olanda kollecə getməli olub-olmadığını soruşmuş, ona gedə biləcəyini demişdir. Həmin gün kollecə getdi, orada direktor Xalidə Məlikovanın yanına getmiş və ona məşğulluqdan gəldiyini demişdir. Xalidə Məlikova ona vakant iş yeri olmadığını, həmçinin vakant iş yeri barədə məşğulluğa hər hansı bildiriş vermədiyini bildirdi. Halbuki həmin gün səhər tezdən vokant iş yeri olmasını ƏMAS-da görmüşdür. Bundan sonra kollecin koridorunda təsərrüfat işləri üzrə müavinini görmüşdür. Həmin şəxsin adını bilmirdi və ondan vakant iş yerinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs bir gün öncə, yəni, xx.xx.2025-ci il tarixdə vakant olan fəhlə ştatına işçi götürüldüyünü bildirmişdir. Əslində həmin vakant vəzifə xx.xx.2025-ci ildə ƏMAS-da göstərilsədə, kollecin direktoru onu aldadıb, vakant yerin olmadığını deyərək yalan məlumat vermişdir. Kollecdən çıxıb məşğulluğa gəlmiş, orada müavin Vüsal Əhmədov onu qəbul edib bildirişin yalnız ona verdiyini bildirmişdir. Bundan sonra evə getmiş, səhəri gün yenidən məşğulluq idarəsinə gəlib, işini soruşanda oradan bildirişi ondan başqa şəxslərə verildiyini demişdir. xx.xx.2025-ci il tarixdə, saat 19:46-da qeyri iş vaxtında vakant iş yeri ƏMAS-dan ləğv edilmişdir. Məhkəmə iclasına şahid qismində çağrılmış X14 mobil telefona çəkdiyi videoda kollecə 22 yanvar 2025-ci il tarixdə gəldiyini və orada yalnız vakant iş yerinin olmasına dair kollecin rəhbərliyi ilə mübahisə etdiyi müəyyən edilmişdir. Qeyd olunan xüsusatla bağlı ifadə verən X17 göstərmişdir ki, Mirabbas Xuduzadə 22 yanvar 2025-ci il tarixdə kollecə gəlmişdir, o, artıq Samid Bağırovu işə qəbul etməsi ilə bağlı şifahi razılıq verdiyi üçün artıq boş iş yerinin olmadığını Mirabbas Xuduzadəyə dedikdə həmin şəxs orada səs-küy salaraq kollecdə narazılıq yaratdığını bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Xatirə Məlikovanın vəkili tərəfindən məhkəmə iclasında təqdim edilmiş və orada tədqiq edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, X13 21 yanvar 2025-ci il tarixdə saat 13:54-də X15 və Humanitar Kollecinin dəhlizinə gələrək orada mühafizəçiyə yaxınlaşır və direktora yaxınlaşmaq üçün müraciət edir. Mühafizəçi isə direktorun otağına gələrək bu barədə məlumat verir. Ardınca isə Bağırov Samid mühafizəçinin müşayəti ilə direktorun otağına gedir, bir neçə dəqiqə orada qaldıqdan sonra həmin otaqdan çıxaraq kadrlar otağında keçir, bir neçə dəqiqədən sonra isə kadr otağından da çıxaraq həmin gün saat 14:13-də kollecin ərazisini tərk edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru Xatirə Məlikovanın vəkili tərəfindən məhkəmə iclasında təqdim edilmiş və orada tədqiq edilmiş 1 ədəd DVD diskə baxış keçirilmiş, həmin baxış zamanı X15 və Humanitar Kollecinin ətraf ərazisi və daxili ərazisinin müşahidə kameralarının çəkdiyi görüntü diskə yazılması müəyyən edilir. 24 saat müddətlik zamanı özündə əks etdirən görüntülərdən də görünür ki, X13 21 yanvar 2025-ci il tarixdə saat 13:54-də yalnız kollecə gəlmiş və həmin gün yalnız 14:13-də oranı tərk etmişdir. Daha sonra kollecin ərazisində görünməmiş, orada hər hansı işlərin cəlb edilməi videomüşahidənin təsvirinə düşməmişdir. Həmin videoların tədqiqi zamanı X13 iştirak etmiş və videogörüntülərdə olan şəxsin özü olduğunu təsdiq etmiş, 21 yanvar 2025-ci il tarixdə bir daha orda videoda olan zaman olduğunu təsdiq etmiş və yalnız 25 yanvar 2025-ci il tarixdə faktiki olaraq məktəbin işlərinə cəlb edildiyini bildirmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X4 X22 Məlumatlarından çıxarışdan Şirvan şəhəri 1 saylı Notariat Ofisindən daxil olan xx.xx.2023-cü il tarixli, 1031 nömrəli görünür ki, Şəxs ilə X13 arasında xx.xx.2025-ci il tarixdə müddətli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. İXM-nin 83.1-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin həll edilməsi üçün zəruri olan əlavə məlumatların tələb edilməsi barədə qərardad qəbul edə bilər. İXM-nin 83.2-ci maddəsinə əsasən məlumatlar tələb edildiyi vaxtdan üç günədək müddətdə, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal müvafiq orqanlar, təşkilatlar, idarələr və müəssisələr tərəfindən qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. İXM-nin 83.3-cü maddəsinə əsasən müvafiq orqanlardan, təşkilatlardan, idarələrdən və müəssisələrdən tələb edilən məlumatların təqdim edilməsi mümkün olmadıqda, onlar üç günədək müddətində, inzibati həbs nəzərdə tutulan inzibati xəta törədildikdə isə dərhal qərardad qəbul etmiş hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə yazılı formada xəbər verməyə borcludurlar. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Konstitusiyanın 35-ci maddəsinin İ və İİ hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Əmək Məcəlləsinin 1-ci maddəsi). Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 2 və 3-cü hissələrinə görə, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci hissəsi ilə iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer kimi təsbit edilmişdir. AR Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Konstitusiyanın əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Göstərilən norma hər bir kəsin əmək fəaliyyəti ilə məşğul olub-olmamaqda azad olduğunu müəyyən etməklə məcburi əməyin qadağan edilməsi ilə bağlı dövlət siyasətini əks etdirir, həmçinin əmək bacarıqlarından azad şəkildə istifadə etmək imkanını, fəaliyyət sahəsini və peşəsini, iş yerini seçmək hüququnu təsbit edir. Əmək hüququ hər kəsin bərabər şəraitdə və heç bir ayrı-seçkilik olmadan öz əmək qabiliyyətini reallaşdıraraq əmək münasibətlərinə girmək imkanıdır. Bu hüququn həyata keçirilməsi hər bir kəsin öz iradəsindən asılı olduğundan, əmək müqaviləsi də heç bir təsir altında olmadan sərbəst qaydada bağlanmalıdır. Qeyd edilməlidir ki, əmək müqaviləsinin məcburi bağlanmasının qadağan edilməsi məcburi əməyin leqallaşdırılmasının qarşısını alır. Əməyin azadlığı əmək hüququnun əsas prinsiplərindən olmaqla Əmək Məcəlləsinin məcburi əməyin qadağan edilməsi adlı 17-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən, hər hansı qayda və üsulla zor işlətməklə, həmçinin əmək müqaviləsinə xitam veriləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etmək qadağandır. İşçini məcburi əməyə cəlb edən təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilirlər. Məcburi əməklə bağlı qadağalar bir sıra beynəlxalq aktlarda - “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 8-ci maddəsinin üçüncü hissəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 4-cü maddəsinin 2-ci hissəsində, X10 (bundan sonra – BƏT) “Məcburi əmək haqqında” 1930-cu il və “İcbari əməyin ləğv edilməsi haqqında” 1957-ci il tarixli Konvensiyalarında da təsbit olunmuşdur. BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə görə, “məcburi və ya icbari əmək” dedikdə, hər hansı bir şəxsdən hər hansı bir cəza təhlükəsi altında tələb olunan, bunun üçün həmin şəxsin könüllü olaraq öz xidmətlərini təklif etmədiyi hər cür iş və ya xidmət başa düşülür. Məcburi əməyin qadağan edilməsi BƏT-in 18 iyun 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsi ilə əmək münasibətlərinin tənzimlənməsində əsas prinsiplərdən biri olaraq qəbul edilmişdir. Beləliklə, əməyin azadlığı prinsipi ilkin olaraq şəxslərin işləyib-işləməməkdə iradə azadlığını, əmək münasibətlərinə daxil olmaqda könüllülüyü ifadə edir. Yəni, əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs bu münasibətlərə, əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu müddəa Əmək Məcəlləsinin əmək müqavilələrinin sərbəst bağlandığını təsbit edən 42-ci maddəsində də öz əksini tapmışdır. Bu prinsip, həmçinin azad iradə ifadəsi nəticəsində bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulmayan əmək funksiyalarının icrasına, işlərin yerinə yetirilməsinə məcbur edilmənin yolverilməzliyini ehtiva edir. Şəxsin iradəsinə zidd olaraq hər hansı işlərin yerinə yetirilməsinə məcbur edilməsi müvafiq məsuliyyətin yaranmasına səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu Əmək Məcəlləsinin tərəflər arasında yaranmış münasibətlərin məhz əmək münasibətləri olaraq qiymətləndirilməsinin və əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Belə ki, qanunverici şəxsin sərbəst iradə ifadəsi əsasında əməyə olan qabiliyyətinin realizəsi üzrə artıq yaratmış olduğu konkret münasibətlərdə məhz işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin qorunması məqsədilə həmin münasibətlərin əmək münasibətləri olaraq qəbul edilməsinin və əmək müqaviləsinin yazılı formada bağlanmasının məcburiliyini təsbit etmişdir. Odur ki, Əmək Məcəlləsinin göstərilən norması əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmadan, fiziki şəxslərin əmək, sosial və iqtisadi hüquqlarının, qanuni mənafelərinin qorunmasına istiqamətlənmişdir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şirvan şəhər prokurorluğu X15 və Humanitar Kolleci” X32 təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi, direktoru X17 tərəfindən PHŞ-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən, yəni, əmək müqaviləsini elektron informasiya sistemində elektron sənəd formasında bağlamadan və tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalamadan X9 xx.xx.2025-ci il tarixdə kollecdə işlərinin görülməsinə cəlb edilməsini əsas gətirməkdə kollecin barəsində inzibati xəta hqqında iş üzrə icraatın başlnması haqqında qərar qəbul etmiş və hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün məhkəməyə göndərmişdir. Qeyd olunan xüsusat yuxarıda göstərildiyi kimi şahid ifadələri tərəfindən məhkəmə iclasında təkzib edilmiş və barəsində icraat aparılan tərəf şəxsin 21 yanvar 2025-ci il tarixdə ümumiyyətlə kollecdə işə cəlb edilməsini istisna edən videogörüntülərlə məhkəmə orqanına təqdim etmiş və qeyd edilən sübutun mötəbərliyi və mümkünyü şübhə doğrumamışdır. Həmin videogörüntülərdən də müəyyən edilmişdir ki, şəxs 21 yanvar 2025-ci il tarixdə kollecə yalnız sənəd təqdimi ilə bağlı gəlmiş, həmin gün işə cəlb edilməmiş, onunla əmək müqaviləsi xx.xx.2025-ci il tarixdə bağlanmış və faktiki olaraq işlərə 25 yanvar 2025-ci il tarixdə başlamışdır. Odur ki, hüquqi şəxsin direktoru X8 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən olaraq fiziki şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirməsinə cəlb etməsi öz təsdiqini tapmamışdır. AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. AR İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Belə olan halda da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Məhkəmə, qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114,128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığına görə həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-212/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-212/2025
14.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver